Aleksandr Kolcak - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874[1], Aleksandrovskoye[d], Sankt-Peterburq quberniyası[d][2] – 7 fevral 1920[2][3][…], İrkutsk[2]) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı.
Aleksandr Kolçak | |
---|---|
rus. Александръ Васильевич Колчакъ | |
Doğum tarixi | 4 (16) noyabr 1874[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 7 fevral 1920[2][3][…] (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Atası | Vasili Kolçak |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, tədqiqatçı-səyyah[d], zabit, okeanoqraf[d], əsgər |
Fəaliyyət illəri | 1886-cı ildən |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsli-nəcabəti
redaktəUlu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar[4].
Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır.
Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu.
Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Uşaqlığı
redaktəAdmiral Kolçak yaxşı təhsil almışdı. Gimnaziyada oxumuş, sonra Dənizçi Kadet Korpusuna köçürülmüşdü. Kolçak çox mütaliə edirdi. Gənc yaşlarından yoldaşları arasında böyük nüfuza malik idi, dostları hər şeyi ondan soruşub öyrənirdilər. Atası xüsusi hərbi əsərlərin müəllifi idi və Peterburqda hərbi zavodun dəniz artilleriya silahları istehsalına rəhbərlik edirdi.
Gənc Kolçak bütün boş vaxtlarını burada – Obuxov zavodunda keçirirdi. Ailədə hərb ənənələri hökm sürürdü. Özü sonra bolşevik istintaqında Fövqəladə Komissiyaya hərbi mühitdə böyüdüyünü, atasının və əmilərinin də hərbi dənizçi olduqlarını göstərirdi. Kolçak anası ilə möcüzə nəticəsində sağ qalıb mühacirətə gedən 9 yaşlı oğluna da son vəsiyyətvari məktubunda yazırdı ki, qoy o böyük şəxsiyyətlərin həyatını oxusun, bu, insanda güclü keyfiyyətlərin yaranmasına kömək edir.
Kolçak hələ çox gənc ikən donanmada – Uzaq Şərqdə "Rürik" gəmisində xidmət etməyə başlayır. Bu yaşdan şərq silahlarına aid materiallar və maddi əşyalar toplamağa başlayır. Müasirləri gələcək admiralın hələ gənclik illərindən ingilis, fransız, alman dillərində sərbəst danışmasından, bütün Avropa dəniz döyüşlərinin tarixini yaxşı bilməsindən və eyni zamanda, gözəl hafizəsindən heyrətə gəlirdilər. Rus şimal ekspedisiyasında Arktika tədqiqatçısı geoloq Tolla birlikdə iştirak edir; E. V. Tollun qrupu itkin düşəndə qırx gün ölümlə üz-üzə dayanaraq onun axtarışını dayandırmır. Geri döndükdə Kolçakın Rusiya Elmlər Akademiyasının Xəbərlərində hesabatları dərc olunur. 1903-cü ildə ekspedisiyanın nəticələrinə görə, müqəddəs Vladimir ordeni ilə təltif olunur və Kara dənizindəki bir adaya qəhrəman leytenant Kolçakın adı verilir. Qeyd edək ki, 30-cu illərin sonunda sovet elmi idarələri onun adını ekspedisiyasının həlak olan digər üzvü matros Rastorquyevin adı ilə əvəz edir. Kolçakın sevdiyi qızın adını onun şərəfinə kəşf etdiyi adaya verir. Onun qoyduğu ad indi də mövcuddur. 1904-cü ildə həmin qızla evlənirsə də münasibətləri tam alınmır.
Rus-Yapon müharibəsi onu Yakutskda yaxalayır, müharibədə iştirak edir. Port-Arturda əsir düşür. Əsirlikdən dönərkən, şücaətinə görə üstü yazılı qızıl qılınc və müqəddəs Anna ordeni ilə təltif olunur. Baş qərarqahda işə başlayır. Yeni tipli hərb gəmilərinin hazırlanması ilə bağlı dəniz desantı və sualtı gəmilərə aid aktual mövzularda məruzələr edir. Baltik dənizində və Qara dənizdə minalar yerləşdirir.
Admiral rütbəsi alması
redaktəKolçak Port-Arturda əsir düşür. Əsirlikdən dönərkən, şücaətinə görə üstü yazılı qızıl qılınc və müqəddəs Anna ordeni ilə təltif olunur. Baş ştabda işə başlayır. Yeni tipli hərb gəmilərinin hazırlanması ilə bağlı dəniz desantı və sualtı gəmilərə aid aktual mövzularda məruzələr edir. Baltik dənizində və Qara dənizdə minalar yerləşdirir.
Kolçak 1916-cı ildə admiral rütbəsi alır. Bu zaman milyonlarla insanın taleyini bir anda alt-üst edən inqilab başlayır. Fırtına dalğaları onu cəbhədən cəbhəyə atır.
Rusiya dövlətinin ali rəhbəri
redaktəRusiyada Oktyabr çevrilişi baş verən zaman A. V. Kolşak Yaponiyada idi. A. V. Kolçak 13 oktyabr 1918-ci il tarixdə Omska gəldi. 18 noyabr 1918-ci il tarixdə A. V. Kolçak Müvəqqəti Ümumrusiya hökumətini (rus.Временное Всероссийское правительство) devirərək Rusiya dövlətinin ali rəhbəri elan edildi. 1919-cu ilin iyun ayında A. V. Kolçaka təklif olundu ki Petroqradı almaq üçün finlərdən idarət 100 minlik ordu onun sərəncamına verilə bilər, bu şərtlə ki, Petroqradı tutduqdan sonra Finlandiyaya müstəqillik versin. Amma A. V. Kolçak bu təklifi rədd etdi.
Vətənini azad görmək arzusu ona ruh verirdi. Çox inandığı generalları Zineviçin və Qaydanın öz korpusları ilə qırmızılar tərəfinə keçməsi onu ruhdan saldı.
Həbsxanada
redaktəİrkutskda həbsxanaya salınan admiralı İnqilab Komitəsinin sədri Ġ. Smirnov Leninin göstərişi ilə səssiz-səmirsiz güllələdir: fevralın 7-də səhər saat 4-də onu və baş nazir Pepelyayevi Uşakovka çayı sahilində güllələyib, buz deşiyindən çaya atırlar. O isə kamerada ittihamı dinləyib ardınca belə vaxtsız gələnlərə: "Deməli, məhkəmə olmadı?!" – deyə soruşmuşdu. Və həmin anda son arzusunu bildirmişdi: Timiryova ilə son görüş. Son arzu da dərhal rədd edildi. Qəlbində korun-korun şölələnən daha bir sevgisi var idi: o, bu həbsxana divarları arasında oğlunun da nigarançılığını çəkmişdi. Bu həsrət onu bu divarlardan daha artıq sıxırdı. Mühacir rus yazıçısı İvan Bunin gündəliyində Kolçakın həlakının ildönümü münasibətilə kilsədə keçirilən mərasimdə olduğunu və bütün vaxtı ağladığını qeyd edir. Yenə gündəliyində artıq 1924-cü il avqustun 4-nə aid qeyddə yazıçı Kolçakın xanımını və oğlunu gördüyü barədə yazırdı: "Kolçakın oğlu məndə güclü təəssürat yaratdı. Onun necə tünd və qorxunc gözləri vardı". Timiryova sağ qalıb ölümdən addaya bilsə də az qala bütün ömrü boyu çəkən həbsxana həyatı yaşadı və xatirələri hansı yollasa kənara çıxdı, 80-ci illərdə çap olundu. Yeganə oğlundan – hələ uşaqkən öz anasına əmanət etdiyi oğlundan bir xəbər ala bilmədi.
Kiçicik bir ümidlə – oğlunun anası ilə bəlkə qaçmağa imkan tapdığına özünü inandırmaqla dözüb dayanırdı. Düşərgələrin birində – Qaraqandada – 40-cı illərin lap sonunda bir dustaq onun oğlu ilə vaxtilə bir düşərgədə olduğunu çatdıraraq, Timirovanın oğlunun orada döyülərək öldürülüb ümumi həbsxana çalasına elə ayağı "birkalı" atıldığını xəbər verir. Beləliklə, bu bədbəxt qadının zədəli ürəyində 30 ilə qədər hifz etdiyi son ümidi də puça çıxır. Ömrü boyu daşıdığı həsrət və nisgili yalnız admiralın ona ad günündə – o bəxtiyar günlərdə Finlandiya sahillərindən teleqrafla göndərdiyi bəyaz inci çiçəkləri və onların ətri hopmuş qısa vüsalların sevincli xatirəsi qovub dağıda bilirdi. O gözəl xatirələri nə bir kimsə ilə bölüşə bilir, nə də o günlərin xoşbəxtliyinə kimi isə şahid çəkə bilirdi. Azadlığa çıxanda rus mühacir yazıçısı Mark Aldanovun onun admiralla olan məktublarını çap etdirdiyini eşidib, özü də həmin məktubları görmək istəyir. Həbsxana qapılarından ilk dəfə içəri qədəm qoyanda 22 yaşın içindəydi. Məktublar gəlib çıxır, məktubları görən kimi o illəri – gəncliyini, sevgiyə, eşqə qərq olduğu çağları yada salır. Yandıqca yanır. Ona yanır ki, admiralı tanıyanlardan heç kim sağ deyil, sağ qalıb yaşayanlar isə onu tanımayan, yalançı karikaturasına inananlar idi.
Kolçakın yazdığı gündəliyi (iki dəftərlik) ölümündən sonra çexlər mənimsəmiş, özləri ilə vətənə aparmışdılar. Hətta xanımı Sofiya Kolçak bunu onlardan hüquqi yolla da ala bilməmişdi. Nəhayət, 1945-ci ildə məğlub olmuş Çexoslovakiyadan SSRİ-yə hərbi qənimətlər sırasında gətirilmişdi. Gündəlik maraqlı bir üslubda – Timiryovaya ünvanlanmış məktublar şəklində yazılmıdı. Moskvada məktubları oxuyan çekistlər Timiryovanı təkrar həbs edirlər və onun admiral Kolçakdan ötrü necə bir əziz insan olduğunu anlayıb bədbəxt qadını qapalı həbsxanaya keçirirlər. Kolçakın ölümündən 25 ildən artıq keçirdi, lakin hələ də o, sovet hökumətində qorxu və xof yaratmaqda idi.
Qəbri
redaktəSon illər şayiələr yayılıb ki guya, onun nəşini çayda batırandan sonra, o ətraflarda yaşayan kəndlilər cəsədi sudan çıxarmış və xristian qaydalarına uyğun dəfn etmişlər.
Filmoqrafiya
redaktəMənbələr
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- Оксана Тюменцева, Великая Эпоха (The Epoch Times), Адмирала Колчака реабилитировало время.
- Биография Александра Васильевича Колчака
- С.А.Кутолин.Длинные ночи адмирала Колчака.Новосибирск:МАН ЦНЗ,1997
- Краткая история жизни Александра Колчака
- Блог, посвященный Александру Васильевичу Колчаку
- Музей истории Иркутского тюремного замка имени А.В. Колчака Arxivləşdirilib 2013-09-14 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
- ↑ 1 2 3 4 5 6 Колчак Александр Васильевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Alexander Wassiljewitsch Koltschak // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "Оксана Тюменцева, Великая Эпоха (The Epoch Times), Адмирала Колчака реабилитировало время". 2012-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-03.