Burbonlar Sarayi - Wikipedia
Burbonlar sarayı (fr. Le palais Bourbon)— Fransanın Parisdəki Milli Assambleyanın yerləşdiyi bina.
Burbonlara sarayı
Le palais Bourbon | |
Ölkə | Fransa |
Şəhər | Paris |
İnşası | 1722—1728 illər |
Burbonlara sarayı Vikianbarda |
Tarixi
redaktəRazılıq körpüsünün qarşısında yerləşmiş Burbonlar sarayının fasadı Maden kilsəsinə və Razılıq meydanına baxır.Hazırda Milli Assambleyanın yerləşdiyi binada dörd arxitektorun dəsti xətti görünür:Cardinni 1722-ci ildə binanın tikintisinə başlamış, Lassürans işi davam etdirmiş, Ober və Qabriel onu 1728-ci ildə başa çatdırmışlar. Bina əsasən Burbonlar hersoqu XIV Lüdovikin qızı üçün tikilmişdir. Hersoqun qızı hətta binaya öz adını vermişdir. 1764-cü ildə həyəti daha da genişləndirilmiş vəziyyətdə və indiki görünüşdə şahzadə Kondenin şəxsi mülkünə çevrilmişdir.Binanın fasadını Napoleonun tapşırığı ilə arxitektor Puaye 1803-1807-ci ildə tikmişdir.Fasad nəhəng və hündür sütunlarla bəzədilmişdir.Onun girəcəyinin hər iki tərəfində Pryutun, Syüllinin, Kolberin və Aqessonun möhtəşəm heykəlləri qoyulmuşdur.Daxili incəsənət əsərləri ilə bəzədilmişdir.Romantizm dövrünün tanınmış rəssamı, Viktor Hüqonun yaxın dostu Delekrua 1838-1845-ci illərdə saray kitabxanasını "Sivilizasiya tarixi" mövzusunda çəkdiyi əsərlə daha da gözəlləşdirmiş, Qüdonun yaratdığı Didro və Volterin büstləri kitabxanaya qoyulmuşdur.Lil, Universitet, Varen və Qrenel küçələri məhəllənin tarixiliyini özlərində əks etdirmişlər.
Lil küçəsindəki Fəxri Legion sarayı 1787-ci ildə knyaz Salm üçün tikilmişdir.1871-ci ildə Kommuna dövründə bina tamamilə yandırılmışdır.Yalnız yeddi ildən sonra binanın əvvəlki görünüşünü bərpa etmək mümkün olmuşdur.Binada Fəxri Legion ordeni və digər Avropa ordenlərinin tarixinə dair sənədlər qorunub saxlanmaqdadır.[1]
Qalereya
redaktə-
Senanın digər sahilindən Burbon sarayı
-
1806-08-ci illərdə Napoleon Bonaparte tərəfindən Palais Bourbon'a əlavə edilən klassik portika
-
Milli Məclis iclası zamanı
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Джованна Мажди. «Весь Париж» (2002)