Boyuk Sinaqoq Tbilisi - Wikipedia
Böyük sinaqoq, Sefard sinaqoqu və ya Ahalsıx yəhudilərinin sinaqoqu (gürc. ახალციხელების სინაგოგა) – – Tbilisi yəhudi icmasının əsas ibadət məbədidir. Sinaqoq Qədim şəhər rayonunda, Kote Abxazi küç. 45-47 ünvanında, Yerusəlim meydanınn qarşısında yerləşir.
Böyük sinaqoq | |
---|---|
gürc. ახალციხელების სინაგოგა | |
41°41′24″ şm. e. 44°48′26″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Kote Abxazi küç. 45-47, Yerusəlim meydanı |
Aidiyyatı | iudaizm |
Tikilmə tarixi | 1904-1913 |
Hündürlüyü | 14 m |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSinaqoqun adı, onun baniləri olan yəhudilərin gəldiyi Ahalsıx şəhərinin adından götürülmüşdür. İlkin olaraq sinaqoq, həmin rayonda “Muntuaant darbazi” adlı binada yerləşsə də, 1899-cu ildə bina Çar Rusiyası hökumətinin göstərişi ilə dağıdılmışdır.
1903-cü ildə Tiflis yəhudiləri yeni ibadət evinin inşasına icazə verilməsi üçün çara müraciət etmişlər və bir il sonra müsbət cavab alınmışdır. 1904-1913-cü illərdə yeni sinaqoq binası Erməni bazarının yerində (hazırda Kote Abxazi küçəsi) bişmiş kəpicdən istifadə edilməklə tikilmişdir. Memar yeni sinaqoq binasını mavritan-eklektik üslubda inşa etməklə, tağtavanla tamamlamışdır.
XX əsrin 20-ci illərində kimi Tbilisidə daha iki sinaqoq fəaliyyət göstərmi və onlar Antoniya Katolikos küçəsi, 3 və Qiya Abesadze küçəsi 10 ünvanlarında yerləşmişlər. 1923-cü ildən sonra bolşeviklər tərəfindən hər iki sinaqoqun fəaliyyətinə xitam verilmişdir.
Memarlıq xüsusiyyətləri
redaktəSinaqoq binası 24.5 m uzunluq, 15 m en və 14 m hündürlüyə malik olmaqla iki ibadət zalından ibarətdir.[1] Sinaqoqun əsas fasadı böyük Davud ulduzu ilə bəzədilmişdir. Böyük ibadət zalı yalnız Şabbat, böyük bayram və festivallar zamanı istifadə olunur Həmin zal ayrıca qadın qalereyasına malikdir. XX əsrin 40-cı illərində böyük zalın divarları həndəsi naxışlar, Bibliyadan sitatlar və dualarla bəzədilmişdir. Kiçik ibadət zalının divarları isə oxşar, lakin, daha sadə naxışlarla bəzədilmişdir. Kiçik zal, gündəlik ibadət üçün istifadə edilir və qadınlar üçün nəzərdə tutulmuş qalereyaya malik deyildir.
Hazırda Böyük Tbilisi sinaqoqu, şəhərin yəhudi icmasının əsas mərkəzidir. Sinaqoq ətrafında yəhudi mağazaları, təşkilat və evləri yerləşir və illər ərzində burada kiçik yəhudi məhəlləsi formalaşmışdır.
İstinadlar
redaktə- ↑ მ. ქუთათელაძე, „თბილისის ტაძრები“, ტ. I, თბ., 2010 გვ. 528-531
Ədəbiyyat
redaktəParzymies Dorota, «Życie codzienne w Tbilisi», Warszawa 2004, ISBN 83-88938-53-3