Bosniya Ve Herseqovinada Neqliyyat - Wikipedia
Bosniya və Herseqovinada nəqliyyat özündə avtomobil, hava, dəmir yol və çay nəqliyyatını özündə birləşdirir.
Avtomagistrallar
redaktə2006-cı il məlumatına görə məlumatlar:
- Yolların uzunluğu: 21846 km
Beynəlxalq xətlər
redaktə- E65 Avropa xətti
- E73 Avropa xətti
- E661 Avropa xətti
- E761 Avropa xətti
- E762 Avropa xətti
Dövlət şoseləri
redaktə- Şose 1
- Şose 1–8
- Şose 5
- Şose 6
- Şose 6–1
- Şose 14
- Şose 14–1
- Şose 14–2
- Şose 15
- Şose 16
- Şose 16–2
- Şose M17
- Şose 18
- Şose 19
- Şose 19–2
- Şose 19–4
- Şose 20
Avtobus faşımaları
redaktəBosniya və Herseqovinada hər şəhərində avtodaşıma və maşrut xətləri vardır. Şəhərlər arasında ən böyük park Sarayevoda yerləşir. Avtoparın hətta veb-sayta sahibdir[1]. Bosniya və Herseqovinada beynəlxalq sərnişin daşımaları Eurolines[2] şirkəti tərəfindən daşınır. Buradan Xorvatiya, Almaniya, Avstriya, Avstriya, Niderland, Monteneqro, Belçika, Danimarka, İsveçrə və Serbiyaya reyslər təşkil edilir. Yolların keyfiyyətsizliyi səbəbindən yola yalnız bir avtobus buraxılır. Təkcə Serbiya səfər 8 saat çəkir[3].
Dəmir yolları
redaktə2006-cı il məlumatına görə ölkədə dəmir yollarının uzunluğu 1032 km təşkil edir. Bunun 792 km elektrikləşfirilmişdir.
Əsas dəmir yolları:
- Tuzla – Dobot – Banya-Luka – Novi-Qrad – Bixaç – Xorvatiya sərhəddinə qədər
- Şamas (Xorvatiya sərhəddindən) – Doboy – Sarayevo – Mostar – Xorvatiya sərhəddinə qədər
Su nəqliyyatı
redaktəÖlkədə naviqasiyaya yararlı yeganə çay Sava çayıdır. O isə ancaq müəyyən sahələrdə gəmiçiliyə yararlıdır. Ölkədə yerləşən ən iri çay limanları:Qradişka, Brod, Şamas, Brçko və Oraşe. Ölkədə Ticarət gəmiləri yoxdur.
Avia əlaqə
redaktəÖlkə ərazisində ümumilikdə 25 hava limanı (2008 il) vardır:
- 7 süni uçuş-eniş zolağına sahibdir.
- 4 hava limanı 2438 – 3047 m uçuş-eniş zolağına sahibdir
- 1 hava limanı 1524 – 2437 m uçuş-eniş zolağına sahibdir
- 2 hava limanı 914 metrdən az olan uçuş-eniş zolağına sahibdir
- 18 hava limanı süni örtüyə sahib deyil.
- 1 hava limanı 1524 – 2437 m uçuş-eniş zolağına sahibdir
- 7 hava limanı 914 – 1523 m uçuş-eniş zolağına sahibdir
- 10 hava limanı 914 metrdən az olan uçuş-eniş zolağına sahibdir
İri hava limanı: Banya-Luka, Mostar, Sarayevo. Üstəlik burada beş helikopter eniş-uçuş meydançası vardır.
Boru nəqliyyatı
redaktə1992-ci il məlimatına görə ölkədə qaz xəttinin uzunluğu 90 km, neft kəmərlərinin uzunluğu isə 174 km təşkil edir.
İstinadlar
redaktə- ↑ "Sarajevo Main Bus Station". autobusni-kolodvor.com. 2018-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-15.
- ↑ "Eurolines Bosnia & Herzegovina". Eurolines.ba. 2018-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-15.
- ↑ "Travel Balkans". Tripsget.com. 2016-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-15.
Mənbə
redaktə- Bosnian shuttle bus service (ing.)