Borisov Seher - Wikipedia
Borisov (rus. Бори́сов, belar. Барысаў) — Belarusun mərkəzi hissəsində, Minsk vilayətində şəhər.
şəhər | |
Borisov | |
---|---|
rus. Бори́сов, belar. Барысаў | |
54°13′27″ şm. e. 28°30′43″ ş. u.HGYO | |
Ölkə | Belarus |
Tabesində | Minsk vilayəti |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1102 |
İlk məlumat | 1127 |
Sahəsi | 45.97 km² |
Mərkəzin hündürlüyü | 169 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 144,945 nəfər (2015[1]) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +375 177 |
Poçt indeksi | 222120 |
Nəqliyyat kodu | 5 |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhalisi 150,5 min (2006) nəfərdir.
Coğrafiyası
redaktəBerezina çayı (Dnepr hövzəsi) sahilində gəmi dayanacağı. Nəqliyyat qovşağı.
Tarixi
redaktəİlk dəfə Polotsk knyazlığının şəhəri kimi 1127-ci ildə qeyd olunmuşdur. Ehtimal ki, Polotsk knyazının oğlu Roqvolod-Boris tərəfindən indiki Staroborisov kəndinin yerində salınmışdır (12–13-cü əsrlərə aid şəhər yeri, ona bitişik olan açıq məskən, kəndlər, kurqan qəbirləri 1892, 1928. 1967–68, 1971-ci illərdə tədqiq olunmuşdur). Borisov 13-cü əsrin sonlarından Böyük Litva knyazlığının tərkibində idi. 13-cü əsrin sonları – 14-cü əsrin əvvəllərində indiki yerinə köçürülmüş, burada yeni qala inşa edilmişdir.
15-ci əsrin 1-ci yarısında ara çəkişmələri nəticəsində, demək olar ki, dağıdılmışdır. 1563-cü ildən starostvo (inzibati vahid) mərkəzi idi. Maqdeburq hüququna malik olmuşdur. Şimal müharibəsi (1700–21) illərində böyük dağıntılara məruz qalmışdır. 1793-cü ildə Reç Pospolitanın ikinci dəfə bölüşdürülməsi zamanı Rusiya İmperiyasının tərkibinə daxil edilmişdir. 1795–1921-ci illərdə Minsk quberniyasının qəzaşəhəri, 1924-cü ildən rayon mərkəzi, 1924– 27-ci illərdə Borisov dairəsinin mərkəzi, 1938-ci ildən Belarusiya SSR Minsk vilayətinin tərkibində olmuşdur.
Sənayesi
redaktəŞəhərdə İdarəçilik və sahibkarlıq intu (1991); 10 kitabxana; diyarşünaslıq, xalq şöhrəti muzeyləri var. Borisov mühüm sənaye mərkəzidir. Maşınqayırma (aviasiya sənayesi üçün avtomatik idarəetmə sistemləri, turbokompressorlar, avtotraktorlar üçün elektrik avadanlığı və s., dəmiryolları, hərbi texnikanın təmiri), ağac emalı, yüngül (tikiş, trikotaj məmulatları və s.) və yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir. Məişət kimyası malları, tibbi preparatlar, kağız, büllurdan məmulatlar və s. istehsal olunur.[2]
Qalereya
redaktə-
Revolutsii prospekti
-
BATE futbol stadionu
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Численность населения на 1 января 2015 г. и среднегодовая численность населения за 2014 год по Республике Беларусь в разрезе областей, районов, городов, поселков городского типа" [Population as of 1 January 2015 and 2014 year-average population in regions, raions, towns of Republic of Belarus] (Russian). 2015-05-15 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 307–308. ISBN 978-9952-441-03-1.