Gozleme Urmiya - Wikipedia
Gozleme Urmiya - Wikipedia - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Gözləmə (az.-əski. گؤزلَمه) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb.
Lazım olan ərzaqlar
redaktə- 3 stəkan süzmə və ya qatıq
- 4 ədəd yumurta
- 4 diş sarımsaq
- Yarım fincan su
- Lazım olan miqdarda kərə yağı və ya sarı yağ
- Lavaş çörəyi
- Duz
Hazırlanma qaydası
redaktəİlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
İstinadlar
redaktə- Suran: Urmiya gözləməsi Arxivləşdirilib 2021-04-11 at the Wayback Machine
- Nəmnak