Azerbaycan Ssr Xalq Komissarlari Soveti - Wikipedia
Azərbaycan SSR Xalq Komissarları Soveti — Azərbaycan Sovet Sosialist Respublikasının ali icraedici hakimiyyət orqanı.
Azərbaycan SSR Xalq Komissarları Soveti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan SSR |
Yaradılma tarixi | 28 aprel 1920 |
Əvvəlki qurum | Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası |
Ləğv edilib | 28 mart 1946 |
Sonrakı | Azərbaycan SSR Nazirlər Soveti |
Tabelik | Azərbaycan Sovet Sosialist Respublikası |
Baş qərargah | Bakı şəhəri |
Tərkibi
redaktə1920-ci il aprel ayının 28-də Azərbaycan SSR İnqilab Komitəsi yeni hökumətin — Azərbaycan SSR Xalq Komissarları Sovetinin aşağıdakı tərkibini təsdiq etdi:
- Nəriman Nərimanov — XKŞ-nin sədri və xalq xarici işlər komissarı;
- Çingiz İldırım — xalq hərbi-dəniz işləri komissarı;
- Möhsün İsrafilbəyov — xalq hərbi-dəniz işləri kommisarlığı siyasi idarəsinin rəisi.
- Həmid Sultanov — xalq daxili işlər komissarı;
- Əliheydər Qarayev — xalq əmək və ədliyyə komissarı;
- Qəzənfər Musabəyov — xalq kənd təsərrüfatı, ticarət, sənaye və ərzaq komissarı;
- Mirzə Davud Hüseynov — xalq maliyyə komissarı;
- Nəsir Tağıyev - xalq maliyyə komissarının müavini;
- Səməd ağa Ağamalıoğlu — xalq əkinçilik komissarı;
- Dadaş Bünyadzadə — xalq torpaq və xalq fəhlə-kəndli müfəttişliyi komissarı;
- Cəmil bəy Vəzirov — xalq poçt, teleqraf və yollar komissarı;
- Abid Alimov — xalq səhiyyə və himayə komissarı;
- Ağahüseyn Kazımov - xalq səhiyyə və himayədarlıq komissarının müavini.
Bu, Azərbaycanın sovet hökumətinin ilk kabineti idi. 1920-ci ilin avqustunda isə Kiçik Xalq Komissarları Soveti yaradıldı. Onun əsas vəzifəsi Azərbaycan SSR İnqilab Komitəsinin səlahiyyətinə aid olan məsələləri ətraflı müzakirə etmək və hazırlamaq idi. Xalq komissarlarının hamısı, Xalq Təsərrüfatı şurasının və Fövqəladə Komissiyasının, Hərbi İnqilabi Səhra Tribunalının nümayəndələri Kiçik Xalq Komissarları Sovetinin üzvü idilər.
1 may 1920-ci il tarixində müstəqil xalq kənd təsərrüfatı komissarlığı yaradıldı və bu vəzifə Səməd ağa Ağamalıoğluna tapşırıldı. Həmçinin Xalq Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Ərzaq Komissarlığının bazasında Xalq Neft Sənayesi və Dəniz Donanması Komissarlığı və Xalq Ərzaq Komissarlığı təsis edildi. 5 may 1920-ci ildə Qəzənfər Musabəyov xalq ərzaq komissarı təyin edildi.
İyun-iyul aylarında Nəriman Nərimanov xalq xarici işlər komissarı vəzifəsindən ayrıldı, bu vəzifə o tarixədək xalq maliyyə komissarı olmuş Mirzə Davud Hüseynova tapşırıldı. Xalq maliyyə komisarının müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı təyin edildi. Həmçinin xalq səhiyyə və himayədarlıq komissarı Abid Alimovu vəzifəsində müavini Ağahüseyn Kazımov əvəz etdi.
12 iyun 1920-ci il tarixində o tarixədək xalq əmək və ədliyyə komissarı vəzifəsini tutmuş Əliheydər Qarayev xalq hərbi-dəniz işləri komissarının vəzifələrini icra edən olaraq təyin edildi. 21 iyun tarixində o komisaar vəzifəsinə təyin edildi və bu vəzifəni 1 fevral 1923-cü ilədək daşıdı. Sabiq xalq hərbi-dəniz işləri komissarı Çingiz İldırım isə Azərbaycan SSR Avtonəqliyyət İdarəsinin rəisi vəzifəsinə təyin edildi. Xalq əmək və ədliyyə komissarı vəzifəsinə isə Behbud ağa Şahtaxtinski təyin edildi.
10 noyabr 1920-ci il tarixində XKŞ-nin Nəriman Nərimanov rəhbərliyində keçirilmiş iclasında Xalq Əmək və Ədliyyə Komissarlığının bazasında Xalq Ədliyyə Komissarlığı, Xalq Əmək Komissarlığı və Xalq Sosial Təminat Komissarlığının yaradılması qərara alındı. Seyidcəfər Yaqubov xalq əmək, Möhsün Qədirli isə xalq sosial təminat komissarı vəzifəsinə təyinat aldı.
27 noyabr 1920-ci ildə çevrilmə və birləşmə yolu ilə Xalq Xarici Ticarət Komissarlığı təsis edildi və Teymur Əliyev komissar vəzifəsinə təyinat aldı.
6 may 1921-ci ildə işə başlayan Birinci Ümumazərbaycan Sovetlər qurultayında Xalq Komissarları Şurasının tərkibi aşağıdakı kimi qərarlaşdırıldı:
- Xalq Xarici İşlər Komissarlığı
- Xalq Hərbi-Dəniz İşləri Komissarlığı
- Xalq Daxili İşlər Komissarlığı
- Xalq Ədliyyə Komissarlığı
- Xalq Əmək Komissarlığı
- Xalq Sosial Təminat Komissarlığı
- Xalq Maarifi Komissarlığı
- Xalq Poçt və Teleqraf Komissarlığı
- Xalq Maliyyə Komissarlığı
- Xalq Rabitə Yolları Komissarlığı
- Xalq Xarici Ticarət Komissarlığı
- Xalq Ərzaq Komissarlığı
- Xalq Səhiyyə Komissarlığı
- Neft Komissarlığı
- Xalq Təsərrüfatı Şurası
- Xalq Torpaq Komissarlığı
- Xalq Fəhlə və Kəndli Müfəttişliyi Komissarlığı
Xalq Komissarları Şurası bundan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Ümumazərbaycan Sovetlər Qurultayları qarşısında cavabdehlik daşıyırdı.
21 may 1921-ci il tarixində yeni tərkibdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sessiyası keçirildi və sessiyada Xalq Komissarları Şurasının tərkibi təsdiqləndi.
- Nəriman Nərimanov — Xalq Komissarları Şurasının sədri;
- Mirzə Davud Hüseynov — xalq xarici işlər komissarı və Ali İqtisadi Şuranın sədri;
- Əliheydər Qarayev — xalq hərbi-dəniz işləri kommisarı.
- Həmid Sultanov — xalq daxili işlər komissarı;
- Sultanməcid Əfəndiyev - xalq kənd təsərrüfatı komissarı;
- Dadaş Bünyadzadə — Xalq Komissarları Şurasının sədr müavini və xalq maarifi komissarı;
- Möhsün Qədirli — xalq sosial təminat komissarı;
- Ağahüseyn Kazımov — xalq səhiyyə komissarı;
- Behbud ağa Şahtaxtinski - xalq fəhlə və kəndli müfəttişliyi komissarı;
- Çvanov - xalq ədliyyə komissarı;
- Levon Mirzoyan - xalq əmək komissarı;
- Böyükağa Talıblı - Xalq Təsərrüfatı Şurasının sədri;
- Nəsir Tağıyev — xalq maliyyə komissarı;
- Cəmil bəy Vəzirov — xalq poçt və teleqraf komissarı;
- Aleksandr Serebrovski — neftekomun sədri;
- Mir Cəfər Bağırov - Azərbaycan Fövqəladə Komissiyasının sədri.
28 noyabr 1921-ci ildə Möhsün Qədirli xalq səhiyyə komissarı vəzifəsinə təyin edildi, o tarixədəkki komissar Ağahüseyn Kazımov isə onun müavini oldu. Möhsün Qədirli 21 yanvar 1935-ci ilədək bu vəzifəni tutdu.
1927-ci ildə Xalq Komissarları Soveti tərkibində Mərkəzi Statistika İdarəsi təsis edildi.
Sədrlər
redaktə№ | şəkil | Adı və soyadı | Səlahiyyət müddəti |
---|---|---|---|
1 | |||
2 | |||
3 | |||
4 | |||
5 | |||
6 |
Mənbə
redaktə- Исмаилов Эльдар. Очерки по истории Азербайджана. -М. 2010
- Искендеров М.С. Из истории борьбы коммунистической партии Азербайджана за победу Советской власти. -Баку. 1958
- История Азербайджана. Том 3, часть 1. Под. ред. ак. И.А.Гусейнова, М.А.Дадашзаде, А.С.Сумбатзаде и др. - Баку. 1963
- Катибли М. Чингиз Ильдрым. -Баку. 1964
- Нариман Нариманов. Избранные произведения. Том 2. 1918-1921. -Баку. 1989
- Азербайджанский Совет народного хозяйства. Отчет о деятельности за 1920 г. -Баку.
- Конституция Азербайджанской Социалистической Советской Республики. - Баку. 1921