Govher Xanim Qacar - Wikipedia
Gövhər xanım Ağaələkbər qızı İsmayılova -
Gövhər xanım Qacar | |
---|---|
Gövhər xanım Ağaələkbər qızı İsmayılova | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Həyat yoldaşı | Əmir Kazım mirzə Qovanlı-Qacar |
Milliyyəti | Azərbaycan türkü |
Təhsili | Tiflis Nücəba Qızlar İnstitutu[1] |
Həyatı
redaktəTiflis Nücabə qızlar institutunda ali təhsil alan Gövhər xanım Qacar 1905-ci ildə təşkil olunmuş "Zaqafqaziya müsəlman qadın xeyriyyə cəmiyyəti"nin sədri olmuşdur. O, fanatiklərin əlilə öldürülmüş Ağəli Əkbər İsmayılovun qızı, Bəhmən Mirzənin isə gəlini idi. Peterburq qızlar institutu nəzdində xüsusi kurs bitirmiş bu nüfuzlu qadın general əri şahzadə Əmir Kazım mirzə Qovanlı-Qacarla birgə əsrin əvvəllərində müsəlmanların mədəni tədbirlərinin hamısında yaxından iştirak etmişdir. Gövhər xanım Qacar haqqında Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım yazır: "Cəmiyyətin sədri Gövhər xanım Qacar savadlı, işgüzar və bacarıqlı bir qadın idi, çadrasız gəzirdi, əri hərbi qulluqçu idi. Tiflisin yüksək cəmiyyətlərinə gedib-gələr, canişin arvadının ziyafətlərində olardı. Özünün əlaqələri, həmçinin ağlı və nəzakəti ilə o bizim tədbirlərimizin həyata keçirilməsinə kömək edərdi".
Mənbə
redaktəHəmçinin bax
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.