Kurdustan Dairesi - Wikipedia
Kürdüstan dairəsi və ya Kürdüstan mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1930-cu ilin yanvar–avqust aylarında mövcud olmuş inzibati-ərazi vahidi.
Kürdüstan dairəsi | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 25 yanvar 1930 |
Ləğv edilib | 8 avqust 1930 |
|
Tarixi
redaktəKürdüstan dairəsi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Qarabağ dairəsinin tərkibindən ayrılmış müstəqil inzibati vahid kimi yaradılmışdır.[1]
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Kürdüstan dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "İnzibati-ərazi vahidləri" (PDF). Prezident Kitabxanası. 2021-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-25.
- ↑ История государства и права Азербайджанской ССР (1920–1934 гг.). Баку: Элм. 1973. səh. 410–412.