Berlin - Wikipedia
Berlin (alm. Berlin [bɛɐ̯ˈliːn], ⓘ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir.
Berlin | |
---|---|
Berlin | |
52°31′ şm. e. 13°23′ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Kai Wegner[d] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1244[1] |
İlk məlumat | 1237, 1244 |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 34 ± 1 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +49 30 |
Poçt indeksi | 10115–14199 |
Nəqliyyat kodu | B[7] |
Digər | |
berlin.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır.
Ümumi məlumat
redaktəBerlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar. Bütün dünyadan incəsənət və mədəniyyət sahəsi ilə məşğul olanlar üçün Berlin çox cazibədardır. Berlinin tarixi, gecə həyatı və çoxsaylı arxitektur tikililəri hər yanda məşhurdur.
Təxminən 1200-cü ildən indiki Berlinin ərazisində Köln və Berlin adlanan iki ticarət mərkəzi mövcud idi. Onların şəhər ststusu almalarının dəqiq tarixi məlum deyil. Kölnün şəhər olması ilk dəfə 1237-ci ildə, Berlininki isə 1244-cü ildə qeyd edilmişdir. 1307-ci ildə hər iki şəhər birləşir və ümumi şəhər idarəsini təşkil edir. 1400-cü ildə birləşmiş Berlinin əhalisi 8000 nəfər idi.
Berlin Prussiyanın paytaxtı idi və Almaniya imperiyasının yaranmasından sonra da onun paytaxtı olur.
İkinci dünya müharibəsindən sonra Yalta kofransının qərarına əsasən Berlinin SSRİ-nin zəbt etdiyi ərazidə yerləşməsinə baxmayaraq dörd qalib ölkə arasında dörd sektora bölündü. Sonralar üç sektor birləşərək Qərbi Berlini təşkil edərək ona xüsusi dövlət statusu verildi. Qərbi Berlin vaxtilə AFR ilə sıx əlaqədə olmuşdu. Berlinin sektorları arasında gediş-gəliş ilk vaxtlarda sərbəst olsa da, sonralar Almaniya Demokratik Respublikasının qərarı ilə əhali axınının qarşısını almaq məqəsədilə 13 avqust 1961-ci ildə Berlin divarı tikildi. Soyuq müharibənin rəmzi olan Berlin divarı 1989-cu ilə qədər mövcud olub. Divar dağıdıldıqdan sonra Şərqi və Qərbi Almaniya birləşərək vahid dövləti əmələ gətirir.
Coğrafiya
redaktəİqlim
redaktəBerlin (1991-2020) iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 15,5 | 18,7 | 24,8 | 31,3 | 32,6 | 38,5 | 38,1 | 38,0 | 32,7 | 28,1 | 21,0 | 16,0 | 38,5 |
Maksimum orta, °C | 3,6 | 5,1 | 9,0 | 15,1 | 19,6 | 23,1 | 25,2 | 24,9 | 19,9 | 14,0 | 8,0 | 4,4 | 14,3 |
Orta temperatur, °C | 1,2 | 2,1 | 5,2 | 10,3 | 14,7 | 18,0 | 20,2 | 19,7 | 15,2 | 10,2 | 5,4 | 2,3 | 10,4 |
Minimum orta, °C | −1,4 | −0,8 | 1,4 | 5,2 | 9,3 | 12,8 | 15,1 | 14,7 | 10,9 | 6,6 | 2,7 | −0,1 | 6,4 |
Mütləq minimum, °C | −20,7 | −22,5 | −14,4 | −8,1 | −1,6 | 3,0 | 6,9 | 6,4 | 1,8 | −4,9 | −16 | −20,5 | −22,5 |
Yağıntı norması, mm | 48,0 | 36,0 | 40,0 | 29,0 | 51,0 | 58,0 | 72,0 | 58,0 | 47,0 | 44,0 | 42,0 | 44,0 | 569,0 |
Mənbə: Berlin Wetter und Klima / wetterlabs.de |
Tarixi haqqında
redaktəİlk məskunlaşma
redaktəBerlinin ərazisində ilk insan tayfaları 9 min il əvvəl mövcud olmuşdur. Germanofil nəzəriyyəsinə görə bizim eradan 700 il əvvəlburada qədim German tayfaları məskunlaşıblar. VI–VII əsrlərdə germanlar bu ərazini tərk etdidən sonra burada qərbi slavyan əhalisi meydana gəlib. Ancaq başqa mənbələrə görə Berlin və Polb əyalətlərində slavyanlar indoavropa xalqlarından formalaşıb və həmin torpaqların çevik insanlarından sayılıblar.
Berlin şəhəri Berlin-Köln şəhərlərinin birləşməsindən yaranmışdır. Köln Şpree çayınında yerləşən adada mövcud idi. Onun əks tərəfində isə şərq sahilində Berlin dururdu. 1307-ci ildə hər iki şəhər birləşirlər. Berlin adı almanca Bär-yəni ayı sözündən əmələ gəlmişdir.
1415-ci ildə kürfürst I Fridrix Barndenburq kürfürstlüyünü yaratdı və onu 1440-cı ilə qədər idarə etdi. Bu vaxtdan etibarən Hogenzollerlər sülaləsi 1918-ci ilə qədər, əvvəlcə Brandenburq kürfürstü, sonra isə Prussiya kralı və imperatoru kimi Berlinin idarəsini əllərində saxlaya biliblər.
Berlin şəhərinin əhalisi hakimiyyət dəyişiklərini heç də həmişə alqışlamamışlar. Məsələn 1448-ci ildə İİ Fridrix tərəfindən qəsrin tikilməsinə qarşı şəhərdə həyacanlanma baş verdi. Bu hərəkat uğurla nəticələnmədi. Şəhər əhalisi bir çox iqtisadi və siyasi azadlıqdan məhrum oldu. 1451-ci ildə Berlin Brandenburq markqraflarının, kürfürstlərinin paytaxtına çevrildi və sərbəst ticarət şəhəri statusunu itirdi.
1618–1648-ci illərdə gedən otuz illik müharibə şəhərə ciddi ziyan vurdu. Evlərin üçdə biri uçmuş, əhalinin yarısı məhv olmuşdur. 1640-cı ildə Brandenburqun kürfürstu olan Fridrix Vilhelm şəhərin idarəsini atasından vərəsəliyi ilə əldə etdi. Onun siyasəti imiqrasiyanın stimullaşdırlması və yüksək dərəcədə dini tolerantlılıqla səciyyələnirdi. Hakimiyyətinin ikinci ili o artıq Fridrixsverder, Doroteştadt və Fridrixştadtı yaratmış idi(Ştadt alman dilində orfoqrafiyası "stadt" kimi yazılır ki, mənası "şəhər" deməkdir).
1671-ci ildə Fridrix Vilhelm 50 yəhudi ailəsinə sığınacaq verdi. Potdstam ediktası əsasında o 1685-ci ildə Brandenburqa fransız qubernatorlarını dəvət etdi. Həmin vaxt Berlinə gələn 15000 fransızdan 6000-i Berlində qaldı və orada məskunlaşdılar. 1700-cü ildə şəhər əhalisinin 20 faizini fransızlar təşkil edirdilər və Fransanın bu şəhərə mədəni təsiri böyük idi. Həmçinin şəhərdə Boqem, Polşa, Avstriya və Zaltsburqdan gələn immiqrantlar çox idi.
1701-ci ildə I Fridrixin hökmranlığı ələ alması ilə Berlin Prussiyanın paytaxtına çevrildi. 1790-cı ildə Berlin ərazisində yerləşən Köln, Fridrixsver Doroteştadt və Fridrixştadt şəhərlərin birləşməsi baş verdi.
9 oktyabr 1760-cı ildə general Çernışevin komandanlığı altında ruslara qarşı aparılan yeddi illik müharibədən Berlin məğlubiyyətlə çıxdı. 4500 əsgər əsir düşdü. Ruslar qənimət kimi 143 top, 18000 tüfəng və 2 milyon talerə qədər pul ələ keçirdilər. Rəmzi olaraq rus generalına verilən şəhərin açarı hal-hazırda Sankt Peterburqda yerləşən Kazan kilsəsində saxlanılır. Dörd gün şəhərdə olduqdan sonra xaricdən gələn güclü qoşun xəbərini eşidən general Çernişev qoşunları qış otaqlarına çəkdi.
1806-cı ilin 14 oktyabrında Yena və Auerştadt ətrafında Napoleonun qoşunlarına qarşı döyüşlərdə Prussiya məşlubiyyətə düçar oldu. Bu Prussiya dövlətinin gələciyini müəyyənləşdirən reformaların aparılmasının başlanmasına səbəb oldu. Ölkədə həyat keçirilən reformlar iqtisadiyyata və elmin inkişafına güclü təkan verdi. 1806-cı ilin noyabrında fransız əsgərləri Berlinə daxil oldular. 21 noyabr 1806-cı ildə Napoleon Berlində İngiltərənin mühasirəsini elan etdi. 1813-cü ildə rus əsgərləri Berlini yenidən zəbt etdilər.
1861-ci ildə Berlinə daha bir neçə şəhər, o cümlədən Veddinq, Moabit, Tempelhof, Şöneberq də daxil oldular.
İmperiyanın paytaxtı
redaktə1871-ci ildə Berlin yeni yaradılmış Almaniya imperiyasının paytaxtı oldu.
Birinci dünya müharibəsi qurtardıqdan sonra 1918-ci ildə Berlində Almaniya(Veymar) Respublikası yaradıldı. 1920-ci ildə ətrafdakı şəhərləri özündə cəmləşdirən Böyük Berlinin yaradılması haqqında qərar qəbul edildi. Bundan sonra Berlinin əhalisinin sayı 4 milyona çatdı.
1933-cü ildə hakimiyyətə "nasional sosialistlər" gəldikdən sonra Berlin Üçüncü reyxin paytaxtına çevrildi. 1936-cı ildə Berlində Beynəlxalq olimpiyada oyunları keçirildi. Şpeerin rəhbərliyi altında "Miniilik reyxin" paytaxtı Berlinin yenidən qurulması planı işləndi. Ancaq bu plan İkinci dünya müharibəsi nəticəsində darmadağın edildi.
Berlinin parçalanması və birləşməsi
redaktəİkinci dünya müharibəsi və ondan sonra Berlinin böyük hissəsi bombardmanlar və küçə döyüşləri nəticəsində dağıdılmışdı. Şəhərin Qırmızı ordu tərəfindən tutulmasından sonra və Almaniyanın şərtsiz təslimindən sonra bütün Almaniya kimi Berlində öncə 4 hissəyə bölünərək xarici dövlətlərin idarəsinə verildi. Qərb müttəfiqlərinin (ABŞ, Fransa və İngiltərə) ərazilərində sonra qərbi Berlin təşkil olundu. Sovet hissəsində isə şərqi Berlin fəaliyyət göstərməyə başladı.
Qərb dövlətləri və Sovet ölkəsi arasında yaranan qarşıdurma ona gətirib çıxartmışdı ki, 1948–1949-cu illərdə Qərbi Berlinin blokadası baş verdi. Bunun üçün qərb dövlətləri tərəfindən Berlinə "hava körpüsü" təşkil olundu. Bu qarşıdurma eyni zamanda işğal olunmuş ərazilərdə 1949-cu ildə iki dövlətin yaranmasına səbəb oldu: əvvəlcə AFR sonra ADR.
Qərb və Şərq arasında güclənən konflikt 1961-ci ildə yüksək həddə çatır və bu şəhəri iki hissəsə ayıran Berlin divarının tikilməsi ilə nəticələndi. Vətəndaşların bir ərazidən digərinə keçid xüsusi buraxılış vərəqələrinin köməyi ilə aparılırdı.
Berlin divarı yalnız 1989-cu ildə ADR əhalisinin təzyiqi nəticəsində uçuruldu, bu SSRİ-nin zəifləməsi fonunda baş verirdi. 3 oktyabr 1990-cı ildə ADR AFR-in əsas qanunlarının fəaliyyət göstərdiyi zonaya daxil oldu. Almaniya bundan sonra vahid dövlət olur. 1991-ci ildə Bundestaq Berlinin paytaxt olması haqqında qərar qəbul etdi. 1 sentyabr 1998-ci ildə hökumət və parlament Berlinə köçür.
Berlində 147 dövlətin, o cümlədən Azərbaycanın səfirliyi yerləşir.
Əhalisi
redaktə- Berlinin əhalisi[8]
- 1650–6 500
- 1750–90 000
- 1800–172 000
- 1850–420 000
- 1900–1 890 000
- 1950–3 340 000
- 1987–3 250 000
- 1997–3 425 000
- 2007–3 370 000
Berlin metropoliyasında 3950887 adam yaşayır. Bir kvadrata metrə düşən əhalinin sıxlığı 736-dır. Orta yaş həddi 2004-cü ildə 41,7 idi.
2004-cü ilin dekabrında Berlində 185 ölkədən gəlmiş 450900 xarici vətəndaş yaşayırdı. Bu əhalinin 14%-ni təşkil edir. Bunlardan 36000-i Polşa, 119000-i isə Türkiyə vətəndaşıdır. Türkiyədən sonra Avropada ən böyük türk icması Berlində yerləşir.
Statistik idarənin məlumatına görə Berlinin əhalisinin 60%-i heç bir dini icmaya daxil deyillər. Onlardan 22%-i evangeliya, 9%-i katolik və 6%-i islam dininə itaət eidirlər.
Vətəndaşlığına görə Rezidentlər (31.12.2018)[9] | |
Ölkə | Əhali |
---|---|
Cəmi | 3,748,148 |
Almaniya | 2,999,676 |
Türkiyə | 98,502 |
Polşa | 58,020 |
Suriya | 36,225 |
İtaliya | 30,846 |
Bolqarıstan | 30,282 |
Rusiya | 25,035 |
Rumıniya | 23,291 |
ABŞ | 21,499 |
Fransa | 20,281 |
Serbiya | 19,868 |
Vyetnam | 17,834 |
Böyük Britaniya | 16,210 |
İspaniya | 14,994 |
Yunanıstan | 14,656 |
Xorvatiya | 13,784 |
Ukrayna | 12,686 |
Əfqanıstan | 12,478 |
ÇXR | 12,232 |
Avstriya | 11,926 |
Bosniya və Herseqovina | 11,883 |
Digər Yaxın Şərq və Asiya | 80,604 |
Digər Avropa | 78,613 |
Afrika | 33,362 |
Digər Amerika | 24,696 |
Okeania və Antarktida | 5,326 |
Vətəndaşlığı olmayan | 23,399 |
İqtisadiyyatı
redaktə2006-cı ildə Berlin əyaləti nin Ümumi daxili məhsulu 80,62 milyard Avrodur. Brandenburg əyalətində isə bu rəqəm 49,49 milyard Avrodur. Bu Berlin əyaləti üçün 2,2 faiz artım qeyd edir, amma bunu Almaniyanın ümumi göstəricisi ilə müqayisə edilərsə, Federal Respublikanın inkişafı üç faizdir. Berlin əyalət iqtisadiyyatının 80 faizi xidmət sənayesində var. Xidmət sektoru şəhər üçün ən əhəmiyyətli xidmətlərdən biridir, çünki əhalinin 41 faizi (591.000 işləyənlər) bu sektorda çalışır. Berlinin gələcəyi üçün elm, texniki, texnoloji və kompüter kimi sahələrin inkişafı üçün çalışılacaq. Əyalətin o biri Almaniyanın əyalətlərinə görə çox yüksək bir işsizlik sayı var. 2008-ci ilin avqust ayında işsizlik dərəcəsi faizi 13,7 idi. 2007 ilinə nəzərən bu rəqəm 2 faiz düşdü bu amma yenə də Berlin əyaləti üçün çox yüksəkdir.
Berlin ayıları
redaktəQədim zamanlardan Berlində ayılara müsbət münasibət göstərilir. Ayı şəhərin bayraq və gerbindədir. Berlin ayıları həmçinin 5 qitələrində keçirilmiş United Buddy Bears sərgilərinə görə də məhşuluq qazanmışdılar. Lakin söhbət səbir, xalqlar və mədəniyyətlər arasında dostluq və sülh təbliğ edən sərgidən gedir.
Görməli yerləri
redaktə- Berlin zooparkı;
- İmperator Vilhelmin memorial kilsəsi;;
- potsdam meydanı;
- Reyxstaq;
- Brandeburq qapıları;
- Unter den Linden;
- Aleksandr meydanı;
- Berlin soboru;
- Kansler idarəsi;
- Qırmısı sovetlər evi;
- Holoksot qurbanalarına xatirə abidəsi;
- Qələbə sütunu;
- Şarllotenbuqr qəsri;
- Berlin Dövlət konsert zalı;
- Qərbi Kaufhaus univermağı;
- Olimpiya stadionu;
- Şapandau qəsri;.
Şəhərin tanınmış muzeyləri
redaktə- Perqamon;
- Bode muzeyi;
- Eqipet muzeyi;
- Qədim muzey;
- Qədim milli qalereya;
- Yeni milli qalereya;
- Berlin rəsm qalereyası;
- Dalem muzey mərkəzi;
- Yəhudi muzeyi;
- Alman tarix muzeyi;
- Rus-Alman muzeyi;
- Alman texniki muzeyi;
- Təbiətşünaslıq muzeyi;
- Kino muzeyi;
- Qənd muzeyi;
- Etnoqrafiya muzeyi.
- Çekpoyn-Çrli muzeyi.
Hər həftənin dördüncü günləri, saat 16.00–20.00 arasında dövlət muzeylərinə giriş pulsuzdur.
Ali məktəblər
redaktəBerlində 4 universitet və 17 ali məktəb yerləşir.
Berlin universitetləri bunlardır:
- Berlin Texniki Universiteti;
- Müstəqil Berlin Universiteti;
- Berlin Humboldt Universiteti;
- Berlin İncəsənət Universiteti
Berlində təhsil alan tələbələrin ümumi sayı 140 mindir.
Hazırda
redaktəSon zamanlarda Almaniyada çoxlu gənc rəssam yetişib, burada yeni-yeni cərayanlar formalaşır. O cümlədən, Almaniya bir çoxlarını müasir incəsənət ölkələrindən biri kimi özünə cəlb edir. Rəqəmlərin özü hər şeyi deyir: Berlində 3 opera teatrı, 150-dən çox teatr, 175-dən çox muzey və kolleksiya mərkəzi, 300 qalareya, 250-dən çox ictimai kitabxana, 130 kinoteatr və başqa mədəniyyət mərkəzləri fəaliyyət göstərir.[10]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://www.berlin.de/berlin-im-ueberblick/geschichte/die-mittelalterliche-handelsstadt/.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Global LEI index.
- ↑ https://www.destatis.de/DE/ZahlenFakten/LaenderRegionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Aktuell/05Staedte.html.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal). Federal Statistical Office.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). DESTATIS, 2024.
- ↑ http://www.europeanplates.com/information/german-city-codes.html.
- ↑ "Arxivlənmiş surət". 2007-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-01.
- ↑ "Statistischer Bericht: Einwohnerinnen und Einwohner im Land Berlin am 31. Dezember 2018" [Statistical Report: Residents in the state of Berlin on 31 December 2018] (PDF). Amt für Statistik Berlin-Brandenburg (German). 4, 13, 18–22. 23 February 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 February 2019.
- ↑ "Ən məşhur mədəniyyət mərkəzləri. ann.az". 2011-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.