Fausto Zonaro - Wikipedia
Fausta Zonaro — (d. 18 sentyabr 1854, Padua — ö. 19 iyul, 1929 San-Remo), italyan rəssam.
Fausto Zonaro | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İtaliya krallığı, Padova |
Vəfat tarixi | 19 iyul, 1929 |
Vəfat yeri | İtaliya, San-Remo |
Dəfn yeri | |
Milliyyəti | italyan |
Vətəndaşlığı | İtaliya krallığı, Osmanlı imperiyası |
Fəaliyyəti | rəssam |
Təhsili | Akkademia Cignaroli, Roma Mədəniyyət və İncəsənət Universiteti |
Janr | tarix rəssamlığı |
Stil | şərqşünaslıq[d] |
Hamisi | II Əbdülhəmid |
Təsirlənib | Napaleon Nani |
Mükafatları | Məcidiyyə Nişanı |
Vikianbarda əlaqəli mediafayllar |
II Əbdülhəmidin dövründə saray rəssamı olaraq Osmanlı sarayında çalışmış orientalist bir rəssamdır. Tarix, müharibə, dəniz, mənzərə və portretlə yanaşı xüsusilə "türk rəssamı" olaraq tanınır.[1]
Həyatı
redaktə1895-cü ildə Avstrya imperiyasının bir hissəsi olan Padova şəhərinin Masi bölgəsində dünyaya gəlmişdir. Atası, hörgü ustası olub.[2]
Gəncliyində atasının yanında divar və bina qurulması işlərində çalışmış və məşhurlaşmışdır. 1879-ci ildən etibarən Masi yaxınlarındakı Lendinarada bir texniki məktəbdə 3 il rəsm dərsi aldı. Bu məktəbi bitirdikdən sonra dövrün irəlidə gedən rəsm akademiyalarından olan Akkademia Cignaroliyə qəbul olmuş, məşhur rəssam Napaleon Naninin şagirdi olmuşdur. Hərbi xidmətə görə yarımcıq qoyduğu təhsilini sonra Roma İncəsənət Universitetində bitirdi.
İlk sərgisini İtaliyada açdıqdan sonra Parisə gedərək rəsm sexi qurdu. 1889-cu ildə Paris Salonuna qatıldı. Fausta uğurlarının və istedadının qarşılığında çox az əsər sata bilirdi.[2] Rəsm dərsləri vermək üçün İtaliyaya geri döndü. Sonradan evlənəcəyi Eliza Pante ilə tanış olmasının ardından 1891-ci ildə Elisa Pantenin istəyi səbəbiylə onunla birlikdə İstanbula gəldi.[2] İstanbulda bacarığının qarşılığını tapa bildi.[2]
İstanbulda həyatı
redaktə1892-ci ildə bu şəhərdə evlənən cütlük, Taksim həndəvərində kirayələdikləri evdə yaşamağa başladı.[3] Fausto Zonaro, İstanbuldakı ilk günlərində kiçik çaplı mənzərələr, şəhər yaşamından səhnələri göstərən tablolar çəkdi və bunları sataraq pul qazandı. Qısa müddət sonra xarici səfirliklər tərəfindən himayə edildi və İtalyan səfirliyi işçilərinin həyat yoldaşlarının iştirak etdiyi kurslar təşkil etdi.
Təsrifat naziri Münir Paşanın həyat yoldaşına da rəsm dərsi verən rəssam, Münir Paşa tərəfindən Yıldız sarayına dəvət edildi. Burada Osman Həmdi bəy ilə tanışdı. Zamanla İstanbulda sənətə yaxın çevrələrdə yaxşı tanındı. 1894, 1895 və 1905-ci ildə bu şəhərdə sərgilər açdı.[1] Faustanın II Əbdülhəmidə göstərmə şansı əldə etdiyi suluboya tabloları sultan tərəfindən bəyənildi.
Saray rəssamlığı
redaktəFausta Zonaronun saray rəssamlığına gətirilməsi bəzi qaynaqlara görə 1896-ci ildə, "Ərtoğrul Süvari Alayının Galata körpüsündən keçişi" adlı tablonu saraya təqdim etməsi ilə reallaşmışdır. Əsəri bəyənən sultanın, onu Məcidiyyə Nişanı ilə mükafatlandırdığı və ona "Rəssam-i Həzrət-i Şəhriyar" yəni saray rəssamlığı ünvanı verdiyi qəbul edilir. Amma bəzi mənbələrə görə isə II Əbdülhəmidin şəxsi yavəri olan Cəlal Əsədin məsləhəti ilə saraydan rəsm sifarişləri almış və ardından saray rəssamlığına gətirilmişdir.
1897-ci ildə tamamladığı "Hücum" adlı rəsmin Sultan tərəfindən bəyənilməsi ilə özünə Akaretlər Sıra Evlərində bir ev onun üçün ayrılır.[2] Sənətkarın yaşadığı və içində sexini qurduğu bu ev, bir sənət mərkəzi funksiyası qazandı.[4] Sonrakı illərdə məşhur türk rəssamı kimi tanınacaq Cəlal Əsəd, Xoca Əli Rza, Şahzadə Əbdülməcid, Cəlilə Hikmət və Mehri Müşviq Xanım kimi şəxslər onun sexİndə dərs alıblar.[5]
Fausto, 1901 və 1902-ci illərdə İstanbul Salonu Sərgilərinə ümumi 57 təblo göndərdi.[2] 1905-ci ildə II Əbdülhəmid rəssamdan İstanbulun fəthini təsvir edən tablolar çəkməsini istədi. Fausto bu rəsm əsərləri çox bəyənildi və maaşı artırıldı. Fausto Zonaro saray rəssamı olaraq sənət həyatına davam edərkən həyat yoldaşı Eliza, İstanbul mənzərələrini foroaparatla çəkərək dəyərli bir arxiv yaratmış, ayrıca hərəmxana qadınlarının fotoqraflarını çəkərək sarayın rəsmi portretçisi olmuşdur.[4]
1907-ci ilin sentyabr ayında, II Əbdülhəmidin taxta çıxmasının 31-ci ildönümünə görə və sultan əmri ilə İstanbulda təşkil edilən sərgiyə də qatılan Zonaro, "Gün doğarkən", "Qayıqda", "Otaqlıq", "Ney çalan dərviş", "Ərzihalçılar", "Rüfai dərvişləri", "Şərqlilərin ahəngi" kimi tabloları ilə böyük şöhrət qazandı. İstanbulda yaşadığı dönəmdə tez-tez Avropadakı sərgilərə də qatıldı.[2]
31 mart üsyanından sonra, II Əbdülhəmid devrildi və 1909-cü ildə, saray rəssamlığı vəzifəsi ləğv edildi. Fausto 1910-cu il, 20 martda Osmanlı imperiyasını tərk etmək məcburiyyətində qaldı.
İtaliyadakı yaşamı
redaktəİstanbuldan ayrıldıqdan sonra İtaliyanın San-Remo şəhərinə köçdü və İstanbulu anımsadan şəkillər çəkməyə davam etdi. Ölkəsində artıq məşhur bir insan idi. 1911-ci ildə Romada açdığı sərgini İtaliya kralı III Viktor Emanuel və anası belə gəzdi.1912-ci ildə San-Remoda yenidən sərgi təşkil etdi, bunun ardıyca Nitsa, Monte-Karlo, Rapallo, Genuya, Milan, Komo və Monzada da sərgilər təşkil etdi.
1920-ci ildə həyat yoldaşından ayrıldı və qızıyla yaşamağa başladı.[6]
Qələmə aldığı xatirələri 1924-cü ildə nəşr edilməyə hazır ikən, çap edilmədi və uzun bir dövr ailə arxivində qaldı. Bu kitab 2008-ci ildə, Türkiyədə "Əbdülhəmidin hökmdarlığında 20 il/Fausto Zonaronun xatirələri və əsərləri " adı ilə yayımlandı.[7]
1929-cu ildə, 75 yaşındaykən San-Remoda vəfat etdi.
Yenidən kəşf edilməsi
redaktəFausto uzun bir dövr unudulduqdan sonra tədqiqatçı Rudolfo Falçinin 1993-cü ildə "Le tre stagioni Pittoriche di Fausto Zonaro" (Fausto Zonaronun üç rəsimsəl mövzumu) adlı kitab nəşr etdirməsindən sonra yenidən kəşf edildi.[8] Kitabın ardından 1994-cü ildə San-Remoda Fausto Zonaronun əsərlərindən ibarət yeni bir sərgi təşkil edildi. Bu tarixdən sonra sənət sahəsində gedərək dəyər qazanan Fausto tablolarının saxtaları da yaradılmışdır.
Rəsm əsərləri
redaktə"İngilis səfirinin qızı taxtı-rəvanda" (The Daughter of the English Ambassador Riding in a Palanquin), Fausto Zonaronun 19-cu əsrin sonlarında çəkdiyi əsərdir.
Əsərdə iki nəfərin daşıdığı taxtı-rəvanın üzərində bir qadın və yanında rəsmi geyimdə qorumalar çəkilmişdir, arxada Haliç mənzərəsi görünür. Əsər, Suna və İnan Kiraç Vəqfi kolleksiyasında saxlanılır.
Fausto Zonaro, rus səfiri Aleksandr Nelidovun vasitəsilə Osmanlı sarayına təqdim edilib, 1896-cı ildə saray rəssamlığı vəzifəsinə gətirilənə qədər İstanbulda olan xarici səfirlər və səfirlik çevrələrindən rəsm sifarişləri almışdı.[9] 1893–1898-ci il aralığında Osmanlı dövlətində İngiltərə səfiri olan Ser Filipp Kurrie də müştərilərindən biri idi.[10]
Fausto xatirələrində, Kurrienin sifarişindən sonra Kurrienin ögəy qızını, bir diplomatla evlənmək üçün kilisəyə gedərkən bir taxtı-rəvanın üzərində çəkdiyini yazmışdır. Ser Kurrie, Zonarodan Təpəbaşındakı səfirlik binasının bağçasında görülən Haliç mənzərəsinin tablo arxa planı etməsini istəmişdir. Bu tablo üçün taxtı-rəvan daşıyıcıları, iki səfirlik işçisi və taxtı-rəvandakı gənc qadın bir necə gün poza vermişlər.
Faustonun həyat yoldaşı Eliza tərəfindən yazılan hesablara görə, o bu tabloya görə, 1896-cı ildə, 42.27 lira pul almışdır.[11]
İstinadlar
redaktə- ↑ 1 2 Seyhan Kalaycı, İtalyan gezginlerin resimlerindeki Osmanlı, Akademik Bakış Dergisi, Sayı 30, Mayıs-Haziran 2012[ölü keçid]
- ↑ 1 2 3 4 5 6 7 "Aykut Gürçağlar, Osmanlı sarayının son ressamı Fausto Zonaro, Antik Dekor dergisi, Sayı 60, yıl 2000". 2012-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
- ↑ "Fausto Zonaro, Biyografi.net sitesi, Erişim tarihi:19.07.2012". 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
- ↑ 1 2 İrfan Özfatura, İstanbul aşığı bir İtalyan Zonaro Paşa, Türkiye Gazetesi, 03.03.2008[ölü keçid]
- ↑ Elisa Zonaro'nun hesap defteri, Zaman gazetesi, 01.12.2012
- ↑ "Zeynep Şanlıer, Sarayda bir Oryantalist, Radikal gazetesi, 15.01.2003". 2014-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
- ↑ "Aykut Gürçağlar, Zonoro'nun Peşindeki Adam,Chronicle dergisi". 2012-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
- ↑ Sevinç Özarslan, Abdülhamit'in tahttan indirilişini bir de Zonaro'dan dinleyin, Zaman gazetesi, 04.10.2008[ölü keçid]
- ↑ "Kesişen Dünyalar: Elçiler ve Ressamlar Koleksiyon Sergisi". Tamsanat.net sitesi. 14 Ağustos 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 20 Temmuz 2016.
- ↑ Philip Henry Wodehouse Currie, 1st and last Baron Currie of Hawley". Thepeerage.com sitesi. 18 Nisan 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 20 Temmuz 2016.
- ↑ The Daughter of the English Ambassador Riding in a Palanquin Arxivləşdirilib 2016-10-09 at the Wayback Machine, (İngilizce) Erişim tarihi: 13 Temmuz 2016.