Ermenistan Etirazlari 2023 - Wikipedia
2023-cü il Ermənistan etirazları — 19 sentyabr 2023-cü ildə Azərbaycanın qələbəsi, DQR Müdafiə Ordusunun ləğvi və DQR ilə Azərbaycan arasında yenidən inteqrasiya danışıqlarının başlaması ilə nəticələnən Qarabağda toqquşmalardan sonra Ermənistanda baş tutan bir sıra etirazlar.
Ermənistan etirazları | |
---|---|
Tarix | sentyabr 2023 |
Yeri | |
Səbəbi | Qarabağda döyüşlər |
Etirazlar
redaktə19 sentyabrda yüzlərlə etirazçı paytaxt İrəvanda hökumət binaları qarşısında mitinq keçirmiş, baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı yumşaq davrandığını və Dağlıq Qarabağ mövzusunda zəif olduğunu irəli sürmüşdülər. Həmçinin, Paşinyan dövlət çevrilişi və vəzifəsindən uzaqlaşdırılması haqqında çağırışları qınamışdır. O, qeyd etmişdir ki, "biz müəyyən şəxslərin, müəyyən qüvvələrin Ermənistan dövlətinə zərbə vurmasına imkan verməməliyik".[1] Etirazçılar polis kordonu ilə qarşılanmış və Hökumət evinə basqın etmək istəyən polislə toqquşmuşdular.[2] Etirazçılar ilə polis bir-birlərinə şüşə butulkaları və səs-küylü qumbaraları atmış, binanın bir neçə pəncərəsi sındırılmışdır.[3] Etirazçılar həmçinin Rusiya səfirliyini mühasirəyə alaraq Rusiyanın münaqişəyə müdaxilə etməkdən imtina etməsini tənqid etmişdilər.[4] İştirakçılar arasında 17 sentyabr 2023-cü ildə İrəvan Şəhər Şurasına keçirilən seçkilər zamanı seçilmiş nümayəndələr də var idi.[5] Rusiya səfirliyinin təhlükəsizliyinin təmin olunmaması və onun fəaliyyətinə təsir göstərməsindən şikayət etdikdən sonra Ermənistan polisi səfirliyin ətrafına yığışaraq onu mühasirəyə alınmış və nəticədə etirazçılarla polis arasında toqquşma baş vermişdir.[6] Bu zaman 30-dan çox insanın yaralandığı bildirilir.[7]
20 sentyabrda İrəvanda, Respublika meydanında toplaşanların sayı artmağa başlamışdır. Onlar Paşinyanın devrilməsi və Ermənistanın Birinci Dağlıq Qarabağ müharibəsi zamanı olduğu kimi hərbi müdaxiləsi tələblərini irəli sürmüşdülər.[8][9][10] Polis aksiyanın qanunsuz olduğunu bildirərək etirazçıları saxlamağa başlamışdır.[11] Bəzi etirazçılar Alma-Ata bəyannaməsinin rədd edilməsinə və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına çağırış etmiş, Paşinyan isə bunu rədd edib və bildirmişdir ki, bu tələblər "Ermənistanın müstəqilliyindən imtina etməyə çağırışlardır".[12][13][14] Etirazlar 21 sentyabrda da davam etmişdir.[15] Etiraz aksiyaları zamanı 84 nəfər saxlanılmışdır.[16]
İstinadlar
redaktə- ↑ "Pashinyan slams calls for a 'coup' in Armenia". Al-Ahram. Agence France-Presse. 25 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2023.
- ↑ Mehman, Asif. "Protesters attempt to storm government building in Armenia's Yerevan". Trend News Agency. 19 September 2023. 20 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2023.
- ↑ "Police, Protesters Clash Outside Govt Buildings In Yerevan: TV". Barron's. Agence France Presse. 20 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2023.
- ↑ "Protesters Gather Outside Russian Embassy In Yerevan". Barron's. Agence France Presse. 20 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2023.
- ↑ "Citizens protest in front of Russia's Embassy in Yerevan over situation in Nagorno Karabakh". News.am. 20 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2023.
- ↑ Fornusek, Martin. "Media: Protesters clash with police at Russian embassy in Armenia over Azerbaijan's offensive". The Kyiv Independent. 19 September 2023. 20 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2023.
- ↑ "Russia calls for halt to fighting between Azerbaijan, Nagorno-Karabakh". Aljazeera (ingilis). 2023-09-20. 20 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-20.
- ↑ "Rally kicks off on Republic Square in Yerevan in support of Nagorno Karabakh". news.am. 21 September 2023. 20 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2023.
- ↑ Light, Felix. "Armenian protesters demand Pashinyan ouster after Karabakh surrender". Reuters. 21 September 2023. 21 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2023.
- ↑ "Protests In Yerevan Follow Azerbaijani Attacks As Karabakh Residents Seek Shelter". Radio Free Europe/Radio Liberty. 20 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2023.
- ↑ "The police detain protesters at Republic Square in Yerevan". News.am. 21 September 2023. 20 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2023.
- ↑ "Pashinyan: Calls to abandon the Declaration of Alma-Ata are calls to abandon Armenia's independence". News.am. 21 September 2023. 21 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2023.
- ↑ "Armenia Needs Peace, PM Says After Azerbaijan Retakes Karabakh". U.S. News & World Report. Reuters. 21 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2023.
- ↑ "Angry Armenians demand Pashinyan ouster after Karabakh surrender". Euractiv. 21 September 2023. 21 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2023.
- ↑ "'Our hearts are broken': shock in Yerevan after loss of Karabakh". France 24. 21 September 2023. 22 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2023.
- ↑ "Scores Of Detentions Reported In Yerevan As Protesters Aim To Oust Armenian Prime Minister" (ingilis). RFE/RL. 22 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2023.