Eczaciliq - Wikipedia
Əczaçılıq (Farmasevtika) — farmasiyanın birbaşa dərmanların sənaye-texnoloji prosessləriylə bağlı olan bölümü. Dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə yetkinlik sahibi olan insanlara əczaçı (əcza: dərman, əczaçı: dərman ilə məşğul olan) deyilir.[1]
Sintetik və bioloji mənşəli dərman xammallarının əldə edilməsi, fiziki, kimyəvi, və bioloji xüsusiyyətlərinin araşdırılması, qiymətləndirilməsi, keyfiyyətli dərmanlayarın saxlanması, istifadə edilməsi kimi mövzularda təhsil və araşdırma edirlər.
Əczaçılıq fəaliyyəti
redaktəƏczaçılıq fəaliyyəti - dərman vasitələrinin elmi axtarışı, hazırlanması, sınaqdan çıxarılması, istehsalı, keyfiyyətinə nəzarət, əldə edilməsi, saxlanması, yayılması və satışı, dərman xammalının toplanması və tədarükü ilə bağlı fəaliyyət növüdür.
Dərman vasitələri — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır.
Farmakoloji vasitələr — klinik tədqiqatın obyekti olan, farmakoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır; "aptek təşkilatları" — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləridir.
Dərman vasitələri ilə davranış – yeni dərman vasitələrinin və onların substansiyalarının elmi axtarışı və hazırlanması, dərman vasitələrinin hazır şəklə salınması, emalı, qablaşdırılması və ya onların alınmasına yönəlmiş digər fəaliyyət, eləcə də dərman vasitələrinin satışı, paylanması və dövriyyəyə daxil edilməsinin digər üsulları, əldə edilməsi, tətbiqi, saxlanması, bölüşdürülməsi, daşınması, buraxılması və yararsız hala düşdükdə məhv edil-məsidir.[2]
"Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestri" (bundan sonra "Reyestr") – müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehsalına və tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısıdır [3].
İstinadlar
redaktə- ↑ "əczaçı nədir, əczaçı haqqinda, əczaçı mənası - Nedir.Az". nedir.az (az.). 2018-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2018.
- ↑ "Azərbaycan Respublikası Səhiyyə nazirliyi - Əczaçılıq fəaliyyəti haqqda Azərbaycan qanunu". 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
- ↑ "Azərbaycan Respublikasında qeydiyyatdan keçən dərman preparatlarının elektron kataloqu". 2013-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |