Agayar Sukurov - Wikipedia
Ağayar Şükürov (25 mart 1946, Puşkin rayonu – 2008) — Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru (1989).[1]
Ağayar Şükürov | |
---|---|
Ağayar Məhəmməd oğlu Şükürov | |
Doğum tarixi | 25 mart 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 2008 |
Elmi dərəcəsi | |
Elmi adı |
Həyatı
redaktəAğayar Şükürov 25 mart 1946-cı ildə Biləsuvar rayonunun (keçmiş Puşkin) Əmənkənd kəndində anadan olmuşdur. Orta məktəbi 1963-cü ildə Əmənkənddə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin fakültədən məzun olmuşdur. 1971–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır.[1]
Əmək fəaliyyəti
redaktəAğayar Şükürov 1975–1976-cı illərdə Bədən Tərbiyəsi İnstitutunun Fəlsəfə kafedrasında baş müəllim olaraq fəaliyyət göstərmiş, daha sonra 1990-cı ildən Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmişdir. Əsasən fəlsəfə və din tarixi, mifologiya, mədəniyyət və ekoloji problemlərin tədqiqi ilə məşğul olmuşdur. 1991-ci ildə keçmiş SSRİ məkanında ilk dəfə olaraq "Ekologiyanın fəlsəfi problemləri" şöbəsini yaratmışdır. Həmin şöbədə 2006-cı ilə qədər "Ekologiya. Fəlsəfə. Mədəniyyət" adlı məcmuənin 42 buraxılışı nəşr olunmuşdur. Alimin 30-a qədər kitabı, 330-dən artıq elmi məqaləsi çapdan çıxmışdır. O, 2 elmlər doktoru, 25 elmlər namizədi yetişdirmişdir. Ağayar Şükürov 4 mart 2003-cü ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir.[1]
Elmi fəaliyyəti
redaktəAğayar Şükürov 1975-ci ildə "Milli və dini ənənələr" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1989-cu ildə isə "Müasir qlobalistikada ekoloji problemlərin yeri və rolu" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır.[1]
Vəfatı
redaktəAğayar Şükürov 7 noyabr 2008-ci ildə vəfat etmişdir.[1]
Əsərləri
redaktə- İslam, adət və ənənə-1981
- Müasir dövrün qlobal ekoloji və demoqrafik problemlərinin sosial-fəlsəfi mahiyyəti – 1984
- Təbiət və cəmiyyət: fəlakətin astanasında – 1992
- Azərbaycan fəlsəfəsi: qədim dövr – 1993 (G. Abdullazadə ilə birlikdə)
- Mifologiya(nəzəri-fəlsəfi təhlil) I kitab – 1995
- Qədim Şərq mifologiyası II kitab – 1995
- İran xalqlarının mifologiyası III kitab – 1995
- Hind mifologiyası IV kitab – 1996
- Qədim Çin mifologiyası V kitab – 1996
- Qədim Türk mifologiyası VI kitab – 1997
- Yunan mifologiyası VII kitab – 1999
- Alman-Skandinav xalqlarının mifologiyası VIII kitab – 1999
- Slavyan xalqlarının mifologiyası — 2006
- Fəlsəfə, cəmiyyətdə onun yeri və rolu – 1996
- Fəlsəfə və zaman – 1998
- Dədə-Qorqud mifologiyası – 1999
- Biblioqrafiya – 2000
- Qlobalistika və ekoloji fəlsəfə – 2001
- Qloballaşma: mahiyyəti və perspektivləri – 2001
- Fəlsəfə və Qloballaşma – 2002
- Şərq Fəlsəfəsi və Filosofları – 2005
- Azərbaycan mifologiyası(tədqiqi tarixindən) — 2005
- Qloballaşmış Cəmiyyətlər: dünən, bu gün, sabah — 2006
- Müstəqil Dövrün Fəlsəfəsi Və Filosofları — 2007
- Etnos, Millət və Millətçilik — 2008
- Hamı üçün Fəlsəfə — 2010(M. Şükürovla birlikdə)
Ali məktəblər üçün dərslikləri
redaktə- Fəlsəfə – 1996
- Kulturologiya – 1999
- Sosial ekologiya – 1999
- Fəlsəfə — 2008
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "Ağayar Şükürov" (PDF) (Azərbaycan). anl.az. 4-5-2021 tarixində arxivləşdirilib (PDF).