Etnoqrafiya - Wikipedia
Etnoqrafiya — xalqı öyrənən, təsvir edən, xalqa daha yaxın olan, onun adət-ənənələri, məişətinə, istək və arzularına daha çox bələd olan elm. Etnoqrafiya yunan sözü olub, "etnos" xalq, "qrafis" isə təsvir etmək deməkdir. Etnoqrafiya elminin başlıca vəzifəsi xalqı öyrənmək, tarixini tədqiq etmək və daha da zənginləşdirməkdən ibarətdir. Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Əgər arxeologiya tarix elminin ixtiraçısı hesab olunursa, etnoqrafiya isə onun bərpaçısı funksiyasını daşıyır. Ona görə də hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloji və etnoqrafik mənbələrə üstünlük verməlidir.
Etnoqrafiya elm kimi
redaktəXalqın məişəti ilə yanaşı, etnoqrafiya bir elm kimi həm də onun mədəniyyətini tədqiq edir. Etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniyyətində olan müxtəlifliyi öyrənməklə yanaşı onların oxşar cəhətlərini də nəzərdən qaçırmır, yalnız müasir xalqları deyil həmçinin, hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Bununla etnoqrafiyanın xüsusi bir sahəsi olan tarixi etnoqrafiya məşğul olur.
Rus alimlərindən S. P. Tolstov etnoqrafiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədəniyyətindəki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir. Bu elm xalqın məişət və mədəniyyətindəki xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafını, xalqların etnogenezini, etnik coğrafiyasını, onların qarşılıqlı mədəni-tarixi əlaqələrini tədqiq etməklə məşğul olur. Y. V. Bromley və S. A. Tokaryev etnoqrafiyanın tədqiqat obyektindən, predmet və metodlarından danışaraq yazırlar:
"Etnoqrafiya – əsas tədqiqat obyekti bilavasitə etnos və ya etnik birliklərin digər tipləri olan tarix elmidir".
1968-ci ildə nəşr olunan "Etnoqrafiyanın əsasları" adlanan kitabında S. Tokaryev etnoqrafiyaya ümumiləşdirilmiş tərif verərək yazır: "Etnoqrafiya dünya xalqlarının məişət və mədəniyyətini öyrənən tarix elmidir". Y. V. Bromley isə 1973-cü ildə nəşr edilən "Etnos və etnoqrafiya" əsərində, habelə 1981-ci ildə çap olunan "Etnoqrafiyanın müasir problemləri" adlanan kitabında etnoqrafiyanı "etnik birliklər haqqında elm" adlandırır.
S. Tokaryevin həmin ümumiləşdirilmiş tərifini nəzərə alan Sankt-Peterburqlu alim R. İts etnoqrafiyaya aşağıdakı kimi tərif verir: "Etnoqrafiya xalqların məişətindən və etnik tarixindən, dünya mədəniyyətinin tərkib hissəsi kimi onların məişət və mədəniyyətindəki spesifik cəhətlərin formalaşmasından bəhs edən tarix elmidir". İngilis etnoqrafı Toms etnoqrafiyanın folklor (ingiliscə folk-xalq, lar-bilik) adlandırmağı təklif edirdi.
Bu deyilənlərdən aydın görünür ki, etnoqrafiya elminin əsas tədqiqat obuekti bilavasitə etnosdur, xalqın özüdür. Məhz xalq anlayışı etnoqrafiyanın əsas və başlıca anlayışıdır, çünki xalq anlayışı çox vaxt etnosla eyniləşdirilir. Qədim yunan termini olan "etnos" etimoloji cəhətdən "xalq", "qəbilə", "insan qrupu" anlayışlarına uyğun gəlir. Y. Poplinskinin göstərdiyi kimi qədim yunanlar özlərini başqalarından fərqləndirmək üçün qeyri-yunanları "etnos" adlandırmışlar.
İlk etnoqrafik biliklər tarixin qədim və orta əsrlər dövründə əldə edilmişdir. Etnoqrafik məktəblərin yaranmasında isə filosof, maarifçi və ensiklopediyaçıların baxışları mühüm rol oynamışdır. Utopik sosiolist J. Russonun "Bərabərsizliyin mənşəyi və əsasları haqqında mühakimə" (1755) və "İctimai saziş və ya siyasi hüquqların prinsipləri" (1762), ingilis iqtisadçısı A. Smitin "Xalqların təbiəti və sərvət toplamaq səbəbləri" (1776) adlı əsərlərində xüsusi mülkiyyət əsas götürülmüşdür.
S. Dejnyov və V. Atlasovun Uraldan şərqdə yaşayan aborigen xalqlar -koryaklar və itelmenlər haqqında məlumatları böyük əhəmiyyət kəsb edir.
Rusiyanın 1675–1677-ci illərdə Çində olmuş səfiri A. Spafarinin "Çin dövlətinin təsviri" və "Amurun təsviri", Q. Novitskinin "Ostyak xalqları haqqında qısa təsvir" (1715), rus səyyahı S. Kraşeninikovun 1737–1741-ci ildə yazdığı, "Kamçatka torpağının təsviri", M. Lomonosovun "Rusiyanın qədim tarixi" və "Şəcərənin qısa səlnaməsi" əsərlərinin də xüsusi yeri vardır.
M. Lomonosov, Lepjoxin, P. Pallas və S. Qmelinin ekspedisiyalarının materialları əsasında 1776–1788-ci illərdə "Rusiya dövlətində yaşayan xalqların təsviri" adlı olduqca maraqlı bir kitab nəşr olunmuşdur. Moskva Universitetinin professoru S. Denitski "Ailənin və xüsusi mülkiyyətin mənşəyi" (1775) əsərində ailəyə və xüsusi mülkiyyətə cəmiyyətin tarixi inkişafı ilə sıx əlaqəli, dəyişən və inkişaf edən bir hadisə kimi baxmışdır. XVIII əsr tarixşünaslığında A. N. Radişevin rolu böyükdür. Onun fərdilik prinsiplərini izah edərək təklikdə yaşamağın ölümlə nəticələnəcəyini yəqin etməsi və kollektivçilik haqqında fikirləri də maraq doğurur.
XVII–XVIII əsrlərdə istər qərbdə, istərsə də Rusiyada ibtidai icma tarixinin öyrənilməsi sahəsində etnoqrafik və tarixi materialların toplanmasında mühüm nailiyyətlər qazanılmışdı. Bununla belə qeyd olunan dövrdə etnoqrafiya bir elm kimi hələ formalaşmamışdı. Bu elm müstəqil bir sahə kimi yalnız XIX əsrin ortalarında Qərbi Avropa və Amerika ölkələrində təşəkkül tapmağa başlamış, XIX əsrin 60–70-ci illərində isə müxtəlif ölkələrdə etnoqrafik təşkilat və cəmiyyətlər yaranmışdır. İngilis etnoqrafı Toms etnoqrafiyanı folklor adlandırmışdır (folk-xalq, lor-bilik deməkdir).
Etnoqrafiya elminin inkişafında 1607-ci ildə yazıçı İ. Zommerin Maqdeburq şəhərində nəşr etdirdiyi "Etnoqrafik məcmuə", 1791-ci il Nürenburq şəhərində dərc olunan "Etnoqrafik albom", 1820-ci il macar "Etnoqrafiya" albomu, 1826-cı il İtaliya coğrafiyaçısı Adriano Balbinin "Etnoqrafik atlas"ı, fransız fiziki Jan-Jak Amperin 1830-cu ildə təklif etdiyi antropoloji elmlərin təsnifatı və etnologiyanın yeri və 1839-cu ildə fəaliyyətə başlamış Paris "Etnologiya cəmiyyəti"nin böyük əhəmiyyəti olmuşdur.
1842-ci ildə Nyu-Yorkda "Amerika etnologiyacəmiyyəti" fəaliyyətə başlamışdır. 1843-cü ildə İngiltərə "Etnologiya cəmiyyəti", 1869-cu ildə Almaniya və 1871-ci ildə İtaliya "Antropologiya və etnologiya cəmiyyəti", 1845-ci ildə isə "Rus coğrafi cəmiyyəti" nəzdində "Etnoqrafiya" bölməsi fəaliyyətə başlamışdır. Bu sahədə akademik Berin və Nadejdinin fəaliyyəti diqqətəlayiqdir.
Rus etnoqrafiyası XIX əsrin ortalarında B. Boqoroz, V. İexelson, S. Şternberq, N. Mikluxo-Maklay və D. Anuçinin kompleks tədqiqat metodu əsaslandırılmışdır. Cənub-şərqi Asiya xalqlarının etnoqrafik baxımından öyrənilməsində N. Mikluxo-Maklayın rolu böyükdür. M. Kovalevski, Y. Petri, S. Şternberq, F. Kol, N. Ziber və başqaları isə təmayülçülər idilər.
1851-ci ildə "Rus coğrafiya cəmiyyəti"nin Qafqaz şöbəsi yaradılmış və 1852-ci il Zapiski "KORQO", 1872-ci ildə isə Izvestiya "KORQO" jurnallarının nəşrinə başlanılmışdır.
L. M. Morqanın "Qədim cəmiyyət" (1877) əsərinin surətini də etnoqrafiya elmində yeri böyükdür. Sosial-iqtisadi formasiyaların etnoqrafik tədqiqində K. Marks və F. Engelsin əsərlərinin xüsusi rolu vardır. F. Engelsin "Kapitalizməqədərki istehsal formaları" məqaləsi (1883) və K. Marksın "Kapital" (1867) əsərində "Ovçu xalqlar", "Vəhşilər" haqqında, həmçinin Hindistan, digər şərq xalqları ilə Dunay knyazlığının milli hərəkat problemləri əsas yer tutur. F. Engelsin 1878-ci ildə yazdığı "Anti Durinq" əsərində qədim insan birlikləri, habelə Hindistan, slavyan, kelt və german xalqları, həmçinin dinin tarixi haqqında məlumatlar vardır.
"Alman ideologiyası" (1883) əsərində K. Marks və F. Engelsin maddi mədəniyyət, xüsusi mülkiyyət və onun qalıqları haqqında mülahizələri şərh olunur.
F.Engelsin "Ailənin xüsusi mülkiyyətin və dövlətin mənşəyi" (1884) adlı əsərinin etnoqrafiya elmində, 1896-cı ildə yazmış olduğu "Meymunun insana çevrilməsində əməyin rolu" adlı əsərinin isə antropogenez problemində yeri böyükdür.
K.Marks və F.Engelsin davamçıları Avqust Bebel, Pol Lafarq, Karl Kautski, Roza Lüksemburqun əsərlərində və baxışlarında da etnoqrafik istiqamətlər özünəməxsus yer tutur.
Cəmiyyətin iqtisadi və siyasi inkişafı XIX əsrin 80–90-cı illərində – Taylor, Lebbok, Mak-Lennan, Morqan, Spenser, Lippert və s. kimi görkəmli etnoqraf alimlərin yetişməsinə səbəb oldu.
Budapeşt muzeyi (1872), Stokholm (1874), Paris (Insan muzeyi 1877), Rotterdam (1883), Varşava (1888), Skansendə açıq səma altında ilk muzey (Stokralm, 1891), Sv. Martin muzeyi (Slovakiya, 1893), Sofiya (1893), Brüssel (1897), Krakov (1910), Arnhemdə açıq səma altında muzey (Niderland, 1972) və digər muzeylər yaradıldı. İngiltərədə "Folklor" (1890) və "Mən" (1901), Almaniyada "Etnoqrafiya" (1909), Avstiya-Macarıstanda "Antropos" (1906), Amerikada "Beynəlxalq Etnoqrafiya arxivi" (1888) "Amerika antropologiyası" (1899) və s. məcmuələr nəşr olunmağa başlandı, XIX əsrin 60–70-ci illərindən həmçinin çöl tədqiqat işlərinə start verildi. Amerika etnoqrafı Frans Boas 1897–1902-ci illərdə Şimal-Qərbi Amerika və Şimal-Şərqi Asiyaya səfər etdi. 1880-ci ildə Amazonkanın cənub hissəsində — Şinqa çayı sahillərində yaşayan bakairi tayfaları, habelə Mato, Qrosso vilayətində yaşayan borora hinduları öyrənildi.
Konrad Starkenin "İlkin ailə, onun təşəkkülü və inkişafı" (1888) əsəri, ingilis Eduard Vestermarkın (mənşəcə fin) (1862–1939) "İnsani nikahın tarixi" (1891), Henri Kunun (1862–1936) "Avstraliya zəncilərinin qohumluq ittifaqları" (1894) və "Nikah və ailənin başlanğıcı (1912–1913)" adlı əsərlərini yazdı. Alman etnoqrafı Ernst Qrossun "Ailənin və təsərrüfatın formaları" (1896) mövzusunda kitabı çap olundu.
Alman etnoqrafı Henri Şursun "İnkişaf edən siniflər və kişi ittifaqları" əsərində insanların iqtisadi münasibətlərinin erkən formaları və yeni problem məsələləri əksini tapdı. Eduard Han, Karl Blyuxer, Feliks Şomlo animist nəzəriyyəni tənqid edərək, pramoxoteizmi, Taylor isə "Dinin parçalanması" (1898) əsərində preanimizmi əsaslandırdı.
Etnoqrafik məktəblər
redaktəEtnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən elmdir. Etnoqrafiya antropologiya, arxeologiya, dilçilik, folklorşünaslıq, coğrafiya və digər elmlərlə əlaqəlidir. İlk etnoqrafik biliklər tarixin qədim və orta əsrlər dövründə əldə edilmişdir.
Etnoqrafik məktəblərin yaranmasında isə filosof, maarifçi və ensiklopediyaçıların baxışları mühüm rol oynamışdır. Utopik sosiolist Jan Jak Russonun "Bərabərsizliyin mənşəyi və əsasları haqqında mühakimə" (1755) və "İctimai saziş və ya siyasi hüquqların prinsipləri" (1762), ingilis iqtisadçısı Adam Smitin "Xalqların təbiəti və sərvət toplamaq səbəbləri" (1776) adlı əsərlərində xüsusi mülkiyyət əsas götürülmüşdür.
S. Dejnyov və V. Atlasovun Uraldan şərqdə yaşayan aborigen xalqlar -koryaklar və itelmenlər haqqında məlumatları böyük əhəmiyyət kəsb edir.
Rusiyanın 1675–1677-ci illərdə Çində olmuş səfiri A. Spafarinin "Çin dövlətinin təsviri" və "Amurun təsviri", Q. Novitskinin "Ostyak xalqları haqqında qısa təsvir" (1715), rus səyyahı S. Kraşeninikovun 1737–1741-ci ildə yazdığı, "Kamçatka torpağının təsviri", Mixail Lomonosovun "Rusiyanın qədim tarixi" və "Şəcərənin qısa səlnaməsi" əsərlərinin də xüsusi yeri vardır.
M. Lomonosov, Lepjoxin, P. Pallas və S. Qmelinin ekspedisiyalarının materialları əsasında 1776–1788-ci illərdə "Rusiya dövlətində yaşayan xalqların təsviri" adlı olduqca maraqlı bir kitab nəşr olunmuşdur. Moskva Universitetinin professoru S. Denitski "Ailənin və xüsusi mülkiyyətin mənşəyi" (1775) əsərində ailəyə və xüsusi mülkiyyətə cəmiyyətin tarixi inkişafı ilə sıx əlaqəli, dəyişən və inkişaf edən bir hadisə kimi baxmışdır. XVIII əsr tarixşünaslığında A. N. Radişevin rolu böyükdür. Onun fərdilik prinsiplərini izah edərək təklikdə yaşamağın ölümlə nəticələnəcəyini yəqin etməsi və kollektivçilik haqqında fikirləri də maraq doğurur.
XVII–XVIII əsrlərdə istər qərbdə, istərsə də Rusiyada ibtidai icma tarixinin öyrənilməsi sahəsində etnoqrafik və tarixi materialların toplanmasında mühüm nailiyyətlər qazanılmışdı. Bununla belə qeyd olunan dövrdə etnoqrafiya bir elm kimi hələ formalaşmamışdı. Bu elm müstəqil bir sahə kimi yalnız XIX əsrin ortalarında Qərbi Avropa və Amerika ölkələrində təşəkkül tapmağa başlamış, XIX əsrin 60–70-ci illərində isə müxtəlif ölkələrdə etnoqrafik təşkilat və cəmiyyətlər yaranmışdır. İngilis etnoqrafı Toms etnoqrafiyanı folklor adlandırmışdır (folk-xalq, lor-bilik deməkdir).
Etnoqrafiya elminin inkişafında 1607-ci ildə yazıçı İ. Zommerin Maqdeburq şəhərində nəşr etdirdiyi "Etnoqrafik məcmuə", 1791-ci il Nürenburq şəhərində dərc olunan "Etnoqrafik albom", 1820-ci il macar "Etnoqrafiya" albomu, 1826-cı il İtaliya coğrafiyaçısı Adriano Balbinin "Etnoqrafik atlas"ı, fransız fiziki Jan-Jak Amperin 1830-cu ildə təklif etdiyi antropoloji elmlərin təsnifatı və etnologiyanın yeri və 1839-cu ildə fəaliyyətə başlamış Paris "Etnologiya cəmiyyəti"nin böyük əhəmiyyəti olmuşdur.
1842-ci ildə Nyuyorkda "Amerika etnologiya cəmiyyəti" fəaliyyətə başlamışdır. 1843-cü ildə İngiltərə "Etnologiya cəmiyyəti", 1869-cu ildə Almaniya və 1871-ci ildə İtaliya "Antropologiya və etnologiya cəmiyyəti", 1845-ci ildə isə "Rus coğrafi cəmiyyəti" nəzdində "Etnoqrafiya" bölməsi fəaliyyətə başlamışdır. Bu sahədə akademik Berin və Nadejdinin fəaliyyəti diqqətəlayiqdir.
Rus etnoqrafiyası XIX əsrin ortalarında B. Boqoroz, V. İexelson, S. Şternberq, N. Mikluxo-Maklay və D. Anuçinin kompleks tədqiqat metodu əsaslandırılmışdır. Cənub-şərqi Asiya xalqlarının etnoqrafik baxımından öyrənilməsində N. Mikluxo-Maklayın rolu böyükdür. M. Kovalevski, Y. Petri, S. Şternberq, F. Kol, N. Ziber və başqaları isə təmayülçülər idilər.
1851-ci ildə "Rus coğrafiya cəmiyyəti"nin Qafqaz şöbəsi yaradılmış və 1852-ci il Zapiski "KORQO", 1872-ci ildə isə Izvestiya "KORQO" jurnallarının nəşrinə başlanılmışdır.
Azərbaycanda isə etnoqrafik məlumatlar XIX əsrdən etibarən elmi şəkildə toplanılmağa başlanılmışdır. Lakin etnoqrafik biliklərin əldə edilməsinin başlanqıcı qədim və orta əsrlər dövrünə aiddir. H. A. Həvilov "Azərbaycan etnoqrafiyası" kitabında qeyd edir ki, hələ antik müəlliflərin-Strabon, Böyük Plini, Klavdi Elianın əsərlərində Azərbaycan ərazisində yaşayan tayfalar, onların təsərrüfat məşğuliyyəti. Maddi və mənəvi mədəniyyəti haqqında məlumatlara rast gəlinir. Orta əsrlər dövründə xalqımızın böyük mütəfəkkir oğulları tərəfindən yaradılan ədəbi-bədii əsərlərdə, qəhrəmanlıq və məhəbbət dastanlarında Azərbaycan xalqının etnoqrafiyasına dair müfəssəl məlumatlar vardır. Azərbaycanda olmuş bir çox Yaxın Şərq və Avropa ölkələri səyyahları, habelə rus müəllifləri yerli əhalinin həyat tərzi ilə yaxından tanış olaraq, onların təsərrüfatı, maddi və mənəvi mədəniyyəti, adətənənələri, ailə-nikah münasibətləri barədə maraqlı materiallar toplamışdılar.
L. M. Morqanın "Qədim cəmiyyət" (1877) əsərinin surətini də etnoqrafiya elmində yeri böyükdür. Sosial-iqtisadi formasiyaların etnoqrafik tədqiqində K. Marks və F. Engelsin əsərlərinin xüsusi rolu vardır. F. Engelsin "Kapitalizməqədərki istehsal formaları" məqaləsi (1883) və K. Marksın "Kapital" (1867) əsərində "Ovçu xalqlar", "Vəhşilər" haqqında, həmçinin Hindistan, digər şərq xalqları ilə Dunay knyazlığının milli hərəkat problemləri əsas yer tutur. F. Engelsin 1878-ci ildə yazdığı "Anti Durinq" əsərində qədim insan birlikləri, habelə Hindistan, slavyan, kelt və german xalqları, həmçinin dinin tarixi haqqında məlumatlar vardır. "Alman ideologiyası" (1883) əsərində K. Marks və F. Engelsin maddi mədəniyyət, xüsusi mülkiyyət və onun qalıqları haqqında mülahizələri şərh olunur. F. Engelsin "Ailənin xüsusi mülkiyyətin və dövlətin mənşəyi" (1884) adlı əsərinin etnoqrafiya elmində, 1896-cı ildə yazmış olduğu "Meymunun insana çevrilməsində əməyin rolu" adlı əsərinin isə antropogenez problemində yeri böyükdür. K. Marks və F. Engelsin davamçıları Avqust Bebel, Pol Lafarq, Karl Kautski, Roza Lüksemburqun əsərlərində və baxışlarında da etnoqrafik istiqamətlər özünəməxsus yer tutur. Cəmiyyətin iqtisadi və siyasi inkişafı XIX əsrin 80–90-cı illərində – Taylor, Lebbok, Mak-Lennan, Morqan, Spenser, Lippert və s. kimi görkəmli etnoqraf alimlərin yetişməsinə səbəb oldu.
Budapeşt muzeyi (1872), Stokholm (1874), Paris (Insan muzeyi 1877), Rotterdam (1883), Varşava (1888), Skansendə açıq səma altında ilk muzey (Stokralm, 1891), Sv. Martin muzeyi (Slovakiya, 1893), Sofiya (1893), Brüssel (1897), Krakov (1910), Arnhemdə açıq səma altında muzey (Niderland, 1972) və digər muzeylər yaradıldı. İngiltərədə "Folklor" (1890) və "Mən" (1901), Almaniyada "Etnoqrafiya" (1909), Avstiya-Macarıstanda "Antropos" (1906), Amerikada "Beynəlxalq Etnoqrafiya arxivi" (1888) "Amerika antropologiyası" (1899) və s. məcmuələr nəşr olunmağa başlandı, XIX əsrin 60–70-ci illərindən həmçinin çöl tədqiqat işlərinə start verildi. Amerika etnoqrafı Frans Boas 1897–1902-ci illərdə Şimal-Qərbi Amerika və Şimal-Şərqi Asiyaya səfər etdi. 1880-ci ildə Amazonkanın cənub hissəsində — Şinqa çayı sahillərində yaşayan bakairi tayfaları, habelə Mato, Qrosso vilayətində yaşayan borora hinduları öyrənildi.
Konrad Starkenin "İlkin ailə, onun təşəkkülü və inkişafı" (1888) əsəri, ingilis Eduard Vestermarkın (mənşəcə fin) (1862–1939) "İnsani nikahın tarixi" (1891), Henri Kunun (1862–1936) "Avstraliya zəncilərinin qohumluq ittifaqları" (1894) və "Nikah və ailənin başlanğıcı (1912–1913)" adlı əsərlərini yazdı. Alman etnoqrafı Ernst Qrossun "Ailənin və təsərrüfatın formaları" (1896) mövzusunda kitabı çap olundu. Alman etnoqrafı Henri Şursun "İnkişaf edən siniflər və kişi ittifaqları" əsərində insanların iqtisadi münasibətlərinin erkən formaları və yeni problem məsələləri əksini tapdı. Eduard Han, Karl Blyuxer, Feliks Şomlo animist nəzəriyyəni tənqid edərək, pramoxoteizmi, Taylor isə "Dinin parçalanması" (1898) əsərində preanimizmi əsaslandırdı.
Etnoqrafiya və aeminizm
redaktəFeminist etnoqrafiya – sosial antropologiya və sosiologiya üzrə empirik tədqiqatlar praktikasıdır. Feminist etnoqrafiya ənənəvi etnoqrafiyadan fərqli olaraq, yad cəmiyyətə daxil olmaq işlərinin nəticələrinin ifadəsini təsvir etmək üsullardan istifadə etmək, uzunmüddətli iştiraklı müşahidələr aparmaqla yanaşı, həm də alimlərin antidiskriminasiyon meyilli işlərini də nəzərdə tutur. Feminist etnoqrafiya çox vaxt sosial məlumatların toplanmasına və analizinin pozitivist sxemlərinə əsaslanmış elmi analizdə təkrarlanan sosial, o cümlədən gender və irsi bərabərsizliyin aradan qaldırılmasına istiqamətlənib. Genderə etnoqrafik mətnlərin təhlili kateqoriyası kimi maraq ilk dəfə XIX əsrin əvvələrində yaranıb. Bu dövrə F. Raytın 1821-ci ildə nəşr olunmuş "Bü ölkədən İngiltərədəki dostlara göndərilmiş məktublarda Amerika cəmiyyətinə və adətlərinə baxış (1818, 1819, 1920-ci illər)" əsəri və Amerika cəmiyyətinin X. Martinin "Amerika cəmiyyəti" (1837) əsərində həyata keçirilmiş, etnoqrafik dəlillərə əsaslanmış feminist analizi aid edilir. XIX-cu əsrin 80-ci illərində Siu hindli tayfasına yalnız baş çəkməklə qalmamış, həm də kifayət qədər uzun zaman onların arasında və onların adətləri üzrə yaşamış antropoloq A. Fletçerin işləri geniş məşhurluq qazandı. Bundan əvvəl antropoloqlar heç zaman "başqa" mədəni mühitdə uzun müddət yaşamamışdılar və bu cür tədqiqatlar XX əsrdə sosial elmlərin inkişafında dönüş nöqtəsi oldu. Amerikanın kiçik Middltaun şəhərinin 1924-cü ildə nəşr olunmuş məşhur etnoqrafik tədqiqatlarında gender aspektinin kifayət qədər geniş təqdimi ilə ilk genişmiqyaslı etnoqrafik layihənin əsası qoyuldu. Britaniyada feminist etnoqrafiya XX əsrin 50-ci illərində Mançester layihəsinin tətbiqi ilə inkişaf etdi. Feminist etnoqrafiyadan danışarkən, Ş. Reynxarts tədqiqat məqsədlərinə görə fərqlənən üç istiqaməti ayırır:
- a) qadınların həyat və fəaliyyətinin sənədlərlə əsaslandırılması;
- b) qadın təcrübəsinin onların öz nöqteyi-nəzərdən dərk edilməsi (bu istiqamət Q. Zimmelin işlərinə aiddir);
- c) sosial konteksti ifadə edən qadın davranışlarının konseptuallaşdırılması.
Qadınların həyat və fəaliyyətlərinin sənədlərlə əsaslandırılması ənənəvi oppozisiya kimi və feminist sosioloqların fikrincə əksər hallarda androsentrik meyilli sosial tədqiqatlarına qarşı oppozisiya kimi meydana çıxır. Məsələn, belə tədqiqatlar yoxsul qaradərili qadınlara və irlandiyalı yaşlı işçilərə münasibətlərin təhlilində həyata keçirilib. Tədqiq olunan qrupların həyatını özləri üçün daha "real" etmək məqsədilə tədqiqatçılar dərin müşahidə praktikasını onların gündəlik həyatında intensiv iştirakla birləşdirdilər. Qadınların, öz maraqları baxımından özlərinin dərk edilməsi qadın fəaliyyətinin və düşüncə tərzinin bəsit olması haqqında (kişilərin qadınlar barədə adi düşüncələri) qeyri-feminist müşahidənin əsas qüsurunu korreksiya edir. Qadınların sosial konteksdə dərk olunması kimi məlum olan üçüncü istiqamətdə feminist etnoqraflar qadın davranışını sosial kontekstdə nəzərdən keçirməyə cəhd göstərirlər və bu kontekstə anatomiya, mədəniyyət və sinif anlayışlarından ayrılıqda baxılmasından ehtiyat edirlər. Feminist etnoqrafiyanın, əsasən, qadınların öyrənilməsi işinə yönəldilməsinə baxmayaraq, genderin insan davranışına təsirinin düzgün başa düşülməsi üçün hər iki cins ilə bağlı tədqiqatlar da aparılır. Məsələn, N. Çarlz və M. Kerr iki valideynli ailələrdə istehlak quruluşlarındakı fərqləri müəyyən ediblər. Bundan başqa, müasir etnoqrafiyada məskulinliyin müxtəlif aspektlərinin öyrənilməsi istiqamətində də tədqiqatlar aparılır. "İştiraklı müşahidə" etnoqrafiyanın əsas metodudur. İstənilən halda iştiraklı müşahidənin strategiyasını müəyyən edən mühakimələr bir çox cəhətdən etnoqrafik tədqiqatların gedişatını müəyyən edir. A. Hohişldin fikrincə, qadınlar tərəfindən həyata keçirilmiş etnoqrafik müşahidələr (onların feminist olub-olmamalarından asılı olmayaraq) mahiyyətinə ğörə kişilərin yaratdığı etnoqrafiyadan fərqlənir. Etnoqrafik məlumatların təhlilini aparmaq üçün çoxlu sayda analiz vasitələri mövcuddur. Bu vasitələr "çöl" materiallarının müxtəlif formalarını və onlarla iş strategiyalarını nəzərdə tutur. Bu, qadın dilinin analizi, mətnlərlə, o cümlədən, tərcümeyi-hal və bədii mətnlər kimi spesifik olanlarla iş ola bilər. Bir çox feminist etnoqraflar feminist nəzəriyyəni zənginləşdirir, digərləri isə, müəyyən nəzəri yanaşmaları yoxlamağa və ya tətbiq etməyə cəhd göstərirlər.
Etnoqrafik terminlər
redaktəEtnoqrafik terminlər başlıca olaraq ictimai quruluşu, ailə-nikah münasibətlərini, maddi və mənəvi mədəniyyəti hər tərəfli əhatə edir. Bəzi terminlər isə ümumi, elmi əhəmiyyət kəsb edir.
Ümumi terminlər
Etnoqraf tədqiqatçılar bir çox elm sahələrindən- tarix, fəlsəfə, coğrafiya, linqvistika, antropologiya, arxeologiya və s. ixtisas sahələrindən çoxlu terminlər mənimsəyib istifadə edirlər.
- İrq –Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqalrına əvvəllər "ağ", "qara" və "sarı" rənglərə və üç əsas irqə ayırırdılar: avropoid, ekvatorial (neqroid) və monqoloid. Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial irqindən avstraloid irqinin ayrılması tövsiyə olunur.
- Mədəniyyət-Etnoqrafiyada geniş istifadə olunan anlayışlardan biri də mədəniyyət terminidir. Bu anlayış öz tətbiq sahəsindən asılı olaraq müxtəlif mənalarda işlədilir. Fəlsəfi mənada mədəniyyət dedikdə təbiət tərəfindən deyil, yalnız insan tərəfindən yaradılan bütün şeylər başa düşülür. Latın dilindən götürülən "kultura" anlayışı "hazırlanmış", "emal edilmiş" sözlərinə uyğun gəlir. Ümumi fəlsəfi anlayış olan "mədəniyyət" anlayışı etnoqrafiyada bir xalqı başqasından fərqləndirən maddi və mənəvi həyat amillərinin xüsusiyyətləri şəklində izah edilir.
- Genezis – yunan sözü olub mənşə, mənbə, yaranma mənalarında işlədilir. Bu termin etnoqrafiyada müəyyən bir xalqın, etnik birliyin mənşəyini öyrənən zaman qarşıya çıxır.
- Dil ailəsi-Linqvistikadan etnoqrafiyaya dil ailəsi termini keçmişdir. Dillərin qohumluğu onların mənşəyinə görə öyrənilir. Etnoqrafiayada avtoxton anlayışından da istifadə olunur. Avtoxton (yunan sözü olub "autos"-özü, "xtones"-torpaq) mənşə etibarilə yerli olan deməkdir. Yunan avtoxtonuna qədim Roma termini olan aborigen termini uyğun gəlir ki, bu da "müəyyən bir ölkənin yerli əhalisi" deməkdir.
- Oykumena. Etnoqrafiyada istifadə olunan bir çox terminlər biologiya və sosiologiyadan mənimsənilmədir. Məsələn, oykumena – yunan sözü olub yaşamaq sözündən götürülmüşdür. Başqa sözlə bu termin yer kürəsinin insanlar tərəfindən məskunlaşmış hissəsi deməkdir. Çox vaxt etnik ərazi dövlət sərhədləri ilə uyğun gəlmir. Məs: Azərbaycanlıların 30 milyona qədəri İranada, 2 milyondan artığı RFR ərazisində yaşayır.
- İnteqrasiya. Etnik proseslərin xarakterini müəyyənləşdirmək üçün əksər hallarda inteqrasiya, konsolidasiya və assimilyasiya kimi latın terminlərindən istifadə olunur. İnteqrasiya hərfi mənada ayrı-ayrı hissələrin vahid bir tamda birləşməsi deməkdir. Bu müxtəlif etnik mədəniyyətlərin qarşılıqlı əlaqəsi zəmnində mədəniyyətlərin yaxınlaşmasına aiddir. Müstəqil xalqların və ya onların böyük qruplarının böyük etnoslar şəklində birləşməsinə konsolidasiya deyilir. Adətən bu cür birləşmələrin vahid dili və mədəniyyəti olur. Assimilyasiya isə artıq formalaşmış etnosların qarşılıqlı təsiredici əlaqə prosesidir. Bu cür etnoslar əksər hallarda mənşə, dil və mədəniyyət cəhətcə müxtəlif olurlar.
- Adaptasiya – insanların yeni etnik mühitə uyğunlaşmasına deyilir. Adaptasiya və ya akkomodasiya ən çox biologiyada işlədilir.
- Akkulturasiya – mədəniyyətlərin qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki modelləri dəyişikliyə məruz qalır.
- Urbanizasiya – etnoqrafiya terminlərinə Qərbi Avropa sosiologiyası və etnoqrafiyasından daxil edilmişdir (latınca"Urbanus"-şəhər sayağı deməkdir). Urbanizasiya sənayenin və əhalinin iri şəhərlərdə toplanmasına deyilir. Etnoqrafik ədəbiyyatda bu anlayış belə məna kəsb edir ki, şəhər mədəniyyətinin standart tiplərinin yayılmasıilə kəndlə şəhər arasındakı mədəni fərqlər aradan qalxır.
- Traybalizm – Müasir siyasi mətbuatdan etnoqrafiyaya traybalizm termini də keçmişdir (ingiliscə"trayb"-qəbilə deməkdir). Traybalizm gənc Asiya və Afrika dövlətlərində müasir dövrdə qəbilə xüsusiyyətlərinin saxlanılmasına deyilir ki, bu qalıqlar qəbilələr arasındakı münasibətlərə mənfi təsir göstərir. Siyasi ədəbiyyatda traybalizm millətçiliyin sinonimi kimi işlədilir.
- Stereotip – Sosial psixologiyadan stereotip anlayışı da qəbul edilmişdir (yunanca "stereos"-möhkəm, "tipos"-iz, şəkil). Bu anlayış etnoqrafiyada, etnik birlik daxilində nəsildən-nəslə keçirilərək saxlanılan, gündəlik həyat təcrübəsi ilə möhkəmləndirilən davranış normalarını xarakterizə edərkən işlədilir.
- Adət – müəyyən etnik birlik daxilində qəbul edilmiş davranış qaydalarıdır.
- Mərasim – etnosun müəyyən sosial, ailə və mənəvi həyatı ilə bağlı olan reqlamentli hadisələrdir. Adətlə fərqləndirmək üçün onlar aşağıdakı söz birləşmələri şəklində işlədilir: dəfn mərasimi, toy mərasimi, qonqpərvərlik adəti, oğulluğa götürmə adəti və s.
- Qalıq – ictimaivə mənəvi həyatın müasir vəziyyətinə yabançı olan, keçmiş mədəni mərhələlərdən bu günə qədər gəlib çatan və etnik birliyin üzvləri tərəfindən bir vərdiş kimi icra edilən mədəni amildir.
- Ənənə — (latınca "traditsiya"- ötürülən, keçirilən deməkdir) etnosun həyatını qoruyub saxlamaq üçün maddi və mənəvi mədəniyyətin, ailə və ictimai həyatın elə bir amilidir ki, cəmiyyətin üzvləri onu nəsildən-nəslə keçirirlər.
İctimai həyat terminləri
- Nəsil- Sosial həyatın ən mühüm anlayışlarında biridir . Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəlir.
- Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır.
- Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır.
- Matriarxat – (latınca "mater"-ana, yunanca "arxe"- hakimiyyət) hərfi mənada ananın hakimiyyəti deməkdir. Ananın hökmüranlığı bəşəriyyət tarixinin o dövrünə aiddir ki, bu vaxt qadınlar sosial quruluşun yüksək pilləsində dururdular.
- Patriarxat – (yunanca "patriarxe"-nəslin başçısı) kişilərin hakimiyyəti mənasında işlədilir. Etnoqrafiyada bu quruluş sinifsiz cəmiyyətdən sinifli cəmiyyətə keçid dövrü kimi xarakterizə olunur. Burada qohumluq ata xətti ilə müəyyənləşdirilir. Bununla belə ana nəsli qalıqları güclü olur.
- Ekzoqamiya (yunanca "ekzo"-xarici, "qamos"-nikah) – hərfi mənada kənardan nikah olmaqla nəslin mühüm əlaməti sayılır. Ekzoqamiya prinsipinə əməl edilməsi nəslin üzvlərinin təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı.
- Endoqamiya (yunanca "endoi"-daxili, "qamos"-nikah) –hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, bir etnik birlik kimi qəbilənin çox mühüm əlaməti olmuşdur.
- Fratriya
- Patronimiya
- İnitsiyasiya. Sinfi quruluşa qədərki cəmiyyətin həyatında initsiyasiyalar (təqdis adətləri) böyük rol oynayırdı (latınca "initsiare"-başlamaq). Bu yeniyetmələrin böyüklər cərgəsinə keçirilməsi qaydası idi. Kasta – (portuqaliya dilində nəsil deməkdir) qapalı endoqam ictimai qrupdur. Onun öz xüsusi davranış qaydaları vardır.
Ailə-nikah terminləri
- Nikah – adət hüququ və qanunla rəsmiləşdirilən kişilərin və qadınların cinsi yaxınlığını əks etdirən sinfi cəmiyyətdə yaranmış aktdır. Nikah dövründə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri meydana çıxır.
- Ailə — ər və arvaddan, onların övladlarından ibarət olan ictimai-iqtisadi hüceyrədir. Sinfi cəmiyyətdə onun ən geniş yayılan forması monoqamiyadır. Qızların qaçırılması – bu qızların və onların valideynlərinin razılığı və ya qeyri razılığı zamanı qaçırma yolu ilə bağlanan nikah formasıdır. Ödəncli nikah – (kalım) – Adaxlının gəlinin əvəzində qızın ailəsinə ödənc verməsidir. Gəzmə nikah – nikahın elə bir formasıdır ki, bu zaman ər-arvad ayrı-ayrı nəsillərdə yaşayır və yaxud ər arvadın evində deyil, kişilər üçün nəzərdə tutulmuş xüsusi evlərdə yaşamasıdır. Sinifsiz cəmiyyətin bütün dövrlərində ən geniş yayılan qrup nikahı forması idi. Bu vaxt bir qrup kişilər və qadınlar müvəqqəti və ya daimi olaraq bir-birinin ərləri və arvadları hesab olunurdular.
- Heterizm – (yunanca "ketayra"-məşuqə) də qrup nikahının qalığıdır. Nikah yolu ilə bir kişiyə bağlı olan qadın başqa bir kişi ilə cinsi əlaqəyə girərsə bu heterizmdir. Başqa sözlə, qadın onunla nikah əlaqəsinə girə biləcək bütün kişilərə mənsub idi.
- Gənclər evi – Cənub-Şərqi Asiyanın bir çox xalqlarında müşahidə olunan tikintilərdir. Burada müxtəlif nəsillərdən olan gənclər hədd buluğa çatana qədər görüşür və azad nikah əlaqəsində olurlar. Bir qayda olaraq sinifli cəmiyyət üçün monoqam nikahlar xarakterikdir. Bu tək nikahlılıq deməkdir. Bununla belə poliqamiyaya da təsadüf olunur ki, bu da çoxarvadlılıq deməkdir. Etnoqrafiyada poliandriya termininə də təsadüf olunur ki, bu ən çox Tibetdə yayılan adətdir. Ortakuzen (ortos — yunanca "bilavasitə", kuzen — fransızca "əmioğlu") əmioğlu ilə əmiqızı arasındakı nikah əlaqəsinə deyilir. Kroskuzen nikah isə dayıoğlu ilə bibiqızı arasında bağlanan nikahdır; sororat (soror — latınca "bacı") eyni vaxtda bir neçə bacı ilə bağlanan nikaha deyilir; levirat (levir — latınca "qayın") qardaş arvadı ilə olan nikahdır.
- Promiskuitet. XIX əsr klassik etnoqrafik ədəbiyyatında promiskuitet anlayışına tez-tez rast gəlinir. Bu nizamsız cinsi əlaqələr deməkdir. Nikahın bu ibtidai forması insanlığın ilk çağına-ibtidai sürü dövrünə aiddir.
- Travestizm – (fransızca-"travesti"-paltar dəyişmə)adətinin icrası zamanı kişilər arvad paltarı geyinir, öz cinsindən uzaqlaşır, qadın sayağı işlər görür.
- Avunkulat – (latınca "avankulus"-dayı) – dayı ilə bacı uşaqları arasındakı qarşılıqlı hüquq və vəzifələrdir.
- Atalıq – avankulatın xüsusi bir növü kimi, uşaqların kənar ailədə tərbiyə edilməsidir. Qardaşlaşma – qanların qarışdırılması yolu ilə və yaxud eyni bir qadınla yaşamaq yolu ilə müxtəlif mənşəli kişilərin qohumlaşması. Matrilineynıy – ana xətti; patrilineynıy – ata xətti; matrolokal — ərin nikah zamanı arvad nəslinə keçməsi; patrilokal – arvadın ərin nəslinə keçməsi; bilokal – növbə ilə gah ərin, gah da arvadın nəslində yaşamaq; neolokal — ər və arvad valideynlərindən ayrı yaşayır; dislokalər və arvad ayrıayrılıqda, hərə öz mənsub olduğu nəsildə yaşayır.
Ədəbiyyat
redaktə- Azərbaycan etnoqrafiyası. I cild. Bakı, Elm. 1989.
- Azərbaycan etnoqrafiyası, 3 cilddə: I cild Arxivləşdirilib 2012-07-25 at the Wayback Machine, II cild Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine. Bakı: "Şərq-Qərb", 2007–2008.
- Azərbaycan Sovet ensiklopediyası. I–X cild. ASE. Bakı, 1976–1987.
- Həvilov H. Dünya xalqlarının etnoqrafiyası. Bakı, 1999.
- Həvilov H. Azərbaycan etnoqrafiyası. Bakı, 1991.
- Sadıxov A. Həvilov H. Etnoqrafiya əsasları. Bakı, 1974.
- Lev Qumilov Etnogenez və yerin biosferi. Bakı, 2005.
- Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009, 157 səh.
- Итс Р. Ф. Введение в этнографию: Учебное пособие.- Л.: Издательство Ленинградского университета, 1991
- Н. Н. Чебоксаров, И. А. Чебоксарова. Народы, расы, культуры. М.: Наука 1971
- Токарев С. А. История русской этнографии. М.: Наука, 1966.
- Токарев С. А. Истоки этнографической науки. М.: Наука, 1978.
- Токарев С. А. История зарубежной этнографии. М.: Высшая школа, 1978.
- Токарев С.А. Этнография народов СССР. Исторические основы быта и культуры. М.: МГУ 1952
- Бромлей Ю. В. Этнос и этнография. М.: 1973
- Пименов В.В. Основы этнографии: программа дисциплины. М.: МГУ 1988.
- Пименов В.В. Основы этнологии: Учебное пособие Arxivləşdirilib 2010-11-20 at the Wayback Machine. М., МГУ 2007.
- Этнография. Ю.В. Юромлей, Г.Е. Марков. М, МГУ 1982
- Громов Г. Г. Методика этнографических экспедиций. — М. 1966.
- Тишков В.А. Реквием по этносу: исследования по социально-культурной антропологии . М.: Наука 2003.
- Каракашлы К. Материальная культура азербайджанцев. Баку, 1964.
- Джавадов Г. Народная земледельческая техника Азербайджана, Баку, 1989.
Mənbə
redaktə- Quliyeva N. Etnoqrafiya və etnologiya (dərs vəsaiti). Bakı, 2009.
Xarici keçidlər
redaktə- Российский этнографический музей в Санкт-Петербурге
- Музей этнографии и антропологии им. Петра Великого
- Методы использованные при исследование этнокультуры Arxivləşdirilib 2009-06-20 at the Wayback Machine
- Этно-журнал
- Этнография народов России (Публикации по этнографии)
- Юрий Семёнов "Предмет этнографии (этнологии) и основные составляющие ее научные дисциплины"
- Комиссия этнографии Московского центра Русского географического общества Arxivləşdirilib 2010-11-02 at the Wayback Machine
- Статьи по этнографии
- Этнографические экспедиции
- Этнографический музей
- Музей этнографии в Могилеве Arxivləşdirilib 2010-11-23 at the Wayback Machine