Antropomorfizm - Wikipedia
Antropomorfizm (yun. ανθρωπος insan, μορφή forma) — insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi.
Hələ Ksenofan antropomorfizmdə dinin xüsusiyyətini görmüşdür. Dində antropomorfizmin əhəmiyyətini Feyerbax daha dərin və daha dolğun göstərmişdir. Antropomorfizm animizm, totemizmlə bağlıdır və müasir dinlərin əksəriyyətinə məxsusdur.
Antropomorfizm iudaizmdə
redaktəBaşda Tanax olmaqla yəhudi yazılarında antropomorfizmlərə tez-tez rast gəlinir. Lakin iudaizmin təməl inancı Allahı maddi bir formada təsəvvür etməyin imkansızlığı əsasında qurulmuşdur. Odur ki, iudaizmdə antropomorfizmlərə münasibət onların necə qəbul edilməyindən asılıdır: sadəcə olaraq Allahın insanlaşdırılması kimi antropomorfizm yolverilməzdir; ruhani varlığın obrazlar vasitəsilə estetik qavranılması üçün istifadə olunan antropomorfizm isə məqbul sayılmaqdadır.
Tanaxda Allahın maddi bir obrazla təsvir edildiyinə dair heç bir şəhadət yoxdur. Ümumiyyətlə, "Allahın üzü", "Allahın əlləri", "Allah gördü" kimi antropomirfizmlər sadəcə olaraq ədəbi üsullar kimi qəbul edilir.
Antropomorfizm xristianlıqda
redaktəXristianlıqda antropomorfizmlər ələlxüsus İsa Məsihin məsəllərində işlənmişdir. Bibliya əzəldən var Olanın hədsiz, təsvirolunmaz və dərkedilməz təbiətini birmənalı şəkildə öyrədir. Təsvirolunmaz gerçəklikləri izah etmək üçün müxtəlif məcazlardan, o cümlədən antropomorfizmlərdən də geniş istifadə olunur. Antropomorfizmlərin məqsədi, insanları yaradan və yaşadan Allahın şəxsiyyətsiz, uzaq, soyuq bir mütləq Varlıq deyil, insanın həyatı ilə maraqlanan "yaşayan Allah" olduğunu göstərməkdir. Bibliyanın insanın "Allahın surətində" yarandığını[1] öyrətməsi peyğəmbər, həvari və digər müqəddəs müəlliflərin Allah-Taaladan bəhs edərkən antropomorfizmlərdən istifadə etmələrinə əsas verir.
Allaha "səmavi Atamız" və İsaya "Allahın Oğlu" deyərək, xristianlar sözlə ifadə edilməyən gerçəklikləri antropomorfik obrazlarla ifadə edirlər.
Antropomorfizm islamda
redaktəMüsəlmanlar ənənəvi olaraq Allahın vizual şəkildə təsəvvür edilə bilməyəcəyinə etiqad edirlər. Qurani Kərimdə "Allahın üzü", "Allahın gözləri" kimi bir sıra antropomorfizmlərə rast gəlinir.[2] Bütün bunlar müsəlmanların əksəriyyəti tərəfindən məcazi mənada obrazlı ifadələr kimi qəbul olunur.
Allahı insan keyfiyyətləri ilə təsəvvür edən yeganə müsəlman məzhəbi müşəbbihilər olmuşdur. Müşəbbihilər müsəlmanların ənənəvi dünyagörüşündən fərqli olaraq, Allahı Onun yaratdıqlarına aid sifətlərlə təsəvvür edirdilər. Ortodoksal müsəlmanlar müşəbbihiliyi tənqid edib və Allahın diri, qüdrətli, bilikli və s. olması kimi İlahi sifətlər haqqında danışılanda, bunların heç də insandakı kimi təsəvvür edilə bilməyəcəyini təsdiq ediblər. Bu kimi antropomorfizmlər İlahi kitabda yalnız insanın düşüncəsi səviyyəsində təqdim olunmuşdur. Bunların həqiqi mahiyyəti isə dərkedilməzdir. Başqa sözlə, İslam ənənəçilərinə görə, Allahın diriliyi, biliyi, yaxud qüdrəti insanın analoji keyfiyyətləri ilə eyni deyildir.
İstinadlar
redaktəMənbə
redaktə- Еврейская электронная энциклопедия. "Антропоморфизм". https://eleven.co.il/article/10250
- Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Антропоморфизмы в Библии"
- Андрей Кураев. Сатанизм для интеллигенции. Христианский антропоморфизм http://www.soborpokrova.ru/books/other/index.shtml?satanizm_dlya_intelegencii&chap=11[ölü keçid]
- Антропоморфные описания Бога в Коране Тауфик Ибрагим, Наталья Ефремова http://quran.al-shia.org/ru/lib/ym/1.htm
Xarici keçidlər
redaktəVikipediyada "Müşəbbihilər" məqaləsi
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |