Antropologiya - Wikipedia
Zoologiyanın bölmələri |
Zoologiyanın şöbələri |
Akarologiya • Antropologiya |
Görkəmli zooloqlar |
Georq Kyuvye · Çarlz Darvin |
Tarix |
Antropologiya (q.yun. ἄνθρωπος — insan; λόγος — elm) — insan haqqında elmdir. Təbiət elmlərindəndir. İnsanın yaranması və inkişafı, insan irqlərinin yaranması və insanın fiziki quruluşunun normal dəyişmələri haqqında elmdir.[1][2]
Qərbdə bu elmə insanın təbii tarixindən əlavə, həmçinin etnoqrafiya və arxeologiyanı da aid edirlər. İnsanın əmələ gəlməsində ictimai amillər daha çox rol oynadığında antroplogiya humanitar elmlərədə sıx əlaqədardır. Antropologiya insanın morfologiyası, antropogenez və irqşünaslıq kimi əsas bölmələrdən ibarətdir.[1]
Etimologiya
redaktəAntropologiya yunan sözləri olan "ánthropos" ("insan") və "lógos" ("söz, elm") sözlərindən əmələ gələn düzəltmə sözdür. Bu gün bu sözü istənilən digər bir formaya salmaqla biz ya fransız, ya ingilis, ya da digər bir dilin sözünü işlətmiş olarıq.
XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-tərkib-insan (علمی-ترکیب-اینسان) adlandırılmışdır.[3]
İnsan morfologiyası
redaktəİnsan morfologiyası somatologiyaya və merologiyaya bölünür.
Somatologiya
redaktəSomatologiya insan orqanizmin fərdi dəyişkənliyinin qanuna uyğunluqlarını, rüşeym inkişafının ilk mərhələsindən qocalığa qədər insanın yaş xüsusiyyətlərini, müxtəlif bioloji və sosioloji amillərin insanın bədən qurluşuna təsiri, insanın konstitusiyasını öyrənir.
Merologiya
redaktəMerologiya insan orqanizminin ayrı-ayrı hissələrinin dəyişkənliyini tədqiq edir. Nəticədə insanın başqa canlılarla qohumluq əlaqələrini və onun heyvanlar aləmində yeri müəyyən olunur.
Antropogenez
redaktəInsanin yaranması hələ qədim zamanlardan insanları maraqlandıran əsas məsələlərdəndir. Qədim Şərqdə insanın yaranmasını dinlə əlaqələndirilir. Antik dövrdə iki nöqteyi-nəzər olmuşdur. 1.Atomistlər-insanın formalaşmasını canlı aləmin son nəticəsi kimi qəbul edirdilər. 2.İdealistlər-insanın mövcudluğunu fövqəltəbii qüvvələrlə bağlayırdılar. İntibah dövründə insanın mövcudluğu ilə bağlı yeni mülahizələr yarandı. 18-ci əsrdə Karl Linney “Təbiətin sistematikası” adlı əsərində insanı primatlar dəstəsinə aid etmişdi. 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində Jan Batist Lamark təkamül nəzəriyyəsini irəli sürdü.
İrqşünaslıq
redaktə1684-cü ildə fransız anatomu Fransua Bernye insanların xarici görünüşündəki fərqləri insan irqi anlayışı ilə ifadə etmişdir.Bernye bu fərqlərin yaranmasını təbii coğrafi şəraitin təsiri ilə əlaqələndirirdi.
İstinadlar
redaktə- ↑ 1 2 Məcidova, Nərgiz. "Müasir fəlsəfi-antropoloji konsepsiyaların komparativ təhlili" (PDF). Metafizika Jurnalı (rus). 5 (4). 2022-12-15: 22–37. eISSN 2617-751X. ISSN 2616-6879. OCLC 1117709579. 2023-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-15.
- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
- ↑ Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909