Dunyamin Xelilov - Wikipedia
Dünyamin Zakir oğlu Xəlilov (11 dekabr 1961, Tbilisi) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.[1]
Dünyamin Xəlilov | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 111 saylı Zaqatala-Balakən |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Kamilə Əliyeva |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 dekabr 1961 (63 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, ictimai xadim, deputat |
Həyatı
redaktəDünyamın Xəlilov 11 dekabr 1961-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O, Azərbaycan Neft və Kimya İnstitutunun elektromexanika fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirmişdir.
Dünyamın Xəlilov 1984-cü ildən "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyində mühəndis, mühəndis-sazlayıcı, "Şelfqazavtomatika" İdarəsində mühəndis-sazlayıcı, mühəndis-dispetçer, 1991-ci ildən "İntexsentr" mərkəzində şöbə rəisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının "Damla" təşkilatında sərəncamçı menecer, direktor müavini işləmişdir.
Dünyamın Xəilov 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Vneşekspertservis" şirkətində şöbə rəisi, direktor müavini, 1994-cü ildən "Avant" Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri, 1997-ci ildən "Nurimpeks" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 1998-ci ildən "Vneşekspertservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə "General Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru olmuşdur.
Rus, gürcü və ingilis dillərini bilir.
Evlidir, 1 övladı var
Siyasi fəaliyyəti
redaktəAzərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı seçilmişdir. O, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Latviya, Azərbaycan-Mərakeş, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.