Bardo Qevoq - Wikipedia
Bardo (dz. བར་ད།, ing. Bardho[1]) — Butanın Jemqanq dzonqxaqında qevoq.
Qevoq | |
Bardo | |
---|---|
dz. བར་ད། ing. Bardho[1] | |
27°04′22″ şm. e. 90°59′26″ ş. u.HGYO | |
Ölkə | |
Tabesində | 5 çivot |
Dzonqxaq | Jemqanq |
Tarixi və coğrafiyası | |
Sahəsi | 210[2] |
Mərkəzin hündürlüyü | 1770 m |
İqlimi | Subtropik |
Saat qurşağı | UTC+6 , yayda UTC+7 |
Əhalisi | |
Əhalisi | 1997[3][4] nəfər (2005) |
Rəsmi dili | Dzonqxa dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +975-3 |
Coğrafiya
redaktəQevoqun ərazisi Jemqanq dzonqxaqının şərqi və bir qədər mərkəzi hissəsində yerləşir. Qevoq 210 km2-lik bir ərazini əhatə edir. Bu qevoq, Çamqxar çayının (ing. Chamkhar Chu) vadisində, çayın şərq sahillərində yerləşir.[5]
Qevoqun ərazisinə daxil olan yaşayış məntəqələri arasında dəniz səviyyəsindən ən yuxarıda olanın hündürlüyü 1770 metr, ən şağıda olanın hündürlüyü isə 1050 metrdir.[5]
Bardo qevoqu 5 çivoqa – Bardo, Xomşar, Pxulabi, Lanqdorbi və Diqala çivoqlarına bölünür. Qevoqun ərazisində 15 kənd mövcuddur.[6]
Qevoq ərazisinin 75%-i meşəliklərdən ibarətdir.[4]
İqtisadiyyat
redaktəBardo qevoqunun şimalında kultivasiya edilmiş ərazilər tədricən çoxalır. Xomşar, Lanqdurbi və Diqala çivoqlarında torpaqlar daha çox becərilir. Qevoq ərazisinin əksəriyyətini təşkil edən meşəliklərdən iqtisadi səbəblərə görə istifadə edilir.[5]
Qavoq ərazisində 148 hektarlıq bataqlıq ərazi var. Bu ərazidə düyü, qarğıdalı və buğda əkilir. Təxminən 378 hektarlıq ərazidə düyü, qarabaşaq və buğda becərilir. Qevoqun kənd təsərrüfatı üçün ayrılmış ərazisində (təxminən hektar) düyü, qarğıdalı və darı becərilir.[5]
Qevoqda ümumi olaraq 30.97 kilometr uzunluqda olan 10 suvarma sistemi mövcuddur.[4]
Əhali
redaktə2000-ci illərin əvvəllərində qevoqda 279 ailəlik yeddi əsas kənd var idi. Bu dövrdə qevoq əhalisinin sadəcə 53%-i su ilə təmin olunmuşdu. 2010-cu illərdə qevoqda 337 ailə yaşayırdı və onların demək olar ki, hamısı su ilə təmin olunurdu.[4]
2010-cu illərin əvvəllərində qavoqda iki qeyri-formal təhsil mərkəzi və dörd ibtidai məktəb var idi.[4]
2000-ci illərin əvvəllərində tibb xidmətləri sadəcə iki tibbi müəssisə və üç klinika təmin edirdi. 2010-cu illərin əvvəllərində tibb xidmətləri iki ilkin tibbi yardım stansiyası və dörd klinika təmin edirdi.[4]
Qevoqda 14 laxqanq var. Onların 7-i yerli icmalara, qalan 7-i isə özəl qurumlara aiddir.[4]
Əhali cədvəli
redaktəİl | 2005, siyahıyaalma[3][4] |
2008, qeydiyyatdan keçmiş seçicilər[6] |
31.12.2010, qanuni seçicilər [6] |
---|---|---|---|
Əhalinin ümumi sayı | 1997 | 2091 | 2306 |
- Kişilərin sayı | 998 | ||
- Qadınların sayı | 1009 |
Nəqliyyat və rabitə
redaktəDakpaydan Bardoya piyada beş günlük yoldur. Tinqtibi–Pralinq yolundan istifadə edərək Bardoya iki gün ərzində çatmaq olardı. Musson mövsümündə bəzi kəndlərə getmək qeyri-mümkün olur. 2010-cu illərin əvvəllərində qevoqda 6 asma körpü və 2.5 kilometrlik yol var idi.[5]
Qevoqun ərazisinə daxil olan bütün 15 kənddə mobil rabitə imkanı var.[5]
İstinadlar
redaktə- ↑ 1 2 "Data Interoperability Standards" (PDF) (ingilis). Ministry of Information & Communications, Royal Government of Bhutan. 6 yanvar 2007. 2015-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.
- ↑ "Dzongkhag and Geog Health Sector (9th Five Year Plan), p.437-439" (PDF) (ingilis). Ministry of Health & Education, Royal Government of Bhutan. 6 iyul 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.
- ↑ 1 2 "Census data of Gewogs of Bhutan" (ingilis). 2012-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2018.
- ↑ 1 2 3 4 5 6 7 8 "Eleventh Five Year Plan (July 2013-June 2018). Zhemgang Dzongkhag" (PDF) (ingilis). Gross National Happiness Commission, Royal Government of Bhutan. 21 mart 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.
- ↑ 1 2 3 4 5 6 "Dzongkhag and Geog Health Sector (9th Five Year Plan), p.437-439" (PDF) (ingilis). Ministry of Health & Education, Royal Government of Bhutan. 6 iyul 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.
- ↑ 1 2 3 "Chiwogs in Zhemgang" (PDF) (ingilis). Election Commission, Government of Bhutan. 2011. 2 oktyabr 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.
Xarici keçidlər
redaktə- "BARDO GEWOG, NINTH PLAN (2002 - 2007) (9th Five Year Plan)" (PDF) (ingilis). Royal Government of Bhutan. 30 aprel 2005 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.