Deniz - Wikipedia
Dəniz — Sualtı dağlar, okean cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi
Haqqında
redaktəDənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır.[1] Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb:
- Daxili dənizlər
- Kənar dənizlər
- Adalar arası dənizlər
Dəniz suyu
redaktəDəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır. Dəniz suyunda duz dedikdə tərkibindəki minerallar nəzərdə tutulur. Dəniz duzunun əsasını xloridlər təşkil edir. Duzluluq temperaturdan, illik yağıntıdan, okean cərəyanlarından, ərazinin relyefindən, flora və faunadan, buxarlanmadan və günəşin düşmə bucağından asılıdır. Ekvatorial enliklərdə yağıntı çox olsa da temperatur yüksək olduğundan buxarlanma yüksəkdir. Ekvatorial enliklərdə suyun orta duzluluğu 34–35‰-dir. Rropik enkilərdə buxarlanmanın və temperaturun çox olması, eyni zamanda yağıntının az olması səbəbi ilə duzluluq daha çox- 36–37‰-dir. Trepik enliklərdə yerləşən qırmızı dəniz ən duzlu dənizdir(42‰).
Dənizin reqressiyası
redaktəDənizin reqressiyası (regressio-geriyə hərəkət) - dənizin qurudan çəkilməsi. Qurunun qalxması, bəzən dünya okeanında suyun azalması (məsələn, qitə buzlaşması epoxalarında) nəticəsində baş verir. Qapalı hövzələrdə iqlim şəraitinin dəyişməsi (quraqlıq) təsiri altında suyun həcminin azalması ilə bağlıdır. Dənizin geri çəkilməsi nəticəsində əmələ gələn çöküntülərin kəsilişi aşağıdan yuxarıya doğru nisbətən dərin su çöküntü süxurların dayaz su süxurları ilə, məsələn, gillərin qumlarla, sonuncuların isə konqlomeratlarla əvəz olunması ilə səciyyələnir. Dənizin reqressiyası, adətən, kiçik irəliləmə və çəkilmələrin, sonuncunun üstünlüyü şəraitində baş verən proseslər sırasından ibarətdir.
İstinadlar
redaktə- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
Mənbə
redaktəGeologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.