Gundonumu - Wikipedia
Gundonumu - Wikipedia - Haqqında Məlumat
Yay gündönümü
redaktəGünəşin ekliptikada 22 iyundakı vəziyyətidir. Bu zaman Günəş ekvatordan şimala doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər olur). Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə olur. Yay gündönümdən sonra Günəş illik hərəkətində göy qübbəsi üzrə yenə ekvatora yaxınlaşır, payız gecə-gündüz bərabərliyində isə ona çatır.
Qış gündönümü
redaktəGünəşin ekliptikada 22 dekabr vəziyyətidir. Bu zaman Günəş ekvatordan cənuba doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər olur). Cənub yarımkürəsində ən uzun gündüz və ən qısa gecə olur. Qış gündönümdən sonra Günəş illik hərəkətində göy qübbəsi üzrə yenə ekvatora yaxınlaşır, yaz gecə-gündüz bərabərliyində isə ona çatır.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008