1918 - Wikipedia
1918 - Wikipedia - Haqqında Məlumat
Bu il Azərbaycanlılar üçün çox önəmli bir il sayılır. minlərcə Azərbaycanlı, Güney Azərbaycanda qətliam olubdurş Bu böyük və dəhşətli faciə Cilovluq faciəsi adı ilə məşhurdur.
1918 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1918 MCMXVIII |
Yuli təqvimi | 1918 |
Yuli təqvimi bizans erasında |
7426-7427 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2670-2671 (21 aprel) |
Avropa təqvimi |
5678-5679 ה'תרע"ח - ה'תרע"ט |
Hicri təqvim | 1336-1337 |
Erməni təqvimi | 4410-4411 (11 avqust)
ՌՋԺԸ |
Çin təqvimi | 4614-4615 丁巳 - 戊午 qırmızı ilan - sarı at |
Efiopiya təqvimi | 1910 - 1911 |
Hind təqvimi | |
- Vikram-samvat | 1974-1975 |
- Şaka sambat | 1840—1841 |
- Kali-yuqa | 5019-5020 |
İran təqvimi | 1296-1297 |
Buddist təqvimi | 2461 |
Holosen təqvimi | 11918 |
Yapon xronologiyası | 7 Taysyo erası |
Fransız inqilabı təqvimi | 126—127 |
Çuçxe təqvimi | 7-ci çuçxe ili |
Minqo təqvimi | 7-ci Tayvan ili |
Hadisələr
redaktə- 10 fevral — Zaqafqaziya Seyminin yaradılması.
- 3 mart — Sovet Rusiyası ilə Almaniya arasında Brest-Litovsk sülh müqaviləsinin imzalanması.
- 27 mart — Bessarabiya və Moldovanın Rumıniyaya birləşdirilməsi.
- 11 may — Şimali Qafqaz Dağlı İttifaqının öz müstəqilliyini elan etməsi.
- 26 may — Gürcüstanın Zaqafqaziya Seymindən çıxaraq öz müstəqilliyini elan etməsi, Seymin buraxılması.
- iyul — Yekaterinburqda çar II Nikolayın və onun ailə üzvlərinin güllələnməsi.
- 1 iyul — Göyçay döyüşü
- 6 iyul — Ağsu döyüşü
- 10 iyul — Kürdəmirin azad edilməsi
- 15 iyul — Salyanın azad edilməsi
- 22 iyul — Şamaxının azad edilməsi
- 27 iyul — Hacıqabul əməliyyatı və Sınıq körpü döyüşü
- 30 avqust — Sovet hökumətinin başçısı V.İ.Leninə qarşı sui-qəsd.
- 15 sentyabr — Dobro cayı rayonunda Antanta ölkələrinin qüvvələri tərəfindən Bolqarıstan ordusunun darmadağın edilməsi.
- sentyabr- Antanta ilə Avstriya arasında Sen-Jermen sülh müqaviləsinin imzalanması.
- 28 oktyabr — Çexoslovakiyanın işğal edilməsi.
- 7 noyabr — Münhendə fəhlə və əsgərlərin güclü nümayişlərinin keçirilməsi.
- 12 noyabr — Avstriya Respublikasının elan olunması.
- 22 noyabr — Polşanın respublika elan edilməsi.
- noyabr — Antanta ilə Bolqarıstan arasında Neyi sülh müqaviləsinin imzalanması.
- noyabr — Antanta ilə Macarıstan arasında Trianon sülh müqaviləsinin imzalanması.
- noyabr — Krım Xalq Respublikasının yaradılması, general M.A.Sulkeviçin başçılığı ilə yeni hökumətin təşkil olunması.
- 1 dekabr — Qars şəhərində Cənub-Qərbi Qafqaz Respublikasının yaradıldığının elan edilməsi.
- 4 dekabr — Serb-Xorvat-Sloven Krallığının yaradılması.
- 9 dekabr — Ermənistanla — Gürcüstan arasında müharibənin başlanması
- 10 fevral — Cənubi Qafqazdan Ümumrusiya parlamentinə — Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlarin Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaratmaları.
- 7 mart — Bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin tərəfindən Azərbaycan Xalq Cümhuriyyətindən general Denikinlə müharibəyə qoşulmağı tələb edən üçüncü notanın Bakıya göndərilməsi.
- 17 mart — Cənubi Azərbaycanın Urmiya şəhərində xarici ölkə diplomatlarının (Britaniya, ABŞ, Fransa, Rusiya konsulları) gözü qarşısında erməni quldur dəstələri azərbaycanlı əhaliyə divan tutulması.
- 18 mart — Erməni quldur dəstələri tərəfindən Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilməsi.
- 30 mart — Bakıda erməni-daşnak və rus-bolşevik dəstələrinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlarının başlaması.
- 13 aprel — Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi tərəfindən türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edilməsi.
- 20 aprel — Fətəli xan Xoyskinin başçılıq etdiyi Bakı şəhər Dumasının buraxılması
- 22 aprel — Zaqafqaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları tərəfindən paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradıldığının elan edilməsi.
- 25 aprel — Bakı Xalq Komissarları Sovetinin yaradılması.
- 11 may — Batumida Zaqafqaziya Seymi ilə Osmanlı imperiyası arasında yeni danışıqların başlanması.
- 26 may — Zaqafqaziya Seyminin son iclası Gürcüstanın öz müstəqilliyini elan etməsi. Seymin buraxılması.
- 27 may — Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları tərəfindən Tiflisdə Azərbaycan müvəqqəti Milli Şurasının yaradılması.
- 28 may — Azərbaycan Xalq Cümhuriyyətinın, Şərqdə ilk demokratik cümhuriyyətinin elan edilməsi.
- 29 may — İrəvanın müvəqqəti Ermənistana verilməsi.
- 30 may — Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dünya parlamentlərinə radioqram göndərilməsi
- 4 iyun — Batumida aparılan danışıqların yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında "Sülh və dostluq haqqında" müqavilənin imzalanması.
- 10 iyun — Stepan Şaumyanın başçılıq etdiyi "Bakı Komissarları Soveti"nin qoşunlarının Gəncə istiqamətində yürüşə başlaması.
- 12 iyun — Kürdəmirin Bakı Xalq Komissarlığının qoşunları tərəfindən işğalı.
- 16 iyun — Azərbaycan Milli Şurasının və hökumətinin Gəncəyə köçməsi.
- 17 iyun:
- Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası tərəfindən ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyətin (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edilməsi.
- Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının tərkibində yeni strukturun — Səhiyyə Nazirliyinin təşkil olunması.
- 18 iyun — Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 18 iyun tarixli qərarı ilə hökumətin dini məsələlərlə bağlı iclaslarında Şeyxülislama və Müftiyə həlledici səs hüququ ilə iştirak etmək hüququnun verilməsi.
- 19 iyun — Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilməsi.
- 21 iyun — Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə dövlət bayrağının təsis edilməsi.
- 23 iyun — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən ölkə ərazisində hərbi vəziyyətin elan olunması və bütün qüvvələrin daşnak-bolşevik "Bakı Kommunası"nın ilə mübarizəyə səfərbər edilməsi barədə qərar qəbul edilməsi.
- 24 iyun — Azərbaycanın üzərində ağ aypara və ağ ulduz.səkkizguşəli əks olunmuş dövlət bayrağının qəbul olunması
- 26 iyun — Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan korpusunun yaradılması.
- 27 iyun — Türk dilinin dövlət dili elan edilməsi.
- 15 iyul — Fövqəladə Tədqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul olunması.
- 31 iyul — Bakı XKS-nin istefa verməsi
- 1 avqust — Sentrokaspi Diktaturasının hakimiyyəti ələ keçirməsi
- 11 avqust — Hərbi mükəlləfiyyət haqqında qərar qəbul olunması.
- 23 avqust — Azərbaycan Xalq Cumhuriyyətinin vətəndaşlığı haqqında qanunun qəbul olunması.
- 15 sentyabr — Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunması.
- 15 sentyabr — Bakının Azərbaycanın paytaxtı elan edilməsi.
- 17 sentyabr — Azərbaycan hökümətinin Bakıya köçməsi
- 9 noyabr — Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qəbul edilməsi.
- 10 noyabr — Osmanlı ordusunun Bakını tərk etməsi
- 17 noyabr — İngilis ordusunun Bakıya gəlməsi
- 20 noyabr — Milli Şura tərəfindən "Azərbaycan parlamentinin yaradılması haqqında" qanunun qəbul edilməsi.
- 7 dekabr — Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətə başlaması.
Doğumlar
redaktə- 15 iyun - Hacı Xanməmmədov
- 18 iyun — Franko Modilyani
- 18 iyul — Nelson Mandela
- 23 aprel — Moris Drüon
- 15 yanvar — Camal Əbdül Nasir
- 22 mart — Çeddi Caqan
Vəfatlar
redaktə- 10 fevral — II Əbdülhəmid, 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi.
- Mir Möhsün Nəvvab
- Şair, həkim və müəllim Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə).
- Əsədulla xan Əbülfəth xan oğlu Əbülfətzadə, rus ordusunda general.