Kerki - Wikipedia
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biri. Kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Kərki | |
---|---|
39°47′08″ şm. e. 44°56′37″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Sədərək rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəOykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.[1]
Tarixi
redaktəKərki kəndi 1990-ci il yanvarın 19-da ermənilər tərəfindən işğal edilib. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb.
1990–1993-cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşdü. 12–14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Arpaçayın sahilində, düzənlik ərazidə yerləşir. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.
Əhalisi
redaktəKəndin azərbaycanlı əhalisi 986 nəfərdir (2019-cu il).[3] İşğaldan sonra bura ermənilər köçərək azərbaycanlıların evlərini zəbt ediblər. 2011-ci ildə kənddə 151 erməni yaşayırdı.
İstinadlar
redaktə- ↑ Kərki // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ "Sədərək döyüşləri". 2012-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-01.10.2020. https://www.stat.gov.az/source/demoqraphy/ Arxivləşdirilib 2019-10-19 at the Wayback Machine
Həmçinin bax
redaktə Sədərək rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |