Elisa Nicat - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hüseynov Əlisa Qulam oğlu (Lerik rayonu,Zuvand mahalı,Yuxarı Gədik)— Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi.
Əlisa Nicat | |
---|---|
Əlisa Qulam oğlu Hüseynov | |
Doğum adı | Əlisa Hüseynov |
Təxəllüsü | Əlisa Nicat |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Gədik, Lerik rayonu,Zuvand mahalı, Lerik rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | yazıçı, tərcüməçi, tarixçi |
Əsərlərinin dili | azərbaycanca |
İlk əsəri | "Bircə söz" (şeir) |
Tanınmış əsəri | "Qızılbaşlar" |
alisoynizami.wordpress.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib. 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını[1] dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 1967–1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib. 1973–1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983–1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993–1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib. Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb.
1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib.
Bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa çox sayda tərcümələri, şeirləri, esseləri, povestləri var.
Əsərləri
redaktə- Gəncəli müdrik (1990)
- Nağıllara dönən tarix (1993)
- Ruhların söhbəti (1994)
- Dünya sərkərdələri (1995)
- Dünya filosofları (1996)
- Kədər şərabı (1997)
- Dünya tarixçiləri (1998)
- 100 böyük azərbaycanlı (1999)
- Karvan (2000)
- Tarixin qürubu (2009)
- Sasanilərin sonu
- Ehram (roman)
- Sarsılmaz Mir Cəfər
- Mələklər və İblislər
- Rza xan
- Qızılbaşlar
- Fenomen
- Satrap və demokrat
- Artakserks və Midya türkləri
- Əsrin mənzərəsi
- Sirli xəzinə
- Müdriklik məbədi (2018)
- Bülbül və gül (povest)
- 101 Dahi
- Qızıl fəlsəfə
- Tiranlar və kölələr
- Kafka və mən
- Vətənpərvər 2012–2019-cu illərdə 55
cildlik əsərlərinin indiyə qədər 26 cildi çapdan çıxmışdır.
İstinadlar
redaktə- ↑ "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.
Xarici keçidlər
redaktə- 80 yaşlı Əlisa Nicat: "İnsanlar min illərlə gerçəkdən uçublar, indi ancaq yuxularda uçurlar"
- "Müdriklik məbədi"nin sakinləri olaq
- Facebook: Əlisa Nicat
- WordPress: Əlisa Nicat