Abs Faunasi - Wikipedia
Amerika Birləşmiş Ştatlarının faunası — Amerika Birləşmiş Ştatlarında və onun ətrafında yerləşən dəniz və adalarda, Havay arxipelaqında, Arktikada, Alyaskada, Sakit okean və Karibdəki bir neçə ada ərazilərində yaşayan heyvanlar. ABŞ-də dünyanın başqa heç bir yerində tapılmayan bir çox fərqli yerli növ var. Şimali Amerika qitəsinin əksəriyyətində ABŞ, Afrika və Avrasiyanın şimal hissələrinə] bənzər növlərin tapılmasını əhatə edən Nearktik faunistik aləmdə yerləşir.[1]
Təxminən 432 növ məməli qitənin ABŞ-yə aid olan hissəsində məskunlaşıb,[2] həmçinin 800-dən çox quş növü [3] və 100 000-dən çox tanınmış həşərat növü də burada yaşayır.[4] ABŞ-də 311 müəyyən edilmiş sürünən, 295 amfibiya və 1154 balıq növü var[5][5] Digər 48 ölkədə mövcud olan heyvanlar arasında ağquyruq maral, kürən vaşaq, Amerika yenotu, ondatra, zolaqlı skunk, adi alabayquş, Amerika minki, Kanada susamuru və adi tülkü ABŞ-də da rast gəlinir. Qızılquyruq sar yalnız ABŞ-də deyil, Amerikada da ən çox yayılmış sar növlərindən biridir.
Ölkənin ən çox fərqlənən, yerli canlıların yaşadığı böyük ərazilər milli parklar kimi qorunur. 2013-cü ildə ABŞ-də 6770-dən çox milli park və ya qorunan ərazilər var idi ki, bunların hamısı 1,006,619 kv km-dən (2,607,131 km 2 ) artıq yer tuturdu.[6] İlk milli park 1872-ci ildə qurulan Vyoming əyalətindəki Yellouston Milli Parkı idi. Yellouston Milli Parkı, ABŞ-də ən böyük meqafauna təbii həyat mühiti olaraq qəbul edilir. Parkda, adi canavar, təhlükəli vaşaq və qrizli də daxil olmaqla, 67 növ məməli var.[7]
Məsələn, Nevada əyalətinin böyük hissəsini təşkil edən Mərkəzi Hövzədə və Rang ekoregionundakı qum təpələrindən, Vaşinqton əyalətindəki ən böyük buz sıxlığına sahib olan Şimali Kaskadların ekologiyasına qədər geniş ərazilərdən təşkil olunmuşdur. Şimali Kaliforniyada, Oreqon, Vaşinqton, Aydaho və Montana şəhərlərində yerləşən sıx meşəlik ərazilər əsasən mülayim iqlim şəraitində yaşayan canlı növlərinə malikdir, Cənubi Kaliforniya, Nevada, Arizona, cənub Yuta və Nyu-Meksikonun quru çöllərə, temperaturun həddindən artıq isti olmasına uyğunlaşmış növlər yaşayır.
Amerika Birləşmiş Ştatlarının qərbi
redaktəABŞ-nin qərb kontinental sahilində, şərq sahili kimi, şimaldan cənuba qədər soyuqdan daha istiyə doğru iqlim tipi ilə fərqlənir. Bəzi növlər bütün Qərb Sahilində yaşayır, ancaq Alaska Aleut adaları və Kaliforniya Çannel adalarında yaşayan Amerika Bald qartalı da mövcuddur. Adətən ABŞ-nin qərbi üçün qıvrıl maral, ağ quyruqlu antilop sincapları, pumalar, Amerika porsuqları, koyotlar, şahinlər və bir çox növ ilan və kərtənkələlər xasdır.
Baribal ABŞ-də yaşayan digər növlərlə, qonur ayı və qrizli ilə birlikdə şimal-qərbdə və Alyaskada daha çox yayılmışdır. Qərb Sahilində müxtəlif növ balinalar, dəniz samurları, Kaliforniya dəniz şirləri, qulaqlı suitilər və Şimal dəniz filləri rast gəlinir. Kaliforniya, Nevada, Arizona və Nyu Meksiko kimi quru, daxili çöl ərazilərində dünyanın ən zəhərli kərtənkələləri, ilanları və əqrəbləri var. Ən qorxunclar, Cənub-şərqdə çöllərdə yaşayan Gila canavarı və Mohave zınqrovlu ilanı ola bilər. Sonoran Çölündə dünyanın hər hansı bir yerindən daha çox - on bir növ zınqırovlu ilan var.[8]
Cənub-şərq sərhədində yaquar və oselot yaşayır. Şimali Amerika qunduzu və dağ qunduzu Vaşinqton, Oreqon və Şimali Kaliforniyanın meşəlik ərazilərində yaşayır. Kit tülkü Arizona, Nyu-Meksiko və Yuta boyunca yaşayır, tünd qırmızı tülkü isə Qərbi Amerikada məskunlaşıb.
Qızıl tülküyə Oreqon və Vaşinqtonda rast gəlinərkən, ada tülküsünə Cənubi Kaliforniyada və səkkiz Kanal adalarının altısında təsadüf edilir. Bu dalara dəniz yaşamları ilə və La-Manş adaları ləkəli porsuxları, Garibaldilərı, ada çit kərtənkələləri, keçəl qartalları və yerli olmayan Katalina adaları sürüsü kimi endemik cinsləri ilə məşhurdur. Rakun və ləkəli porsuq Qərbi ABŞ-də, halqa quyruqlu pişik isə Arizona, Nyu-Meksiko, Qərbi Texas, Yutaha, Kolorado və Kaliforniyanın çox hissəsində rast gəlinir. Amerika qara ayısı Vaşinqton, Oreqon, Kaliforniya, Arizona və Kolorado da daxil olmaqla çox vaxt qərb əyalətlərində rast gəlinir.
Çannel Adaları
redaktəÇannel Adaları Milli Parkı,səkkzi Kaliforniya Çannel adasının 5 dən təşkil olunmuşdur.Çannel adları dünyanın ən zəngin biosferlərindən birinin parçasıdır.Çannel adaları üçün endemik ola növlər:Çannel adaları porsuğu,ada gecə kərtənkələsi,Santa Kruz qoyunu,San Klement adaçayı sərçəsi,Çannel adaları incə salamanderidir[9] .Digər ada heyvanlarına Kaliforniya dəniz şiri,Kaliforniya morayı,keçəl qartal və yerli olmayan Katalina bizon sürüsü aid edilə bilər
Amerika Birləşmiş Ştatlarının cənubu
redaktəCənubi Luizianadakı bataqlıq sahələrdən,Karolinanın şərqindəki sərt bataqlıqlardan və şam meşlərindən, Tennessi və Kentukidəki təpələrdən,Qərbi Texasda çöllərdən,Qərbi Virginiyadakı dağlardan və Missuri,Oklahomadakı çəmənlərdən təşkil olunan ərazilər ABŞ cənub faunasını əhatə edir.Bölgə boyu yaşıyan heyvan növləri arasında Virginia opossumu,halqa quyruq pişik və doqquz zolaqlı armadilo var. Amerikan alliqatoru Şimali Karalina və Texas arasındakı hər sahil ştatında görünərkən,Amerikan timsahına ancaq Cənubi Floridada rast gəlinir.Tısbağa və Alliqatorun qırx növündən artığını əhatə edən fauna nümunələri Cənubi Ameriikanın bataqlıqlarında təsadüf edilir.Cənubun sulaq ərazilərində yaşıyan digər növlərdən bəziləri:Karolina anolu,kəskin arxalı tısbağa,geniş başlı kərtənkələ və kömür dərili kərtənkələdir.
Boz və qırmızı tülküyə Cənubda rast gəlinərkən,sürətli tülküyə Şimali Texasda və Oklahomada nəzərə çarpır. Ağ burunlu kayot,Nyu-Meksiko və Texasın cənub bölgələrində tapılır.Nyu-Meksikonun cənubu və Texasda da yaquarlara və oselotlara aid yaşayış izləri tapılmışdır.Digər məməlilər arasında Missuri,Arkanzas,Luiziana,Florida və Karalina kimi ştatların meşəlik ərazilərində rast gəlinən Amerikan qara ayısı və bütün cənubi əyalətlərdə rast gəlinə biləcək quyruqlu maral nümunə olaraq göstərilə bilər.Texas uzunburnu Texasın rəsmi heyvanıdır və Şimal Amerika kirpisi və amerikan qunduzu Florida xaric bütün cənub əyalətlərində görünür.Şərq pambıq quyruğuna bölgənin tamamında ərazisində rast gəlinərkən, çöl pambıq quyröuna və qara quyruqlu amerikan dovşanına əsasən Texas,Oklahoma və Nebraskada rast gəlinir.Cənub-qərbi ABŞ-də on minlərcə çöl uzunburnu yaşayır Şimali Amerika yaquarı Arizona,Texas, Nyu-Meksiko ərazisində yaşayır.
Amerika Birləşmiş Ştatlarının mərkəzi
redaktəMərkəzi Amerika otlaqlarında adətən otlaqlarda yaşamaya uyğunlaşmış heyvanlar yaşayır.Yerli məməlilər arasında Amerikan bizon,şərq pambıq quruğu,qara quyruqlu amerikan dovşanı,çaqqal,qara quyruqulu otlaq iti,miskrat,opsum,rakun otlaq toyuğu,vəhşi hinq quşu,ağ quyruqlu maral,sürətli tülkü,uzunburun,antiloplar var .Franklin sincabları və digəer bəzi sincab növləridə Mərkəzi Amerikanın faunası arasındadır.Sürünənlər arasında buğa ilanı,orta önlü kərtənkələ,tısbağa,misk tısbğaları,sarı palçıq tısbağası,boyalı tısbağa,qərb alamaz kürəkli zınqrovlu ilan və otlaq zınqrovlu ilanı var.Bölgədə rast gəlinən tipik amfibiylardan bəziləri üç barmaqlı amfibia,yeşil qurbağa.Oklahoma samender,kiçik və otlaq kurbağasıdır. Qayalıqlarda və iç bölgənin digər dağlıq hissələrində daz qartalın ən çox müşahidə olunduğu yer olub.Aşağı 48 likdən əlavə Alyaskada da rast gəlinir.
Dovşanlar Böyük çəmənliklərdə və qonşu bölgələr boyunca yaşayır.Qara quyruqlu amerikan dovşanı Texas, Oklahoma,Nebraska və Kanzasda,həmçinin Dakota,Minnesota və Viskonsində ağ quyruqlu amerikan dovşanı yaşayır.Texasdakı bataqlıqlarda bataqlıq dovşanı və şərq pambıq quyruğu Texas,Oklahoma,Kanzas,Dakotada və Şərqi ABŞ-dəki hər əyalətdə müşahidə olunur.
Köstəbəklər İllinoys,Lova,Missuri və Minnesotada daha çox yaşayır.Virginia opossumu Missuri,İndiana,Lova,Oklahoma,Nebraska və Kanzas kimi əyalətlərdə rast gəlinən heyvan növüdür.
Doqquz zolaqlı armadilə Cənub əyalətləri boyunca və Missuri,Kanzas və Oklahoma kimi ştatlarda təsadüf edilir.Misk siçanı Texsas xaric digər mərkəzi Amerika ştatlarında tapılarkən,Amerikan qunduzu hər Mərkəzi Amerika ştatında görünür.
Amerikan bizonu Amerikan ovalıqları üçün xarakterikdir.Amerikan bizonu bir vaxtlar mərkəzi ovalıqda yaşayırdı və Mərkəzi Amerika topluluğu üçün xüsusi əhəmiyyət kəsb edirdi.19-cu yüz ildə demək olar yox olmuşdu,ancaq Böyük vadidə diriliş başladı .və bu gün bizon sayısı təxminən 200 000 minə çatıb.Bunlarda qoruyucu mərkəzlərdə və fermalarda saxlanılır.[11]
Hər mərkəzi əyalətdə yayılan növlərdən bəziləri qızıl tülkü,amerikan vaşağı, ağ quyruqlu maral,rakun,qərb ləkəli skunksu,zolaqlı skunks,uzun quyruqlu gəlincik və Amerikan porsuğu,qunduzudur.Vəhşi donuz cənubda yayılmışdır;Amerikan bizonu Texas xaric hər mərkəzi əyalətdə yaşayır.Ən az çaqqal Böyük göllər və Nebraska,Dakota,Minnesota,Lova,İllinoys,Miçiqan və Viskonsin kimi əyalətlərdə rast gəlinir.Halqa quyruqlu pişik Texas, Missuri və Oklahomada daxil olmaqla cənub bölgədə yaşayır.Amerikanın mərkəzi hissələrində tülkü sincabı şərq boz sincabı, Franklin qara sincabı,cənub uçan sincabı və on üç zolaqlı qara sincabda daxil olmaqla xeyli çox sincab növü yaşayır.Tarla siçanı otlaq,meşəlik siçanı kimi növləri ilə Mərkəzi Amerikada yayılmışdır.
Yereşən növləri arasında Şimali Amerika yereşəni, Eliyotun qısa quyruq yereşəni, cənub-qərb yereşəni kimi növlər var.
Amerika Birləşmiş Ştatlarının şərqi
redaktəAppalaç dağları və Şimali Amerika ştatlarında meşəlik ərazilərində bir çox heyvan növüdür.Onlara maral,dovşan,gəmirici,sincab,dovşan,ağacdələn,bayquş,tülkü aiddir.Nyu England bölgəsi xüsusi ilə yengəclərivə Atlanktik sahillərin çoxusunun ərazisində yaşayan xərçəngləri ilə məşhurdur.Vaşaq,rakun və zolaqlı skunks hər Şərq əyalətində yaşayərkən,Amerikan timsahı Şimali Karolina vəTexas arasındakı hər sahil ştatında yaşayır.Şərqi ABŞ-də tapılan bəzi məməli növləri arasında qızıl tülkü və boz tülkü,Şimali Amerika qunduzu,kirpisi,Virgin opssomu, şərq köstəbəyi,çaqqal,ağ quyruqlu maral,Amerikan bizonu,Şimali Amerika su samuru və uzun quyruqlu gəlincik var.Amerikan qara ayısı Yeni İngiltərə,Nyu-York,Nyu-Cersi,Pensilvaniya,Mariland,Virciniya,Karalina və Floridanın bəzi bölgələrində yaşayır.
Yereşənlər yayğındır: Yeni İngiltərə bölgəsində uzun quyruq yereşən,sinereus yereşəni, sivri burun yereşən və şimal qısa quyruğu .Amerikan yer siçanı,dumanlı siçan və şimal qısaquyrğu Appalaç dağlarından Yeni İngiltərəə qədərki ərazidə yaşayırlar.Ulduz burunlu köstəbək Şərqi ABŞ-də yaşayır,tüklü quyruqlu köstəbək isə Şimali Amerika ərazisində Appalaç dağlarından Yeni İngiltərəyə qədər ki ərazidə məskunlaşıb.
Boz siçan və ev siçanı bu ərazilərdə məşhurdur və onlar Şərqi ABŞ-də yetişdirmə fermalarında saxlanılır.Şərq sincabı,tülkü sincabı,şərq boz sincabı və dağ siçanı bölgədə ümumilikdə tapılan heyvan növlərindəndir.,Cənub uçan siçanı və Şimal uçan sincabı cənub-şərqdə yayğınkən,Amerikan qızıl sincabı şimal-şərqdə daha çox təsadüf edilir.Çaqqal Appalaç dağlarına xasdır.[12],[13]
Yabanı donuz yerli vəhşi donuzun əcdadıdır və cənub-şərq bölgəsinin istilacı bir növüdür.Kanada vaşağı,Yeni İngiltərənin bir bölgəsində tapılır.Şərqdə rast gəlinən yarasa növləri arasında şərq pipistreli,gümüş telli yarasaböyük qəhvə rəngli balina var.Sahil zonasınnın hamısında müşahidə olunan balina növləri arasında Gervais balinası,minke balinası,fin balinası,sei balinası,mavi balina,donqar balina,bəstəboy balina,qatil balina Kavier balinası və Blainvil balinası var.
İstinadlar
redaktə- ↑ "Amerika Birləşmiş Ştatları: Heyvan həyatı - Britannica Online Ensiklopediyası". 2015-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-10.
- ↑ "Flora və fauna - Amerika Birləşmiş Ştatları - böyümə, sahə". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-10.
- ↑ "Quşların vəziyyəti Milli Audubon Qrupu". 2013-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-10.
- ↑ Insects Arxiv surəti 14 aprel 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-04-14 at the Wayback Machine
- ↑ 1 2 "ABŞ-də Native Türlərin sayı - Cari Nəticələr". 2012-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-10.
- ↑ "ABŞ Milli Parkı Servisi - Sizin Amerikanı Təcrübə edin". 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-10.
- ↑ Yellowstone Fact Sheet - Yellowstone National Park Arxiv surəti 22 fevral 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyun 2, 2013, at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2013-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-10.
- ↑ C. Michael Hogan. 2008. Torrey Pine: Pinus torreyana, Globaltwitcher, ed. Nicklas Stromberg [1] Arxivləşdirilib 2012-05-25 at the Wayback Machine
- ↑ Carwardine, Mark. Animal Records. New York: Sterling. 2008. səh. 11. ISBN 9781402756238.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2013-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-10.
- ↑ Whitaker,John O 1998 Feldhamer
- ↑ George A. 2003