Faiq Agayev - Wikipedia
Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008).[1][2]
Faiq Ağayev | |
---|---|
Faiq Balağa oğlu Ağayev | |
Ümumi məlumatlar | |
Ləqəbləri | Cənab Qızıl Şlyager, 100% F.A |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1988–hal-hazırda |
Janr | pop musiqi |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Mükafatları |
|
Rəsmi veb-saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFaiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[3].
Yaradıcılığı
redaktəPeşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur.[4] Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır.[5] Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir.
Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır.
1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.
1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 2000-ci ildə buraxılan "Faiq Ağayev – Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…", 2004-cü ildə işıq üzü görən "Tam məxfi" və 2006-cı ildə dərc olunan "Faiq Agayev — Albom Kolleksiyası" albomları müğənninin diskoqrafiyasını davam etdirir.
1998-ci ildə Faiq Ağayev üçgünlük "10 il Sizinlə" solo konsertinə görə "İlin konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatını qazanır.
2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilir.
2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu…") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olur.
2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.
2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilmişdir.
2012-ci ilin 27–30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı "VİDA" solo konsertləri keçib. Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.
2013, 2015, 2018-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.[6] 2019-cu ildə "Eurovision" mahnı müsabiqəsinin canlı yayımında Azərbaycan milli münsif heyətinin xallarını elan etmişdir.[7]
2015-ci ildə AzTV-də yayımlanan lisenziyalı "Səs Azərbaycan" (The Voice Azerbaijan") teleşousunda ustad münsif olmuşdur.[8]
Mükafatları
redaktə- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000[9]
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 17 sentyabr 2008[10]
- "Qızıl Mikrofon" Milli Mükafatı
- "Grand" Milli Mükafatı
- "Humay" Milli Mükafatı
- "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 2023 fevral
Diskoqrafiya
redaktəMahnılar
redaktə- Uşaq kimi (2016)
Albomlar
redaktə- Ola bilməz (1995)
- Səni əvəz eləmir (1996)
- Vəfasızım (1998)
- Minilliyin sonu (2000)
- Tam məxfi / Совершенно секретно (2004)
Kliplər
redaktəTarix | Ad |
---|---|
1996 | Səni Əvəz Eləmir |
Sənə Də Qalmaz | |
1998 | Sən Elə Bilirdin |
Həsrətimsən | |
Yuxu Görmək İstəyirəm | |
1999 | Dəşti |
2000 | Aldatdı Məni |
Kor Ərəbin Mahnısı | |
2002 | Sən Gəlməz Oldun |
2003 | Azərbaycan |
Dahi | |
2003 | İlhama Səs Veririk |
2003 | Ayrılma Məndən |
2004 | Pəncərə |
2005 | Yalan |
2006 | Neyləyim |
2006 | Ömür Bumu |
2006 | Bağışlaram Səni |
Biləydin Kaş | |
2011 | Bal Kimi |
Sevgi Qəfəsdir | |
2012 | Əlvida |
2018 | Gözüm Dəyməsin Sənə |
2020 | Sən Qalibsən! |
2021 | Səni Əvəz Eləmir (Remake) |
2022 | Deyə... |
2022 | Demedim Mi |
2022 | Öyrəşdim... |
2023 | Dönmə Geri (Remake) |
2023 | Dahi (Klassik Versiya) |
2024 | Anaya Məktub / Bəlkə Də ft. PRoMete |
2024 | Azərbaycan (Remake) ft. DJ Khalig |
Filmoqrafiya
redaktə- Qış nağılı I/II (film, 2001/2002)
- Adam ol! (film, 2005) (tammetrajlı bədii film) rol: müğənni Faiq
- "Kəklikotu" filmi[11]
Solo konsertlər
redaktə- 1990 - "Ən Əziz Gün" (16.09.1990)
- 1991 - "Ola Bilməz" (28.09.1991)
- 1992 - "Gəl, Gülüm" (26-27.09.1992)
- 1993 - "Naz Etmə" (23-24.05.1993)
- 1994 -
- 1995 - "120 dəqiqə Sizinlə"
- Gənc Tamaşaçılar Teatrı (19-21.05.1995)
- Respublika Sarayı (29.12.1995)
- 1996 - "Cənab Qızıl Şlyager" (29.12.1996)
- 1997 -
- 1998 - "10 il Sizinlə" (27-29.12.1998)
- 2000 - "Faiq Ağayev 2000" (12.01.2000)
- 2000 - "Ulduzlar Dueti" Soso Pavliaşvili ilə (13.04 2000)
- 2000 - "Əsrin və Minilliyin Son Konserti" (28.12.2000)
- 2001 - "Tam Məxfi" (29.12.2001)
- 2002 - "Faiq Show" with Lee Alex (23-24.11.2002)
- 2002 - "5151" (27-28.12.2002)
- 2004 - "1oo% F.A" (14-15.02.2004)
- 2005 - "F.A Solo" (26-29.05.2005)
- 2006 - "F.A 1/2" (28-29.12.2006)
- 2007 - "FAEtirAF" (09-13.01.2007)
- 2010 - "Sevilməli zamandır" (08.03.2010)
- 2012 - "F.A VIDA" (27-30.12.2012)
- 2016 - "F.A made in Azerbaijan" (29-30.12.2016)
- 2017 - "Bollywood Night" Alişa Çinay ilə (11.11.2017)
- 2019 - "F.A Open Air" (24.08.19)
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). www.anl.az. 14 fevral tarixində arxivləşdirilib.
- ↑ "Фаик Агаев получил должность" (rus). novosti.az. 14 fevral 2020 tarixində arxivləşdirilib.
- ↑ "Фаик Агаев – "Сделанный в Азербайджане"" (rus dili). ru.echo.az. 14 fevral 2020 tarixində arxivləşdirilib.
- ↑ Faiq Ağayev ad günündə məxsusi jest edib Arxivləşdirilib 2020-01-30 at the Wayback Machine — Day.az
- ↑ Народный артист Фаик Агаев собирается вновь побить рекорды Arxivləşdirilib 2020-01-30 at the Wayback Machine — az.sputniknews.ru
- ↑ "Azərbaycanın "Eurovision 2015" münsifləri" (az.). azvision.az. 14 fevral 2020 tarixində arxivləşdirilib.
- ↑ "Azerbaijan: Faiq Agayev Announced as Spokesperson". 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
- ↑ "Faiq Ağayevin tələbəsi "Səs Azərbaycan"ın finalında". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 28 oktyabr 2000. 2017-09-23 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 17 sentyabr 2008. 2019-04-26 tarixində arxivləşdirilib.
- ↑ ""Kəklikotu" filmi artıq TV-də" (az.). big.az. 14 fevral 2020 tarixində arxivləşdirilib.