Giriş Qeydiyyat Saytda Axtar

Suriya - Wikipedia

SexStory.Biz - Erotik Hekayeler
Ucuz Reklam yerləşdir
Gecemiz.Az - N1 Azeri Chat Tanisliq
Suriya - Wikipedia - Haqqında Məlumat
Ana Səhifə - Suriya

Suriya (ərəb. سوریة) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir.

Suriya Ərəb Respublikası

ərəb. الجمهورية العربية السورية
al-Jumhūrīyah al-ʻArabīyah as-Sūrīyah

Suriya
ərəb. سوريا
Suriya ərəb. سوريا bayrağı
Bayraq
Suriya ərəb. سوريا gerbi
Gerb
Himni: ərəb. حماة الديار
"Hümat əd-Diyar"
Suriya ərəb. سوريا xəritədə yeri
Paytaxtı
və ən böyük şəhəri
Dəməşq
Rəsmi dilləriƏrəb dili
Etnik qrupları
Ərəblər 90%
Digər 10%: Kürdlər • Türkmanlar • Assuriyalılar • Çərkəzlər • Ermənilər • Çeçenlər • Yunanlar
Dini
İslam 87%
Xristianlıq 10%
Digər 3%
İdarəetmə formasıYarı prezident respublikası
Rəhbərlik
• Prezident
Bəşşar əl-Əsəd
• Baş nazir
Hüseyn Ərnus
Qanunverici orqanıSuriya Xalq Məclisi
Qurulması
Tarixi 
• Suriya Respublikası
14 may 1930
• Bəəs rejimi
8 mart 1963
• Suriya Konstitusiyası
27 fevral 2012
• Yaranması
8 mart 1920
Ərazisi
• Ümumi
185,180 (87-ci yer)
• Su (%)
1.1%
Əhalisi
• 2016 təxmini
20 mln (67-ci yer)
• 2019 siyahıya alma
17,070,035
• Sıxlıq
1,183/km2 (3,064.0/kv. mil) (70-ci yer)
ÜDM (AQP)2015 təxmini
• Ümumi
50.28 mln$
• Adam başına
2.900$
ÜDM (nominal)2014 təxmini
• Ümumi
24.6 mln$
• Adam başına
831$
İİİ (2018)0.549
aşağı · 157-ci yer
ValyutasıSuriya funtu (SYP)
Saat qurşağı+2
• Yay (DST)
+3
Telefon kodu+963
İnternet domeni.sy

1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur. Suriyadakı mövcud prezident 1970-ci ildən 2000-ci ilədək ölümə qədər ölkəni idarə edən Hafiz Əsədin oğlu Bəşşar əl-Əsəddir.[1] Mart 2011-ci ildə Yaxın Şərqdəki dalğalanmalardan ictimai mitinqlərlə başa çatdı. Hökumət 29 Mart 2011-ci ildə istefa verdi. İctimaiyyətin islahat istəməsi və onlarla insanın ölümü nəticəsində Məhəmməd Naci əl-Otari baş nazir oldu. Hökumət formalaşana qədər Məhəmməd Nacan əl-Otari müvəqqəti olaraq Bəşşar əl-Əsəd tərəfindən baş nazir vəzifəsinə təyin edildi. Eyni gündə bir çox şəhərlərdə, xüsusilə də paytaxt Şam şəhərində on minlərlə nümayiş keçirildi.[2][3][4]

Mündəricat

  • 1 Coğrafi mövqeyi və iqlimi
  • 2 Tarixi
  • 3 Əhali
    • 3.1 Etnik tərkib
  • 4 İqtisadiyyat
  • 5 Danışılan dillər
  • 6 Dini vəziyyət
  • 7 İnzibati bölgü
  • 8 İstinadlar
  • 9 Xarici keçidlər

Coğrafi mövqeyi və iqlimi

Aralıq dənizinin şərqində Suriyanın qərbində dağlıq bir kütlə vardır. K-G istiqamətində uzanan Ənsariyyə dağları Türkiyədəki Nur dağlarının bir davamı şəklində Antilivan dağları olaraq İsrailə qədər sahil boyunca uzanır. 1000 metr yüksəklikdə olan bu dağlar, Suriyanın sahillərinə paralel olaraq dağların uzanması səbəbindən Suriyanın içərisinə dənizin daxil olmasına maneə törədir. Çöl şəraiti Suriyanın mərkəzində təsirli olur. Suriyanın cənubunda, Suriya səhrası yerləşir. Suriyanın 2/3 hissəsi səhralıqla örtülüdür. Aralıq dənizinin iqlimi Aralıq dənizi sahillərində üstünlük təşkil edir. Kənd təsərrüfatı və heyvandarlıq xalqın əsas məşğuliyyətidir. Suriyanın yeraltı qaynaqları arasında neft və fosfat çox vacibdir.

Tarixi

  Əsas məqalə: Suriya tarixi

Əhali

  Əsas məqalə: Suriya mühafazlarının əhalisi
Əhali sayının statistikası (1960 tarixindən 2019 tarixinədək)
İl Sayı
1960 4.592.777 [5]
1961 4.742.596 [5]
1962 4.897.428 [5]
1963 5.057.825 [5]
1964 5.224.579 [5]
1965 5.398.333 [5]
1966 5.579.283 [5]
1967 5.767.478 [5]
1968 5.963.248 [5]
1969 6.166.933 [5]
1970 6.378.802 [5]
1971 6.599.366 [5]
1972 6.828.765 [5]
1973 7.066.474 [5]
1974 7.311.685 [5]
İl Sayı
1975 7.564.000 [5]
1976 7.822.610 [5]
1977 8.088.148 [5]
1978 8.363.346 [5]
1979 8.651.904 [5]
1980 8.956.156 [5]
1981 9.277.280 [5]
1982 9.613.572 [5]
1983 9.960.919 [5]
1984 10.313.558 [5]
1985 10.667.245 [5]
1986 11.020.570 [5]
1987 11.374.437 [5]
1988 11.729.760 [5]
1989 12.088.336 [5]
İl Sayı
1990 12.451.539 [5]
1991 12.818.302 [5]
1992 13.187.960 [5]
1993 13.562.742 [5]
1994 13.945.646 [5]
1995 14.338.240 [5]
1996 14.746.306 [5]
1997 15.168.523 [5]
1998 15.591.261 [5]
1999 15.995.760 [5]
2000 16.371.208 [5]
2001 16.700.984 [5]
2002 16.994.676 [5]
2003 17.298.476 [5]
2004 17.676.012 [5]
İl Sayı
2005 18.294.611 [5]
2006 18.914.977 [5]
2007 19.632.806 [5]
2008 20.325.443 [5]
2009 20.824.893 [5]
2010 21.018.834 [5]
2011 20.863.993 [5]
2012 20.420.701 [5]
2013 19.809.141 [5]
2014 17.064.854
2017 18.269.868 [6]
2018 18.284.407
2019 18.499.181
  • Suriya Mərkəzi Statistika Bürosunun son rəsmi məlumatına əsasən 31.12.2011 tarixinə ölkənin daimi əhalisinin sayı 21,377,000[7] nəfərdir.

Etnik tərkib

Suriyada təxminən 22 milyon əhali yaşayır. Suriyalılardan başqa livanlılar, fələstinlilər, iordaniyalılar, az sayda isə maltalılar bu ölkənin vətandaşlarıdır.

İqtisadiyyat

  Əsas məqalə: Suriya iqtisadiyyatı

İqtisadiyyatın aparıcı sahələrini ələ keçirən Suriya hökuməti planlı inkişaf yolunda ilk addımlarını atmağa başladı. İlk beşillik planın (1961–1965) yerinə yetirilməsi üçün iqtisadiyyata 2,7 mlrd. Suriya funtu məbləğində kapital qoyulmuşdu. Bu plana görə ölkənin ümumi sənaye artımı hər il 7 faizdən az olmamalı idi.[8].

Danışılan dillər

Rəsmi dil ərəb dilidir. Müasir ərəb dialektindən istifadə olunur. Ölkənin şimal qərbində kürd və türk dillərindən istifadə olunur.

Dini vəziyyət

Suriyada əhalinin əksər hissəsini (90%-dən çox) müsəlmanlar təşkil edir, ölkədə xristianlar (7%) da vardır. İslam ardıcıllarının çoxu hənəfi və digər məzhəbli sünnilərdir (74%). Onlardan başqa əsasən Laziqiyyədə yaşayan nüseyrilər (12%), Əs-Süveydada yaşayan dərzilər (3%) — hər iki vilayətdə sünnilər azdır – Sələmiyyədə rast gəlinən ismaililər (38 min), ortodoksal şiə-imamlar (15 min) da mövcuddur. Sünnilər ,əsasən, ərəblərin böyük hissəsi və kürdlər, türkman, çərkəzlər və çeçenlərdir. Şiələr isə ərəblərin bir hissəsi və farslardır.

Xristianlar arasında rumi ortodokslar (300 min nəfər) və katoliklər (205 min nəfər, rumi katoliklər, süryani katoliklər, erməni-katoliklər, marunilar, xaldo-katoliklər, latın ənənəli katoliklər). Bunlardan başqa, erməni-qriqoryanlar (150 min nəfər), süryani ortodokslar (125 min nəfər), nəsturilər (20 min nəfər), protestantlar (20 min nəfər, presvitreianlar, Yaxın Şərqdə erməni Yevanqelist kilsələri Birliyinin ardıcılları, anqlikanlar, yeddinci günün adventistləri və s.) da yaşayırlar. Xristianlıq əsasən ərəblər arasında yayılıb, eyni zamanda assuriyalılar və ermənilər arasında da mövcuddur. Digər dinlərin ardıcıllarından yezidilər (10 min nəfər, kürdlərin bir hissəsi) və iudaistlər (4,5 min nəfər) vardır.

İnzibati bölgü

  Əsas məqalə: Suriya mühafazlarının əhalisi

Suriya inzibati cəhətdən 14 muhafazlığa , muhafazlıqlar 60 məntəqəyə , məntəqələr isə öz növbəsində 206 nahiyyəyə bölünür .

Suriya Ərəb Respublikasının muhafazlıqları :

 

  Dəməşq
Əl-Qüneytirə
Dəra
Əs-Süveyda
Hüms
Tərtus
Əl-Laziqiyyə
Həma
İdlib
Hələb
Ər-Rəqqə
Deyr əz-Zövr
Əl-Həsəkə

İstinadlar

  1. ↑ Baath Party Arxivləşdirilib 2008-04-21 at the Wayback Machine The Columbia Encyclopedia Sixth Edition 2001–05. Retrieved 2007, 06–13.
  2. ↑ "Arxivlənmiş surət". 2014-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  3. ↑ http://hurarsiv.hurriyet.com.tr/goster/ShowNew.aspx?id=17405752
  4. ↑ "Arxivlənmiş surət". 2014-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  5. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 World Bank Open Data. Dünya Bankı.
  6. ↑ World Bank Open Data. Dünya Bankı.
  7. ↑ Syrian Arab Republic Office Of Prime Minister — Central Bureau Of Statistics :Estimates of Population actually living in Syria by governorate and sex (000) * on 31/12/2011, Table 3/2---or---تقدير عدد السكان المتواجدين في سورية حسب المحافظة والجنس (بالألف)* في31 / 12 / 2011 Arxivləşdirilib 2012-07-12 at Archive.today: The number doesn’t include syrian population abroad
  8. ↑ "Рейтинг стран мира по уровню валового национального дохода на душу населения". 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.

Xarici keçidlər

   Suriya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/?q=Suriya&oldid=6933436"
Tanışlıq · Forum · Oyun · Yükləmə · Master · Hekayə
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/80
MobTop.az Statok.net
DMCA.com Protection Status