El Minhac Fi Serh Sehih Muslim - Wikipedia
Əl-Minhac fi Şərh Səhih Müslim (ərəb. المنهاج في شرح صحيح مسلم بن الحجاج) — Müslim ibn Həccacın hədislər toplusuna Muhyiddin ən-Nəvəvinin şərhi.
Əl-Minhac fi Şərh Səhih Müslim | |
---|---|
ərəb. | |
Müəlliflər | İmam Nəvəvi |
Janr | İslam |
Orijinalın dili | Ərəbcə |
Müəllif
redaktəƏn-Nəvəvi 1233-cü ildə Nəva kəndində (müasir Suriya) anadan olmuşdur. Erkən uşaqlıqdan atası ona elmə məhəbbət aşılamış və 1251-ci ildə onu Şama aparmış və ilk dəfə burada dini elmləri öyrənmişdir. 655-ci ildən Əşrəfi mədrəsəsində dərs demişdir. İmam Nəvəvi iki dəfə həcc etmişdir. Ömrünün sonunda Qüdsə və Hevrona səfər edir. O, 1277-ci ildə 45 yaşında ikən doğma kəndində vəfat edir.
Səhihi-Müslim
redaktəSəhihi-Müslim (ərəb. صحيح مسلم) — altı əsas sünni hədis toplusundan biri (Kutub əl-sitta). "Səhih Müslim" Səhih əl-Buxaridən sonra Məhəmməd peyğəmbərin ikinci ən etibarlı hədis toplusu hesab olunur.
Kitabın təsviri
redaktəMüəllif kitaba yazdığı müqəddimədə yazır ki, o, Müslim ibn əl-Həccacın məcmuəsi ilə bağlı bu şərhin nə çox qısa, nə də çox müfəssəl olmasın, onun əsərinin daha da yayılmasını asanlaşdırmaq üçün Allaha dua edir. Ən-Nəvəvinin fikrincə, "Səhihi-Müslim"in təfərrüatlı şərhi yüz cildə sığmaz. Ən-Nəvəvi "Əl-Minhac" əsərində Məhəmməd peyğəmbərin (s.av) hədislərini təfərrüatı ilə izah edir: o, rəvayətlərin mətnindən əldə edilən faydaları qeyd edir, ərəb dilində qaranlıq və az işlənən sözləri izah edir, hədis rəvayət edənlərin adlarını aydınlaşdırır və onların etibarlılığını ortaya qoyur[1].
İstinadlar
redaktə- ↑ Ан-Навави. (PDF). Вступительная речь автора. 1994 http://ia600408.us.archive.org/9/items/waq13422/01_13422.pdf (#bare_url_missing_title).
Сахих Муслим би-шарх ан-Навави