Akuku Danger - Wikipedia
Akuku Danger — 130 dəfə evlənən və 210 uşağı olan keniyalı
Akuku Danger | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi |
Həyatı
redaktəDanger ilk dəfə 1939-cu ildə ailə qurub. 130 dəfə evlənən mərhum 30 dəfə boşanıb. Bu rəqəmlərlə həm də "Ginnesin rekordlar kitabı"na düşən Danger sonuncu dəfə 1997-ci ildə 79 yaşında 18 yaşlı bir qızla evlənib.
Övladlarından yalnız 40-ın məxsus olduqları Luo qəbiləsinin qanunları ilə qeydə alınıb. Digər uşaqların adları isə heç bir yerdə qeyd olunmayıb.
1970-ci ildə onun tikdirdiyi 2 orta məktəbdə yalnız öz uşaqları təhsil alırdı[1].
Evlənməkdən doymayan Danger Akuku ölməmişdən bir gün əvvəl nəvələrini başına yığaraq onlara cavanlığından danışıb: "Həmişə cavan və gülərüz olmuşam, heç bir qadın mənim cazibəm qarşısında cavabsız qala bilmirdi. Həmişə istədiyimi ağılla etmişəm, ona görə də xoşbəxtəm".
130 dəfə evlənən və 210 uşağı olan Akuku Danger 2010-cu ildə 92 yaşında dünyasını dəyişib.
Mənbə
redaktə- 210 uşağı olan kişi öldü Arxivləşdirilib 2010-10-07 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "100 arvadı olan qoca öldü". 2010-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-07.