Giriş Qeydiyyat Saytda Axtar

2023 - Wikipedia

SexStory.Biz - Erotik Hekayeler
Ucuz Reklam yerləşdir
Gecemiz.Az - N1 Azeri Chat Tanisliq
2023 - Wikipedia - Haqqında Məlumat
Ana Səhifə - 2023

2023 (MMXXIII) — Qriqorian təqviminə görə Bazar günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2023-cü ilidir. III minilliyin və XXI əsrin 23-cü ilidir. 2020-ci illərin 4-cü ilidir.

2023 digər təqvimlərdə
2023
MMXXIII
Bəhai 179 – 180
Benqal 1430
Berber 2973
Myanma 1385
Bizans 7531 – 7532
Buddist 2567
Erməni 1472
ԹՎ ՌՆՀԲ
Efiopiya 2015 – 2016
Hicri 1444 – 1445
Hind
 - Vikram-samvat 2079 – 2080
 - Şaka samvat 1945 – 1946
Holosen təqvimi 12023
Yəhudi 5783 – 5784
İran 1401 – 1402
Qibti 1739 – 1740
Koreya 4356
Tailand günəş 2566
  • b
  • m
  • r

Mündəricat

  • 1 Hadisələr
    • 1.1 Yanvar
    • 1.2 Fevral
  • 2 Proqnozlaşdırılan və planlaşdırılan hadisələr
    • 2.1 Mart
    • 2.2 Aprel
    • 2.3 May
    • 2.4 İyun
    • 2.5 İyul
    • 2.6 Avqust
    • 2.7 Sentyabr
    • 2.8 Oktyabr
    • 2.9 Noyabr
    • 2.10 Dekabr
    • 2.11 Tarixi məlum deyil
  • 3 Doğumlar
  • 4 Vəfatlar
    • 4.1 Yanvar
    • 4.2 Fevral
    • 4.3 Mart
  • 5 Həmçinin bax

Hadisələr

Yanvar

 
XVI Benediktin dəfn mərasimi
 
Braziliya Milli Konqresinə hücum
 
Pokhara təyyarə qəzasından sonra dağıntılar
  • 1 Yanvar
    • Xorvatiya avronu qəbul etdi və Şengen zonasına qoşuldu. Xorvatiya bununla Avrozonanın 20-ci və Şengen zonasının isə 27-ci üzvü olur
    • Luis İnasiu Lula da Silva 39-cu Braziliya Prezidenti olaraq vəzifəyə başladı
  • 3 Yanvar — Bu tarixdən etibarən bir çox ölkələr ölkənin sıfır-COVID siyasətinin yumşaldılması səbəbindən Çindən səyahətə məhdudiyyətlər qoyur
  • 5 Yanvar — Vatikanda Müqəddəs Pyotr meydanında Papa XVI Benediktin dəfn mərasimi keçirildi
  • 8 Yanvar
    • COVID-19 pandemiyası: Çin 2020-ci ilin mart başlayan səyahət məhdudiyyətlərinin sona çatdığını elan etdi və sərhədlərini beynəlxalq ziyarətçilər üçün yenidən açdı
    • Braziliya Milli Konqresinə hücum: Keçmiş Braziliya Prezidenti Jair Bolsonarunun tərəfdarları "Prasa dus Tres Poderes"də (Üç Qüvvət Meydanı) yerləşən Braziliya Milli Konqresi, Ali Federal Məhkəmə və Planaltu Prezident Sarayına hücum etdi
  • 9 Yanvar — Peru etirazları: Perunun Xulyaka şəhərində hökumət əleyhinə aksiyalar zamanı polis etirazçılara atəş açdı, Xulyaka qətliamı törədildi. Nəticədə 18 nəfər öldürüldü və 100-dən çox insan yaralandı
  • 13 — 14 Yanvar — 2023 Çexiya Prezident seçkiləri (I tur)
  • 15 Yanvar — Yeti Airlines şirkətinin 691-ci reysi Nepalın Pokhara şəhəri yaxınlığında qəzaya uğradı. 68 şərnişin və 4 ekipaj üzvü həlak oldu
  • 15 Yanvar — 15 Aprel — Expo 2023 (Buenos-Ayres, Argentina)
  • 16 Yanvar — Ən çox axtarılan italyan mafiya başçısı Matteo Messina Denaro İtaliyanın Palermo şəhərində həbs olundu
  • 17 Yanvar — Vyetnam Prezidenti Nquen Suan Fuk hökumətdəki bir neçə qalmaqal fonunda istefa verdi. 1 gün sonra Vo Thi An Suan müvəqqəti Prezident seçildi
  • 18 Yanvar
    • 2023 Antiqua və Barbuda Ümumi seçkiləri: Antiqua və Barbuda Leyborist Partiyası lideri Qaston Braun 47,06% səs ilə yenidən Baş nazir seçildi
    • Brovarı helikopter qəzası: Ukraynanın Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində ölkənin daxili işlər naziri Denis Monastırski də daxil olmaqla 14 nəfər həlak oldu
  • 20 Yanvar — 2023 Trinidad və Tobaqo Prezident seçkiləri: Kristin Kanqalu Nümayəndələr Palatası tərəfindən 48 səs çoxluğu ilə (68,57%) Prezident seçildi
  • 25 Yanvar — Yeni Zelandiya Baş naziri Casinda Ardern istefa verdi. Leyborist Partiyası lideri Kris Hipkins Baş nazir seçildi
  • 27 Yanvar — Azərbaycanın İrandakı səfirliyinə hücum: Azərbaycanın İranın paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə terror aktı törədildi, hücum edən şəxs silahla mühafizə postunu yardı və səfirlik əməkdaşlarına atəş açdı. Nəticədə 1 nəfər öldü, 2 nəfər yaralandı
  • 27 — 28 Yanvar — 2023 Çexiya Prezident seçkiləri (II tur): Petr Pavel 58,33% səs ilə Prezident seçildi
  • 30 Yanvar — Vəziristan münaqişəsi: Pakistanın Hayber-Paxtunxva əyalətinin Pişəvər şəhərində bir məsciddə bomba hücumu nəticəsində 101 nəfər öldü, 220-dən çox insan yaralandı

Fevral

 
Türkiyə–Suriya zəlzələsi
  • 1 Fevral — ABŞ Federal Ehtiyat Sistemi federal fondların faiz dərəcəsini 0,25 faiz bəndi artırdı
  • 1 — 11 Fevral — 2022 FIFA Klublararası Dünya Çempionatı (Mərakeş)
  • 2 Fevral — ABŞ Federal Ehtiyat Sisteminin federal fondların faiz dərəcəsini artırmasından sonra, Avropa Mərkəzi Bankı və İngiltərə Bankı inflyasiya ilə mübarizə aparmaq üçün hər biri öz faiz dərəcələrini 0,5 faiz bəndi artırdı
  • 5 Fevral — 2023 Kipr Prezident seçkiləri (I tur)
  • 6 Fevral — Türkiyə-Suriya zəlzələsi: Türkiyənin cənubunda Qaziantep ilində baş verən 7,8 maqnituda gücündə zəlzələ ciddi dağıntılara səbəb oldu. Yaxınlıqdakı Kahramanmaraş vilayətində də eyni gündə 7,5 maqnituda gücündə daha bir zəlzələ oldu. Zəlzələdən sonra çoxsaylı afterşoklar baş verdi. Türkiyə və Suriyada 51 mindən çox insan öldü, 122 mindən çox insan yaralandı
  • 12 Fevral — 2023 Kipr Prezident seçkiləri (II tur): Nikos Xristodulides 51,92% səs ilə Prezident seçildi
  • 13 Fevral — 2023 Banqladeş Prezident seçkiləri: Avami Liqası partiyası namizədi Şahabuddin Çuppu rəqibsiz Prezident seçildi
  • 21 Fevral — Rusiya Prezidenti Vladimir Putin Rusiyanın ABŞ ilə nüvə silahlarının azaldılması müqaviləsi olan New START müqaviləsində iştirakını dayandırdığını elan etdi
  • 25 Fevral — 2023 Nigeriya Ümumi seçkiləri

Proqnozlaşdırılan və planlaşdırılan hadisələr

Mart

  • 5 Mart — 2023 Estoniya Parlament seçkiləri

Aprel

  • 2 Aprel — 2023 Finlandiya Parlament seçkiləri
  • 6 Aprel — 2023 Qadın Finalissiması (London, Böyük Britaniya)
  • 30 Aprel — 2023 Paraqvay Ümumi seçkiləri

May

  • 6 May — Böyük Britaniya kralı III Karl və kraliça-konsort Kamillanın paytaxt London şəhərində, Vestminister abbatlığında tacqoyma mərasimi keçiriləcək
  • 7 May — 2023 Tailand Ümumi seçkiləri
  • 9 — 13 May — 2023 Avroviziya Mahnı Müsabiqəsi (Liverpul, Böyük Britaniya)
  • 12 — 28 May — 2023 Buz Xokkeyi Dünya Çempionatı (Finlandiya) (Latviya)
  • 20 May — 11 İyun — 2023 FİFA U-20 Dünya Çempionatı (İndoneziya)

İyun

  • 16 İyun — 16 İyul — 2023 AFK Asiya Kuboku (Qətər)
  • 18 İyun — 2023 Türkiyə Ümumi seçkiləri
  • 21 İyun — 2 İyul — III Avropa Oyunları (Krakov, Polşa)
  • 25 İyun — 2023 Qvatemala Ümumi seçkiləri

İyul

  • 20 İyul — 20 Avqust — 2023 FİFA Qadınlararası Dünya Kuboku (Avstraliya) (Yeni Zelandiya)
  • 23 İyul — 2023 Kamboca Ümumi seçkiləri
  • 28 İyul — 6 Avqust — 2023 Netbol Dünya Kuboku (Keyptaun, CAR)

Avqust

  • 25 Avqust — 10 Sentyabr — 2023 FİBA ​​Basketbol Dünya Kuboku (Flippin) (Yaponiya) (İndoneziya)

Sentyabr

  • 8 Sentyabr — 28 Oktyabr — 2023 Reqbi Dünya Kuboku (Fransa)
  • 23 Sentyabr — 8 Oktyabr — 2022 Asiya Oyunları (Xançjou, Çjetszyan, ÇXR)

Oktyabr

  • 8 Oktyabr — 2023 Lüksemburq Ümumi seçkiləri
  • 14 Oktyabr — 2023 Yeni Zelandiya Ümumi seçkiləri
  • 20 Oktyabr — 5 Noyabr — 2023 Panamerika Oyunları (Santyaqo, Çili)

Noyabr

  • 10 Noyabr — 2 Dekabr — 2023 FİFA U-17 Dünya Kuboku (Peru)
  • 11 Noyabr — 2023 Polşa Parlament seçkiləri

Dekabr

  • 15 Dekabr — 2023 İspaniya Ümumi seçkiləri
  • 20 Dekabr — 2023 KDR Ümumi seçkiləri

Tarixi məlum deyil

  • Aprel
    • 2023 Andorra Parlament seçkiləri
    • Voyacer 2-nin Yerdən ikinci ən uzaq kosmik gəmi olaraq Pioner 10-u keçəcəyi proqnozlaşdırılır
  • Avqust — Afrika Super Liqası
  • Oktyabr
    • 2023 Pakistan Ümumi seçkiləri
    • 2023 Argentina Ümumi seçkiləri
  • Bolqarıstanın Şengen zonasına qoşulması gözlənilir
  • 2023 Yunanıstan Parlament seçkiləri
  • 2023 Zimbabve Ümumi seçkiləri
  • Türkiyənin ilk yerli və milli peyki olan Türksat 6A-nın SpaceX ilə əməkdaşlıq çərçivəsində kosmosa göndərilməsi planlaşdırılır
  • 2023 Liviya Parlament seçkiləri
  • Hindistanın Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olacağı proqnozlaşdırılır
  • 2023 Sudan Ümumi seçkiləri
  • 2023 AFK Asiya Kuboku (Qətər)

Doğumlar

Vəfatlar

Yanvar

  Əsas məqalə: 2023-cü il yanvar ayında vəfat edənlər
 
II Konstantin
 
Cina Lollobricida
  • 2 Yanvar — Ken Blok, amerikalı ralli sürücüsü (d. 1967)
  • 3 Yanvar — Əbdülsəlam əl-Məcali, İordaniya Baş naziri (29-cu) (d. 1925)
  • 4 Yanvar — Rozi Mittermayer, alman xizəkçi, Olimpiya çempionu (d. 1950)
  • 6 Yanvar
    • Canluka Vialli, italyan futbolçu, məşqçi (d. 1964)
    • Dik Savitt, amerikalı tennisçi (d. 1927)
  • 9 Yanvar — Karl Aleksandr Müller, isveçrəli fizik, Fizika üzrə Nobel mükafatı laureatı (d. 1927)
  • 10 Yanvar
    • II Konstantin, Yunanıstan kralı (sonuncu) (d. 1940)
    • Ceff Bek, ingilis gitaraçı (d. 1944)
    • Corc Pell, avstraliyalı kardinal (d. 1941)
  • 11 Yanvar — Murtaza Rəhimov, Başqırdıstan Prezidenti (1-ci) (d. 1934)
  • 12 Yanvar — Burhan Çaçan, türk müğənni (d. 1960)
  • 13 Yanvar — Klas Lestander, isveçli biatlonçu, Olimliya çempionu (d. 1931)
  • 14 Yanvar — İnna Çurikova, rus aktrisa (d. 1943)
  • 15 Yanvar — Vaxtanq Kikabidze, gürcü müğənni, aktyor (d. 1938)
  • 16 Yanvar
    • Vladas Çesünas, litvalı kanoeçi, Olimpiya çempionu (d. 1940)
    • Cina Lollobricida, italyan aktrisa (d. 1927)
  • 17 Yanvar — Lüsil Randon, fransız uzunömürlü (d. 1904)
  • 18 Yanvar — Devid Krosbi, amerikalı musiqiçi (d. 1941)
  • 22 Yanvar
    • Hüseyn Şəhabi, iranlı kinorejissor, ssenarist (d. 1967)
    • Janna Pliyeva, rus bəstəkar, pianoçu (d. 1948)
  • 23 Yanvar — Alvaro Kolom Kabaleros, Qvatemala Prezidenti (47-ci) (d. 1951)
  • 24 Yanvar
    • Balkrişna Bitaldas Doşi, hind memar (d. 1927)
    • Zaza Aleksidze, gürcü alim, dilçi (d. 1935)
  • 30 Yanvar — Bobbi Hall, kanadalı xokkeyçi (d. 1939)

Fevral

  Əsas məqalə: 2023-cü il fevral ayında vəfat edənlər
 
Pərviz Müşərrəf
 
Rakel Uelç
  • 2 Fevral — Jan-Pyer Jabuy, fransız F1 pilotu (d. 1942)
  • 3 Fevral — Pako Raban, ispan-fransız modelyer (d. 1934)
  • 4 Fevral — Şərif İsmayıl, Misir Baş naziri (53-cü) (d. 1955)
  • 5 Fevral — Pərviz Müşərrəf, Pakistan Prezidenti (10-cu) (d. 1943)
  • 6 Fevral — Lübomir Ştrouqal, Çexoslovakiya Baş naziri (19-cu) (d. 1924)
  • 8 Fevral
    • Bert Bakarak, amerikalı bəstəkar (d. 1928)
    • Miroslav Blajeviç, boşnak-xorvat futbolçu, menecer (d. 1935)
    • İvan Silayev, SSRİ Baş naziri (12-ci və sonuncu) (d. 1930)
  • 10 Fevral
    • Hyu Hadson, ingilis kinorejissor (d. 1936)
    • Karlos Saura, ispan kinorejissor (d. 1932)
    • Sergey Tereşenko, Qazaxıstan Baş naziri (1-ci) (d. 1951)
    • AKA, cənubi afrikalı repçi (d. 1988)
  • 13 Fevral — Xose Mariya Xil-Robles, Avropa Parlamenti Prezidenti (8-ci) (d. 1935)
  • 14 Fevral — Şoiçiro Toyoda, yapon iş adamı (d. 1925)
  • 15 Fevral
    • Pol Berq, amerikalı biokimyaçı, Kimya üzrə Nobel mükafatı laureatı (d. 1926)
    • Rakel Uelç, amerikalı aktrisa, model (d. 1940)
  • 17 Fevral — Stella Stivens, amerikalı aktrisa (d. 1938)
  • 18 Fevral — Petr Jekov, bolqar futbolçu (d. 1944)
  • 21 Fevral — Amansio Amaro, ispan futbolçu (d. 1939)
  • 22 Fevral — Əhməd Qurey, Fələstin Milli Administrasiyası Baş Naziri (2-ci) (d. 1937)
  • 23 Fevral — Con Motson, ingilis futbol şərhçisi (d. 1945)
  • 26 Fevral
    • Robert Riçards, amerikalı atlet, Olimpiya çempionu (d. 1926)
    • Ziya Şəngül, türk futbolçu (d. 1944)
  • 27 Fevral — Jerar Latortü, Haiti Baş naziri (12-ci) (d. 1934)

Mart

  Əsas məqalə: 2023-cü il mart ayında vəfat edənlər

Həmçinin bax

  • XXI əsr
  • 2020-ci illər
  • 2023-cü ildə Azərbaycan
Mənbə — "https://az.wikipedia.org/?q=2023&oldid=6914063"
Tanışlıq · Forum · Oyun · Yükləmə · Master · Hekayə
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/56
MobTop.az Statok.net
DMCA.com Protection Status