Yunan Dili - Wikipedia
Yunan dili (yun. Ελληνικά — Elliniká) — Yunanıstan və Kiprin rəsmi dili. Yunanıstanda ölkə əhalisinin 99,9%-i, Cənubi Kiprdə isə 82%-i bu dildə danışır. 4000 illik tarixi vardır. Hind-Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir. Müasir dünyada 13 milyondan çox insan yunan dilində danışır.
Yunan dili | |
---|---|
Orijinal adı | Ελληνικά [e̞ˌliniˈka] |
Ölkələr |
Yunanıstan, Kipr icmalar: Abxaziya, Azərbaycan, Avstraliya, Albaniya, Ermənistan, Böyük Britaniya, Almaniya, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Kanada, Rumıniya, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, İsveç |
Rəsmi status |
Yunanıstan, Kipr, Aİ milli azlıqların dili: İtaliya, Albaniya |
Danışanların ümumi sayı | 13 milyondan çox[1] |
Reytinq | 68[2] |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | yunan əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | гре 157 |
ISO 639-1 | el |
ISO 639-2 | gre (B); ell (T) |
ISO 639-3 | ell |
ISO 639-5 | grk |
ABS ASCL | 2201, 22 |
IETF | grk |
Glottolog | gree1276 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Başlıca ləhcələri
redaktəDimotiki / (Δημοτική)
redaktəMüasir yunancadır. Kilsə yazışmaları xaric, müasir dövrdə xalqın istifadə etdiyi ləhcədir.
Kathareuousa / (Καθαρεύουσα)
redaktə1821-ci ildə müstəqilliyini qazandığı dövrdən 1976-cı ilə kimi dövlətin rəsmi dili bu ləhcədə olmuşdur. 19-cu əsrdə Adamantios Koraisin təşəbbüsü ilə bu ləhcə yaradılıb. Yaradılmasında məqsəd müasir yunancanın qədim yunancaya uyğunlaşdırılması və türkcə sözlərdən dili təmizləmək idi. 1976-cı ildə rəsmi dil kimi bu ləhcənin istifadəsi aradan qaldırılır.
Tsakonika / (Τσακώνικα)
redaktəYunancanın Dor ləhcəsinin davamıdır. Yunanıstanın Mora yarımadasında 3000-dən çox insanın ana dilidir.
Pontus ləhcəsi / (Pομέικα; Romika, Ποντιακά; Pondiaka)
redaktəRomeika ləhcəsi də deyilir. 19-cu əsrdən bu ləhcə "Qara Dənizə məxsus" ləhcə olaraq "Pontiaka" adlandırılır. 1923-cü il köçündən sonra Türkiyədən Yunanıstana köçürülənlər, əsasən Şimali Yunanıstanda yaşayanlar, Qara dəniz bölgəsində Trabzon, Rizə və s. illərdə yaşayan rumlar bu ləhcədə danışır.
Kalabriya ləhcəsi / (Κατωιταλικά; Kato italika)
redaktəİtaliyanın Yunanıstana yaxın Apuliya və Kalabriya bölgələrində danışılır. Qədim dövrlərdə buralarda koloniyalar qurmuş yunanlar tərəfindən danışılır.
Yəhudi yunancası
redaktəYevanik (ivritcə: Yevan-Yunan) uzun illər yəhudi yunanlar tərəfindən istifadə olunub. Yazıda ivrit əlifbası ndan istifadə olunub. İndi demək olar ki, bu ləhcədən istifadə edənlər assimilyasiya olunublar. Çox az sayda insan istifadə edir. 1987-ci ildə aparılan araşdırmalara görə 35-i İsraildə olmaqla, dünyada 50 nəfər bu dili bilir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Ethnologue report for language code: ell". 2010-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-28.
- ↑ "Languages by number of speakers" (ingilis). SIL International. 2009. 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-08.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |