Alti Gunbez Sinaqoqu - Wikipedia
Altı günbəz sinaqoqu — Quba rayonunun Qırmızı Qəsəbəsindəki İsaak Xanukov küçəsində yerləşən, memar Gilel ben Xaimin layihəsi əsasında 1888-ci ildə inşa edilmiş sinaqoq.[2] Altı günbəz (sinaqoq həm də 6 guşəlidir) qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır.[2]
Altı günbəz sinaqoqu | |
---|---|
41°22′00″ şm. e. 48°30′24″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Qırmızı Qəsəbə |
Memar | Gilel ben Xaim[d][1] |
Tikilmə tarixi | 1888[1] |
Günbəzləri | 6 |
Vəziyyəti | Restavrasiya olunub (1995–2000) |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük ibadət zalı olan sinaqoq şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır.[2]
Pəncərələri altıguşəli ulduz şəklində palıd ağacından hazırlanmışdır. Sinaqoqun bərpasına 1995-ci ildə başlanılmış və 2000-ci ilin oktyabr ayında başa çatdırılmışdır. Hazırda dindarların istifadəsində olan məbədin zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı və mətbəx də vardır.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Qırmızı qəsəbə “Altı günbəz” sinaqoqu.
- ↑ 1 2 3 4 "Qırmızı qəsəbə "Altı günbəz" sinaqoqu". Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
Xarici keçidlər
redaktə- Vikianbarda Altı günbəz sinaqoqu ilə əlaqəli mediafayllar var.