Adi Badam - Wikipedia
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Adi badam | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi badam |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Müxtəlifliyinə görə iki yerə ayrılır:
- Şirin badam – Prunus dulcis var. dulcis;
- Acı badam – Prunus dulcis var. amara.
Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar.
Gülçiçəklilər fəsiləsindən alçaqboylu ağac və ya kol cinsi. Qozmeyvəli bitkidir. Hünd. 8 m-ədək olur. Təqr. 40 növü var. Asiyada, Şimali və Mərkəzi Amerika da, eləcə də Cənubi Avropada və s. müx təlif növləri (Azərbaycanda 3 növü) bitir. Ən əhəmiyyətlisi adi Badamdır (A. com munis). Kökləri dərinə işləyir. Lan set şə killi yarpaqları növbə ilə düzülmüş, çi çək ləri ağ, yaxud çəhrayı, beşlə çəklidir. Meyvəsi tüklü-oduncaqlı çəyirdəkdir; iyun–avqust aylarında yetişir. Meyvəsinin ləpəsində amiqda lin qlükozidi (acı badamda 4%-ə qədər), 6%-ədək su, 21% azotlu və 13% azotsuz maddə, 54% yağ (şirin Badamdan badam yağı, acı Badamdan acı efir yağı alınır), 4% sellüloz, 2% kül var. Əsasən, göz calağı vurmaqla çoxaldılır. Calaqaltı kimi şaftalı, gavalı və alçadan istifadə edilir; 4-cü ilində məhsul verməyə başlayır, 7–8-ci ilində isə tam bara düşür (hər ha-dan 400 kq-dan çox). Meyvəsi yeyilir, qənnadı sənayesində, tibdə, qabığı isə şərab və konyak istehsalında istifadə olu nur; Badam kəpəyi kosmetikada işlədilir. Abşeronda quraqlığadavamlı məhsuldar sortları alınmışdır.
Təbabətdə
redaktəSinəyə xeyirlidir. İnsanı kökəldir və beyin üçün faydalıdır. Bağırsaq yarası, mədə pozğunluğu və təngnəfəsliyi müalicə edir. Yetişməmiş badam diş kökünü möhkəmləndirir. Badam yağı həm də quduz it dişləməsinə qarşı, mədə ağrısı və quru öskürək üçün xeyirlidir. Badam yağı ilə onurğa sütununu yağlamaq qocalıqda tez əyilmənin qarşısını alır. Acı badam isə ağciyərə xeyirlidir. Onu bal ilə yemək qaraciyərə və dalağa dərmandır. Yağı üzdəki ləkələri aparır, qırış və çatlaq üçün məlhəmdir. Yağını qulağa damcılatmaq qulaq ağrısını kəsər.
Amerikalı tədqiqatçıların araşdırmasına əsasən məlum olub ki, badam qanda xolesterinin miqdarını aşağı salma xüsusiyyətinə malikdir. Tədqiqatda iştirak edən 25 iştirakçı 4 həftə ərzində 3 müxtəlif pəhriz tutublar. Kalorinin miqdarından asılı olmayaraq gündəlik rasionda badam yağının miqdarı artmağa başlayıb. Birinci pəhrizdə badam özünü büruzə verməyib. İkincidə artıq 10 % , axırıncıda isə 20% artım hiss olunub. Nəticələr belə idi: menyuda nə qədər çox badam olarsa, qanda xolestrinin miqdarı bir o qədər aşağı düşür. Sonuncu mərhələdə iştirakçılar gün ərzində təxminən 70 qr badam yeyirdilər.
Badam omeqa 3 qaynağıdır, tərkibindəki E vitamini şəkər xəstəliyi riskini azaldır, sümükləri möhkəmləndirir. Tərkibindəki kalsium sümük əriməsinin qarşısını alır, maqnezium isə baş ağrısı, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Həftədə ən azı 5 ədəd badam yeyənlərdə ürəklə bağlı narahatlıqlara daha az rast gəlinir. Badamdakı yağlar xolestrolu azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf, həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam dad və iybilmə qabiliyyətini artırır.[2]
İstinadlar
redaktə- ↑ Australian Plant Name Index (ing.).
- ↑ "Çərəzin cana xeyri". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.