Zengezur Qezasi - Wikipedia
Zəngəzur qəzası — Yelizavetpol quberniyası tərkibində inzibati ərazi vahidi.
Zəngəzur qəzası | |
---|---|
Ölkə |
Rusiya imperiyası AXC Azərbaycan SSR |
Quberniya | Yelizavetpol quberniyası |
Mərkəzi | Gorus |
Yaradılıb | 1868 |
Ləğv edilib | 1929 |
Sahəsi | 6829,7(1897)[1] verst² |
Əhalisi | 37871 (1897)[1] nəfər |
Xəritə | |
Tarixi
redaktəQarabağ regionunun Zəngəzur qəzasının sərhədləri şərqdən və şimal-şərqdən Şuşa, Cəbrayıl qəzaları, şimaldan Cavanşir qəzası, Ərəş qəzası Nuxa, Göyçay, qərbdən və cənub-qərbdən Naxçıvan və Şərur–Dərələyəz qəzaları, İrəvan quberniyası, Cənubi Azərbaycan Yelizavetpol qəzaları və Zaqatala, cənub və cənub-şərqdən Araz çayı hansı ki, Rusiya və İran dövləti arasındadır" kimi göstərilmişdir. 1873-cü ildə Yelizavetpol quberniyasında təsis olunmuş Qəza mərkəzi Gorus məntəqəsi idi. Qəza 3212, 5 km² sahəyə malik idi. Fəaliyyətinə 1929-cu ildə son qoyuldu[2]
1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. Zəngəzur ərazi etibarilə Araz çayı boyu ilə Meğridən başlamış Əkərəyə qədər, şimala doğru isə Qapıcıq, Xustup dağlarına, Zəngəzur sıra dağlarından Bərguşad dağlarınadək ərazini əhatə edir . XIX əsrdə yeni inzibati ərazi bölgüsünə əsasən, indiki Qapan, Gorus, Meğri, Sisyan, Laçın, Qubadlı, Zəngilan rayonları Zəngəzur qəzası adı ilə Yelizavetpol (Gəncə) quberniyasına daxil olmuşdur.
1920-ci ilin axırında Ermənistan Respublikasının ərazisində sovet hakimiyyəti qurulan kimi xüsusilə Sovet Rusiyasının Xalq xarici işlər komissarı Çiçerinin, eləcə də Lenin, Stalin və Orconikidzenin təzyiqi ilə Zəngəzur iki yerə parçalandı — Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, bolşeviklərin tabeliyinə keçmiş yeni sovet respublikasının "təhlükəsizlinin təminatçısı" olan XI ordunun qəsdən etinasızlığı ilə ermənilər tərəfindən işğal olunmuş digər dörd rayon isə, yaylaqlar istisna olunmaqla Ermənistana verildi. Sonralar həmin yaylaqlar da əlaltından ermənilər tərəfindən özününküləşdirildi.
Əslində Zəngəzurun Ermənistana verilməsi Böyük Britaniyanın o vaxtkı xarici işlər naziri lord Kerzonun layihəsi əsasında olmuşdur. Sovet Rusiyasının Xalq xarici işlər komissarı Çiçerinin Zəngəzur, Qarabağ, Ordubad, Şərur-Dərələyəz və Naxçıvan məsələsində tutduğu antiazərbaycan və antitürk mövqeni araşdırdıqda belə təsəvvür yaranır ki, görünür bolşeviklər ingilislərlə gizli danışıqlar əsasında bu barədə ümumi razılığa gəlmibmişlər. Bu layihənin həyata keçirilməsi ilə Türkiyə ilə Azərbaycan SSR və Orta Asiya arasında birbaşa əlaqə kəsilirdi. Bu isə həm ruslara, həm bütövlükdə qərb aləminə, həm də İrana çox sərf edirdi.
Çayın adı qıpçaqların zəngi tayfasının adı[3][4] əsasında əmələ gəlmişdir, etnohidronimdir. Çayın adı dəyişdirilib Hrazdan çayı qoyulmuşdur. Zəngilər — İndiki Ermənistanın Zəngibasar (Masis) rayonunda kənddir. Rayon mərkəzindən 4 km şimal-qərbdə, Zəngi çayının sahilində yerləşir. 3 yanvar 1935-ci ilə kimi kəndin adı Donuzgiən (Donuzgirən) olmuşdur. Burada 1988-ci ilin noyabr-dekabr ayına kimi yalnız azərbaycanlılar yaşamışdır.
Zəngilər toponimi də türk mənşəlidir. Türk əsilli zəngilər nəsil adı ilə bağlıdır. F. Sümər yazır: "Əlcəzair və Suriyə hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər". Ərəb ölkələrindəki məmlük türkləri qıpçaq tayfalarıdır. Deməli, zəngilər qıpçaq tayfalarından biridir. Etnotoponimdir və quruluşca sadə
- 1 Mehri sahəsi — Meğri rayonu , Zəngilan rayonu
- 2 Zəngəzur nahiyəsi — Gorus rayonu Laçın rayonu
- 3 Zəngəzurun 3-cü sahəsi (uçastok) Qafan nahiyəsi -Qafan rayonu ,Qubadlı rayonu
Zəngəzur qəzasının dördüncü polis sahəsinin (Qubadlı nahiyəsi
Qarabağ regionunun digər qəzası olan Zəngəzur qəzasında beş polis məntəqəsi olub.
- 1. Qarakilsə, bu polis məntəqəsində 15 kənd cəmiyyəti vardı.
- 2. Xanazax, bu polis məntəqəsinə 23 kənd cəmiyyəti daxil idi.
- 3. Dondarlı, bu polis məntəqəsinə 19 kənd cəmiyyəti daxil idi..
- 4. Şıxauz bu polis məntəqəsinə 20 kənd cəmiyyəti daxil idi.
- 5. Kəvər (Kavarta) bu polis məntəqəsi haqqında məlumat verilməmişdi (8, s.32–33).
Yenə də 1906-cı il Qafqaz təqvimlərinin məlumatlarında Zəngəzur qəzasında olankənd cəmiyyətləri Əlianlı (Alianlinskoe), Aldərə (Alidarinskoe), Əliqulu-Uşağı (AlikuluUşaqinskoe), Əliqulukənd (Alikulikendskoe), Əlili (Alilinskoe), Əngələvit (Anqelautskoe), Ərkivan (Arçevaninskoe), Astazur (Astazurskoe), Axlatian (Axlatianskoe), Babalı (Babalinskoe), Bazarçay (Bazarçayskoe), Bartaz (Bartazskoe), Bayandur (Bayandurskoe), Vağudi (Vaqudinskoe),Vartanazur (Vartanazurskoe), Qal (Qalıskoe), Qarar (Qararskoe),Gorus (Qeryusinskoe), Güdgüm (Qyudqyumskoe), Qyaqlin (Qyaqlinskoe), Dərəbas (Darabasskoe), Dərzalı (Darzalinskoe), Cağazur (Djaqazurskoe), Cahangirbəyli (Djaqanşirbeklinskoe), Cicimli (Djidjimlinskoe), Dondarlı (Dondarlinskoe), Dığ (Dıqskoe), Zəngilan (Zanqelanskoe), İskenderbeyli (İskanderbeqlinskoe), Kavart (Kavartskoe), Qazıqurdalı (Kazikurdalinskoe), Qaladərəsi (Kaladarasinskoe), Qaraqışlaq (Karakışlyakskoe), Gödəklər (Kedaklarskoe), Kercalanlı (Kerdjalanlinskoe), Kiratağ (Kirataqskoe), Lehvaz (Leqvazskoe), Malbəyli (Malbeklinskoe), Məmmədli (Mamedlinskoe), Mehri (Miqrinskoe), Mollalar (Mollalarskoe), Molla (Mollinskoe), Müsəlmanlar (Musulımanlarskoe),Noraşen (Noraşenskoe), Nüvədi (Nyuvadinskoe), Qrdaxlı (Qrdaklinskoe), Qxtar (Qxtarskoe), Qxçu (Qxçinskoe), Pirnaut (Pirnautskoe), Pirçevan (Pirçevanskoe), Piçanis (Piçanisskoe), Rabaid (Rabaidskoe), Saralı (Saralinskoe), Sarıyataq (Sariyataqskoe), Səfiyan (Safiyanskoe), Sofulu (Safulinskoe), Seyidlər (Seidlarskoe), Sisiyan (Sisianskoe), Tatev (Tatevskoe), Tirin (Tirinskoe), Udcanı (Udjanisskoe), Üz (Uzskoe), Hadcaqan (Xadjaqanskoe), Xəzinəvar (Xaznavarskoe), Xələc (Xaladjskoe), Xəndək (Xandakskoe), Xinzirak (Xinzirakskoe), Hot (Xotskoe), Şalat (Şalatskoe), Şalvin (Şalvinskoe), Şahnazuz (Şahnazuskoe), Şahsuvarlı (Şaxsuvarlinskoe), Şəki (Şekinskoe), Şinqer (Şinqerskoe), Şıxevi (Şixavinskoe), Şıxlar (Şixlyarskoe) kimi verilmişdi (9, s.243–244)
1910-cu ildə Zəngəzur qəzasında da 4 kənd şöbəsi yaradıldı.
- Birinci şöbəyə Əliqulukənd, Aypilin, Əngələut, Axlatian, Bazarçay, Vağudi, Gorus, Dərabas, Pirnaut, Sisiani, Tatev, Uz, Xinzirak, Xot, Şalat, Şəki, Şinger, Şıxlar, Yaycı,
- ikinci şöbəyə Bayandur, Gərənzu, Cağauz, Cicimli, Dığ, Qaladərə, Qaraqışlaq, Malbəyli, Mollalar,Müsülmanlar, Piçanis, Səfiyan, Seyidlər, Xəzinəvar, Şahsuvarlı,
- üçüncü şöbəyə Əliyanlı, Əliquluuşağı, Arçevan, Babalı, Qal, Qarar, Dondarlı, Gödəklər, Qazıqurdalı, Kerdcalanlı, Məmmədli, Mollin, Noraşen, Oxtar, Saralı, Sarıyataq, Sofulu, Ucanis,Xəndək, Xələc, Xocapan, Şıxavin,
- dördüncü şöbəyə isə Əlidərə, Astazur, Bartaz, Vartanzur, Qyaqyalin, Güdgüm, Dərzili, Cahangirbəyli, Kirataq, Kəvər, Lehvaz, Mehri, Nüvədi, Oxçu, Pirçevan, Raband, Tirin, Ordaxlı, Zəngilan, Şıxauz və İsgəndərbəyli kənd cəmiyyətləri daxil edildi (11, s.3–4).[2]
==Zəngəzur qəza rəisi ==
- M. Namazəliyev
- N. Pivaroviç
Əhalisi
redaktə- 1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 %), 91-i kürd kəndi (27,8%) və yalnız 81-i erməni kəndi (24,8%) olmuşdur.
- 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox olmuşdur.
- 1897-ci ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1%) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8%) erməni olmuşdur.
- 1916-cı il yanvarın 1-nə olan məlumata görə bu ölkələrdə əhalinin etnik tərkibi yenə azərbaycanlıların xeyrinə çoxluq təşkil edirdi. İrəvan qəzasında 74,2 min nəfər və ya 48%, Zəngəzur qəzasında 119,5 min və ya 53,3%, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 45 min nəfər azərbaycanlı olmuşdur. Bu rəqəmlər əyani surətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar əksəriyyət təşkil etmişlər.
Azərbaycan-türk mənşəli böyük tayfaların bəziləri Zəngəzur qəzasında yaşayırdı. XIX əsrin ortalarında qəzada Sofulu (onun 19 qışlağının 5-i Sisyan sahəsində, 4-ü Cəbrayıl sahəsində yerləşirdi), Sarallı (13 qışlağı Qafan sahəsində), Puşanlı (7 qışlağı Qafan və Meqri sahələrində), Kiqili (4 qışlağı Qafan sahəsində "Qığı dərəsi" adlı yerdə), Xocamusaxlı (3 qışlağı Sisyan və Qafan sahələrində) tayfaları yaşayırdı (103, 11). Qəzada kürd mənşəli Püsyan tayfasının Babalı (878 ailə), Sultanlı (240 ilə), Zodbanlı (133 ailə) və Potanlı (142 ailə) qolları və Qaraçorlu tayfasının Hacısamlı (211 ailə), Kəloxçu (418 ailə), Təhməzli (407 ailə), Şadmanlı (315 ailə), Şeylanlı (232 ailə) və Əliyanlı (110 ailə) qolları da yaşyırdı (103, 11). Bunlardan başqa, qəzada Ağkörpü (qolları: Ağbulaq, Müsəlləm, Tünüs və Şotalı) və Baharlı tayfaları maldarlıqla məşğul idilər (103, 146). Bu məlumatdan görünür ki, Zəngəzur qəzasının əhalisi binadan azərbaycanlı olmuşdur.[6]
Ermənilərin köçürülməsi
redaktəS. P. Zelinski yazır ki, Zəngəzur qəzasında Axlatian, Prnakot və Şinətaq adlı cəmi üç erməni kəndi yerlidir, qalan erməni kəndləri 1826–28-ci illərdən sonra təşkil olmuşdur.
- Hacı Ağalar bəyə məxsus olan torpaqda salınan erməni kəndi: Pirnaut kəndi – 66 evdən ibarət , Axlatian kəndi – 27 evdən ibarət olmuşdur.
- Kapitan Uğurlu bəyə məxsusu olan torpaqda salınan erməni kəndi: Gerov kəndi – 15 evdən ibarət, Qeni kənd — 14 evdən ibarət olmuşdur.
- Əhməd Əli, Divan bəyə məxsus olan torpaqlarda salınan erməni kəndi: Kərki-cahan kəndi – 22 evdən ibrət, Araus kəndi – 16 evdən ibarət, Təng kəndi – 9 evdən ibarət olmuşdur.
- Divan xanın mirzəsi Mirzə Yusif məxsus olan torpaqlarda salınan erməni kəndi: Qarakütüqlü kəndi– 27 evdən ibarət olmuşdur.[7]
Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur. Ümumilikdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 mindən çox azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Eyni zamanda Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında (şəhərlə birlikdə) 16 min, İrəvan quberniyasında 132 min azərbaycanlı amansızlıqla öldürülmüşdür.[8]
1905-ci ildə Erməni müəllifi S. Zavaryanın verdiyi məlumata görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır. Erməni müəllifi S. Zavaryanın verdiyi məlumata görə isə 1905–1906-cı illərdə Zəngəzur qəzasında 43 müsəlman, 14 erməni kəndi dağıdılmışdır.[9] Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər[10]
1918-ci ildə Andronik və digər erməni-daşnak quldur başçılarının vəhşiliyi nəticəsində Zəngəzur qəzasının türk-müsəlman kəndlərində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, Zəngəzur qəzasında hər iki cinsdən olan 10.068 nəfər öldürülmüş və ya şikəst edilmişdi, lakin bu rəqəmlər də faciəvi vəziyyəti tam əks etdirmirdi, reallıqda erməni vəhşiliklərinin sayı daha çox idi, çünki müsəlmanlar qəzadan qaçqın düşdüklərindən qurbanların sayını dəqiq müəyyənləşdirmək mümkün olmamışdı. 1917-ci ildə Zəngəzur qəzasında 123.085 nəfər təşkil edən türk-müsəlman əhali 1926-cı il siyahıyaalınma göstəricilərinə görə say baxımdan heç 5000 nəfər deyildi. FTK üzvü N. Mixaylov 1918-ci il ərzində Zəngəzur qəzasında törədilmiş vəhşiliklərin təhqiqatı əsasında hazırladığı məruzədə dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərilmişdi.[11]
I Dünya müharibəsindən sonra bölgədəki etnik dəyişikliklər
redaktəİndiki Ermənistan ərazisində, xüsusən Zəngəzur bölgəsində etnik Azərbaycan türklərinə qarşı yürüdülən etnik təmizləmə siyasətini regionda olan bir ingilis jurnalisti də görmüşdü. Həmçinin bölgədə baş verənlərlə bağlı olaraq, AXC-nin yarırəsmi "Azərbaycan" qəzeti Avropanın məsələ ilə bağlı maraqlanmadığına heyrətləndiyini açıqlamışdı. Azərbaycanlılara qarşı qətliamların həyat akeçirilməsinin etirafı da vardır. 1920-ci ildə yazdığı qeydlərində erməni arxiyepiskopu qətliamlarının həyata keçirildiyini etiraf edirdi. O, Zəngəzurdakı etnik təmizliyi Osmanlının 1915-ci ildə ermənilərə etdiyi qətliamlarla müqayisə etsə də bu etnik münaqişədə günahı Osmanlı yönümlü siyasət aparan tatarlarda (azərbaycanlılarda) görürdü. Bu qətliamlar zamanı boşaldılan kəndlərə Andronik özü ilə birlikdə Bitlis və Vandan gətirdiyi erməni kəndlilərini yerləşdirdilər. Riçard Hovhanisyan Andranikin bu siyasətini "Zəngəzurun bir erməni torpağına çevrilməsi" prosesinin başlanğıcı kimi təsvir edir.[12] 1919-cu ilin yayında Qarabağdakı ermənilər tabe edildikdən sonra Zəngəzur üzərinə hərəkat üçün hazırlıqlara başlanıldı. Məhəmməd Əmin Rəsulzadə bunun artıq zamanının çatdığını bildirməkdə idi. [13] 20 noyabr 1919-cu ildə Tiflisdə danışıqlar başladı və 23 noyabrda Ermənistan və Azərbaycanın baş nazirləri Xatisyan və Yusifbəyli sülh müqaviləsi imzalasalar da, əməli həyata keçirilməsi mümkün olmadı.[14] Davam edən hərbi əməliyyatlar fonunda bölgədəki sonuncu azərbaycanlı kəndi olan Acıbac kəndi də boşaldıldı. Daşnak liderləri tərəfindən aparılan kütləvi qətl və etnik təmizləmədən canını qurtara bilən şəxslər Həkəri çayı boyunca yerləşən dağ sığınacaqlarına və Naxçıvana qaçmağa məcbur oldular.[15] Azərbaycan və Ermənistanın bolşevik ordusu tərəfindən işğal edilməsindən sonra bölgədə yeni sərhədlər müəyyələnləşdirildi. Bolşeviklərin Zəngəzuru əvvəlcə Azərbaycanın tərkibində saxlanması lehinə etdikləri çıxışlara baxmayaraq, Zəngəzur qəzası iki yerə bölündü. Bunun əsas səbəbi olaraq Qaragin Njdenin bolşeviklərə qarşı üsyanı və tələbləri, həmçinin 1918–1920-ci illərdə bölgədə həyata keçirilmiş qətliamlar və deportasiyalar nəticəsində etnik göstəricilərin kəskin dəyişməsi idi. Məsələn, təkcə Zəngəzur bölgəsində 1897-ci il siyahıyaalınmalarına görə, burada yaşayan 137,9 min insanın 63.6 minini erməni (46,2%) təşkil edərkən, 73.0 minini (53 %) müsəlmanlar təşkil edirdi. 1922-ci il kənd təsərrüfatı siyahıyaalınmasından isə məlum olur ki, 73.0 min müsəlmandan yalnız 6.5 min (10.2%) müsəlman qalmışdı. Bunun müqabilində ermənilərin sayı isə yüksələrək 46.2-dən 89,5% olmuşdu.[16] Tom de Vaalın fikrincə, daşnakların lideri Qaregin Njde 1921-ci ildə Zəngəzuru tutaraq oradan Azərbaycan türklərinin sağ qalmağı bacarmış qalıqlarını qovmuş və erməni müəllifi Kladue Mutafyanın evfemik şəkildə dediyi kimi, bölgənin "yenidən erməniləşdirilməsinə" nail olmuşdur.[17][18] Ümumilikdə İrəvan quberniyası izlənildiyi zaman isə məlum olur ki, 1918–1921-ci illər ərzində Ermənistanda yaşayan 180 min azərbaycanlı (orada yaşayan ümumi azərbaycanlıların 2/3 hissəsi) yoxa çıxmışdır. Onlar ya öldürülmü ya da qonşu dövlətlərə, ya da bölgələrə qaçmışdılar.[19]
Abidələri
redaktə1891-ci ildə 9 sünnü 24 şiə məscidi fəaliyyət göstərmşdir.
Kəndləri
redaktə- Aldərə
- Anqelaut (Angeğakot)
- Аnçevanik
- Əliqulu
- Astazur (Şvanidzor)
- Axlatian
- Xıdırlı (Qubadlı)
- Bazarçay (Sisyan)
- Bartaz (kənd)
- Bayandur (Gorus)
- Vağudi
- Varşanazur
- Qal
- Qarar
- Gödəklər (Qubadlı)
- Qərənzur
- Gorus
- Darabaz (Zəngəzur)
- Dərzili
- Cağazur
- Cahangirbəyli
- Cicimli (Laçın)
- Dondarlı (Qubadlı)
- Tex
- Zəngilan — Üdgün
- İsgəndərbəyli
- Kavart (Qafan)
- Qazı Qurdalı
- Qazı Qurdalı
- Qaraqışlaq (Sisyan)
- Qaladərəsi (Gorus)
- Qərcalanlı
- Qiqilu
- Lehvaz
- Malıbəyli
- Məmmədli (Qubadlı)
- Meğri
- Mişni (Laçın)
- Mollalar (Laçın)
- Nüvədi (Meğri)
- Noraşenik
- Pirnaqut
- Pirçəvan
- Piçənis
- Rabənd
- Sarallı Xəştab
- Sarıyataq
- Pircahan
- Sisian
- Sofulu (Qarakilsə)
- Tatev
- Mincivan
- Ucanis
- Uz
- Xalac (Qafan)
- Xanazax
- Xəndək (Qubadlı)
- Xınzırək
- Xocahan
- Xot
- Şalat
- Daşdı
- Şahsuvarlı (Minkənd)
- Daşdı
- Şəki (Zəngəzur)
- Şingər
- Şıxovuz
- Şıxlar (Cəbrayıl)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-08. (rus.)
- ↑ 1 2 "Arxivlənmiş surət" (PDF). 2021-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.
- ↑ Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s. 123, 257
- ↑ Zeynalov F. Türkologiyanın əsasları, Bakı, "Maarif", 1981. s.26
- ↑ "Демоскоп Wekly - Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам. Российской Империи кроме губерний Европейской России (rus.)". 2011-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
- ↑ "Arxivlənmiş surət". 2020-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
- ↑ "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
- ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
- ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-07-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-21.
- ↑ "Arxivlənmiş surət". 2021-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.
- ↑ Bloxham, 2005. səh. 103-105
- ↑ Hovannisian, 1971. səh. 188-189
- ↑ Hille, 2010. səh. 187
- ↑ Hovannisian, 1982. səh. 225-226
- ↑ Гарданов, 1969. səh. 13
- ↑ Том де Ваал. "Главы из русского издания книги "Черный сад"". news.bbc.co.uk. 2005. 8 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2022.
- ↑ Mutafian, 1994. səh. 134
- ↑ Mccarthy, 1997. səh. 380
Mənbə
redaktə- Donald Bloxham. The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction. Oxford: Oxford University Press. 2005.
- Richard Hovannisian. The Republic of Armenia, 1919-1920. II. University of California Press. 1982. ISBN 0520041860.
- Richard Hovannisian. The Republic of Armenia, 1918-1919: From Versailles to London, 1919-1920. I. University of California Press. 1971. 592.
- Charlotte Hille. State Building and Conflict Resolution in the Caucasus. I. Brill. 2010.
- Наталия Георгиевна Волкова. Этнические процессы в Закавказье в XIX-XX вв. Moskva: Кавказский этнографический сборник - Наука. В. К. Гарданов. 3–54.
- Claude Mutafian. Karabakh in the twentieth century. Caucasian Cnot. 1994. ISBN 1856492877.
- Justin Mccarthy, (1997), The Ottoman Turks: An Introductory History to 1923. The Ottoman Turks: An Introductory History to 1923. Longman. 1997. ISBN 9780582256552.