Andorra - Wikipedia
Andorra (kat. Andorra) və ya rəsmi adı ilə Andorra Knyazlığı (kat. Principat d'Andorra) — Cənubi Avropada mikrodövlət. Andorra dənizə çıxışı olmayan ölkələrdən biridir və Pireney yarımadasının şərqində yerləşir. Şimalda Fransa, cənubda isə İspaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Andorra la Vella, ümumi sahəsi 467,63 kvadrat kilometr, əhalisinin sayı 79000 (2021) nəfərdir.[3] İdarəetmə forması konstitusiyalı monarxiya olan ölkə Fransa Respublikasının prezidenti və Urjel yepiskopu tərəfindən birgə idarə olunur.
Andorra | |||||
---|---|---|---|---|---|
Principat d'Andorra | |||||
| |||||
Virtus Unita Fortior, El País dels Pirineus | |||||
Himn: |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Andorra la Vella | ||||
Fransa həmşahzadəsi[d] | |||||
baş nazir | Antoni Marti Petit [V.2011~ ] | ||||
Sahəsi | Dünyada 193-cü | ||||
• Ümumi | 468 km² | ||||
• Su sahəsi (%) | 0,26 | ||||
Əhalisi | |||||
• Əhali | 82 min nəfər (201-ci) | ||||
• Siyahıyaalma (1989) | 46 166 nəf. | ||||
• Sıxlıq | 175 nəf./km² | ||||
• Ümumi | 3.325.145.407 $[1], 3.352.032.737 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 3 214 million dollar (180-ci) | ||||
• Adambaşına | 37 200 dollar (36-cı) | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .ad | ||||
ISO kodu | AD | ||||
BOK kodu | AND | ||||
Telefon kodu | +376 | ||||
Saat qurşaqları |
|
||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Andorranın sahəsi 465 kv. km-dir. Ölkə Şərqi Pireneyin cənub yamacında, Ebro hövzəsinə aid Cerpe çayının qolu Valiranın orta və yuxarı axını boyu dağ dərəsində yerləşir. Onu qərbdən, şərqdən və eləcə də Fransa tərəfdən hündürlüyü 2500 m-ə qədər olan sıldırım dağ yamacları əhatə edir. Ölkənin yerləşdiyi dərə İspaniya tərəfə açıqdır.[4]
Sahəsinə görə Avropanın mikro dövlətləri içərisində ən böyüyü olsa da, dünya ölkələri işərisində 176-cı, Qərbi Avropada isə 20-ci yeri tutur. Koma Pedros adlanan zirvənin dəniz səviyyəsindən hündürlüyü 2949, Kapa zirvəsinin hündürlüyü isə 2629 metrdir.[5]
Adın etimologiyası
redaktəBask dilində "andurial" sözündəndir, mənası "Boş yer" deməkdir.
Tarix
redaktəBir dövlət kimi Andorranın yaranması tarixi çox maraqlıdır. Bu haqda ilk məlumatlar 805-ci ilə istinad edir. Orta əsrlərdə əvvəl mavrlardan, sonra isə İspan və Fransız feodallarından öz müstəqilliyini qoruyan çoban qəbilələri burada yaşamışlar. Bu ərazidə ağalar üstündə İspan və Fransız feodallarının rəqabəti yüz illərlə davam etmişdir. 1278-ci ildən başıayaraq Andorra bəzi fasilələrlə İspaniya və Fransanın ikili protektoratı altında olur. 1278–1288-ci illərdə Upxel yeniskopu ilə (İspaniya) qraf de Fya (Frasa) bu ölkəni bölüşdürmək aktını imzalayırlar. Bu iki asılılıq indi simvolik xarakter daşıyır. Hər il ölkə Fransaya 960 frank, Ypxel yeniskopuna (Ceo-de Upxel şəhərinin yeniskopunu) isə 460 peset simvolik vergi verir. 1866-cı ildə Andorra konstitusiya qəbul edir.
Coğrafiya
redaktəCoğrafi mövqe və təbiət Andorradakı dağ massivlərinin əksəriyyəti bərk kristallik suxurlardan (qranit, qneys, kvarsit) ibarətdir. Andorra relyefində buzlaq dövrünün təsiri gücü hiss olunur. Valira çayı dərəsində qədim buzlaqların fəaliyyəti açıq-aydın görünür. Ölkədə səth çayları (çay, göl, bulaq) çoxdur. Dağlarda gözəl mənzərəli buzlaq göllərinə rast gəlmək olar.
Ölkə dağlıq ərazidə yerləşdiyindən buranın iqlimi, torpaq və bitki örtüyü üçün hündürlük qurşaqları üstünlük təşkil edir. Dağlarda yay ayları sərin, qış isə soyuq keçir. Hündür dağ yamaclarına bir ildə orta hesabla 1200, İspaniya ilə sərhəd bölgələrində isə 500 mm-ə qədər yağıntı düşür. Ərazi kiçik olsa da, şimalına nisbətən cənubunun iqlimi sərt deyil. Cənubda tez-tez quraqlıq baş verdiyindən əkin və otlaq yerləri süni suvarmaya məruz qalır.
Torpaqları əsasən dağ-boz tiplidir. Ölkə florası insanlar tərəfindən çox dəyişdirilmişdir. Nə vaxtlar isə ərazi başdan-başa meşələrlə örtülü olub. İndi isə meşələr ölkə ərazisinin cəmi üçdə bir hissəsini tutur. Cənubda quraq və nisbətən isti iqlim şəraitinin cod yarpaqlı palıd, şimalda isə fısdıq, şabalıd və iynəyarpaqlı ağaclar üstünlük təşkil edir. 2000 m-dən hündür yerlərdə subalp və alp çəmənləri yerləşir. Dağ dərələrində yaşayan vəhşi heyvanlar tamamilə qırılıb qurtarıb. Lap hündür yerlərdə ayı, qaban, tülkü, qartal və s. rast gəlmək olar.
Andorra cırtdan dövlət olsa da faydalı qazıntılarla zəngindir. Burada Dəmir filizi ilə yanaşı qurğuşun, gümüş yataqları var. Xrisoberial, əqiq, yaşma kimi qiymətli və yarımqiymətli daşlar aşlar edilib. Dağ yamaclarında və dərələrdə müxtəlif tərkibli müalicəvi mineral bulaqlar üzə çıxıb.
- Mövqe: Cənub-qərb Avropa, Piriney yarımadasının şərsində, Fransa ilə İspaniya arasında yerləşir..
- Coğrafi mövqesi: 42 30 Şimal paraleli, 1 30 Qərb meridianı
- Xəritədəki mövqesi: Avropa
- Sahə: cəmi: 468 km²
- Quru: 468 km²
- Su: 0 km²
- Sərhədləri cəmi: 120.3 km
- Sərhəd qonşuları: Fransa 56.6 km, İspaniya 63.7 km
- Sahil qisimi: 0 km
- Dənizləri: 0 km
- İqlimi: ilıq; qışları qarlı və soyuq, yayları quru və ilıq keçər.
- Ərazi quruluşu: Tik qayalıqlar və dar vadilərə malikdir.
- Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Riu Runer 840 m; Ən yüksək nöqtəsi: Coma Pedrosa 2,946 m
- Təbii qaynaqları: hidro, mineral sular, taxta-şalban, dəmir yataqları, güllə
- Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %4
- Otlaqlar: %45
- Meşəlik ərazi: %35
- Digər: %16 (1998 məlumatları)
- Təbii fəlakətlər: Uçqun, qar fırtınaları
Andorranın rayonları
redaktəŞablon:Andorranın inzibati bölgüsü (xəritəsi)
Nr.* | Rayon | Ərazi km² |
İllər Əhali | ||
1990 | 2000 | 2007 | |||
1 | Canillo | 121 | 1.290 | 2.706 | 5.422 |
2 | Encamp | 74 | 7.119 | 10.595 | 14.029 |
3 | Ordino | 89 | 1.289 | 2.283 | 3.685 |
4 | La Massana | 61 | 3.868 | 6.276 | 9.357 |
5 | Andorra la Vella | 12 | 19.022 | 21.189 | 24.574 |
6 | Sant Julià de Lòria | 60 | 6.012 | 7.623 | 9.595 |
7 | Escaldes-Engordany | 47 | 12.235 | 15.299 | 16.475 |
Andorra | 464 | 50.835 | 65.971 | 83.137 |
Hökumət
redaktə- Ali qanunverici orqan — Baş Şura
- Hökumət başçısı — Antoni Martí Petit
Siyasət
redaktə- Andorra Liberal Partiyası — Lider: Alber Pinta Santoparia.
- Andorra Demokratik Mərkəzçi Partiyası.
- Sosial-Demokrat Partiyası — Lider: M. Q. Reolit.
Ordu və təhlükəsizlik
redaktəAndorranın daimi ordusu yoxdur, lakin İspaniya və Fransa ilə müdafiə müqavilələri imzalamışdır. Ölkənin kiçik könüllü ordusu mərasimlərdə iştirak etmək üçün fəaliyyət göstərir. Hərbiləşdirilmiş Andorra Polis Müdaxilə Qrupu (terrorizmlə mübarizə və girovların idarəetməsi mövzularında təlim almışdır) milli polisin bir hissəsidir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Fransa və İspaniya kömək edir.[6][7]
İnzibati ərazilər
redaktə7 icmaya(dairəyə) bölünür:
İqtisadiyyat
redaktə- Turistlərə xidmət (hər il 10 mln. ABŞ dolları)
- Tütün yetişdirilməsi və emalı
- Yüngül və yeyinti sənayesi
- Heyvandarlıq (qoyun, keçi)
- Əkinçilik (arpa, çovdar, kartof, üzüm)
- İxracat: yun, paltar, pendir, mineral su.
- İdxal: sənaye malları, ərzaq.
- ÜMM — adambaşına 26800 ABŞ dolları (2003).
Əhali
redaktə2013-cü il məlumatına görə Andorrada əhalinin 45,98 %-ni andorralılar, 26,37 %-ni ispanlar, 14,20 %-ni oksitanlar, 4,86 %-fransızlar, 7,32 %-ni digər millətlərin nümayəndələri təşkil edir. Andorrada həyat səviyyəsi yaxşı olduğuna görə bura qonşu dövlətlərdən axınların sayı ilbəil artmaqdadır. Yerli qanunlara əsasən əsl andorralı o şəxslər hesab olunur ki, onların ata-babaları bu torpaqda 3 nəsildən az yaşamasınlar. Əslində yerli andorralı İspaniyanın Katalon əyalətindən gəlmiş əkinçilər və çobanların nəsilləridir. Təbii artımına görə Andorra, Qərbi Avropa Dövlətləri içərisində birinci yeri tutur. Andorrada yaşayanların həyat tərzi yüksək hesab oluna bilər. 14 yaşına qədər onlar mütləq ibtidai təhsil almalıdırlar. İbtidai Təhsil pulsuz və məcburidir. Andorrada yaşayanların yarıdan çoxu şəhərlərdə məskunlaşıb. Ölkənin ən böyük şəhəri paytaxtı Andorra-la Belyadır.
Dili — Ölkənin rəsmi dili-katalon dilidir. İspan və fransız dillərindən də geniş istifadə edilir.
Dini — dini etiqadlarına görə əhalinin 99 %-n katolikdir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ http://banker.az/andorra-s%C9%99xsi-hec-n%C9%99yi-olmayan-olk%C9%99/Andorra[ölü keçid] – şəxsi "heç nəyi" olmayan ölkə!
- ↑ G. A. Hacıyeva Dünyanın cırtdan dövlətləri. Bakı, Elm. 1991
- ↑ C. Məmmədov, T. Gərayzadə "Qərbi Avropa Dövlətləri" Bakı, 2001
- ↑ "CIA - The World Factbook". Cia.gov. 10 July 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 may 2018.
- ↑ "El Sometent | Tourism". Turisme.andorralavella.ad. 17 may 2011. 9 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2018.
Andorranın rayonları | ||
---|---|---|
Andorra la Vella • Canillo • Encamp • Escaldes-Engordany • La Massana • Ordino • Sant Julià de Lòria |