Ettarlar Mehellesi - Wikipedia
Əttarlar məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.Məhəllə gəncəlilər tərəfindən tarix boyu "Çayqırağlılar" məhəlləsi olaraq da adlandırılıb.
Haqqında
redaktəBu məhəllənin Əttarlar adlanmasına səbəb burada ətriyyat satanların çox olmasına görə olmuşdur. Məhəllə sakinləri yerli gəncəlilərdən ibarətdir və şəhər əhalisi arasında Əttarlar məhəlləsinin sakinləri Çayqıraqlılar kimi tanınır. Mürsəl ağa qəbirstanlığıda da bu ərazidə yerləşirdi. Əttarlar məhəlləsində 1804-cü ilin may ayında 40 ev 151 nəfər (67 kişi + 84 qadın) olmuşdur. 1916-cı ildə isə burada 846 ailə yaşayırdı. Məhəllədən keçən Karxana arxı, Məşədi Həsən Dadanovun tütün manufakturasının ehtiyacları üçün sərf olunurdu. Məhəllədədə doğulmuş ziyalılardan Gəncənin məşhur zərgəri Məşədi Məmmədəli Mahmudzadə və Əli Razi Şəmçizadə olmuşdur.[1]