Ekosistem - Wikipedia
Ekosistem (yunanca. "oikos" – ev, yaşayış yeri + "systema" – birlik) – bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistem.
Ekosistem anlayışı
redaktəTermin 1935-ci ildə A.Tensli tərəfindən təklif olunmuşdur. Bu məfhum müxtəlif ölçülü və mürəkkəbliyə malik obyektlərə şamil edilir; məs.: su hövzəsi və gölün ekologiyasını ayırmaq olar, amma onun özünü də sahilyanı bitki örtüyünün, yaxud dib sahəsinin ekologiyasına bölmək olar və s. Adətən ekosistem dedikdə mühitin canlı və cansız elementlərinin birliyi nəzərdə tutulur. Bunların qarşılıqlı təsiri nəticəsində maddələrin biogen dövriyyəsi baş verir. Ekosistem terminini həmçinin süni ekosistemlərə də şamil etmək olar (park, bağ, tarla və s.). Ekosistem davamlı, uzun, yaxud qısaömürlü ola bilər. Mürəkkəblik dərəcəsindən asılı olmayaraq hər bir ekosistem müəyyən növ tərkibi, ona daxil olan növlərin sayı, biokütləsi, qida əlaqəsi, produsentliyin və redusentliyin dərəcəsi ilə xarakterizə olunur. Ekosistemin sərhədləri az-çox aydın, orada gedən proseslərin xarakterinə görə avtonom xarakter daşıya bilər. Ekosistemin öyrənilməsi təbii sərvətlərdən səmərəli istifadə etmək, təbiəti qorumaq nöqteyi-nəzərincə müasir dövrün ən aktual problemlərindəndir.
Bəzən "Ekosistem" anlayışının sinonimi "Biogeosenoz" anlayışı da işlənir. 1944-cü ildə Vladimir Nikolayeviç Sukaçov bu hadisəni meşədə tapdığı üçün "Biogeosenoz" anlayışını elmə daxil etmişdir.
Ədəbiyyat
redaktə- Розенберг Г. С., Мозговой Д. П., Гелашвили Д. Б. Экология. Элементы теоретических конструкций современной экологии.. — Самара: СамНЦ РАН, 1999. — 397 с.
- М. Бигон, Дж. Харпер, К. Таунсенд Экология. Особи, популяции и сообщества в 2 т.. — Москва: Мир, 1989.