Klokot - Wikipedia
Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır.
Qəsəbə və bələdiyyə | |
Klokot | |
---|---|
serb. Клокот/Klokot alb. Kllokot ya da Kllokoti | |
42°22′07″ şm. e. 21°22′30″ ş. u.HGYO | |
Ölkə | Kosovo |
Region | Gilan rayonu |
Mer | Saşa Mirkoviç |
Tarixi və coğrafiyası | |
Sahəsi | 23.36 km2 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2,556 nəfər (2013) |
Sıxlığı | 88.9/km2 nəf./km² |
Milli tərkibi | Albanlar, serblər, türklər və digərləri |
Digər | |
kk.rks-gov.net/kllokoti | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəKlokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir.
Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir:[1]
- Klokot (serb-kiril. Клокот, alb. Kllokoti)
- Moqila (serb-kiril. Могила, alb. Mogillë)
- Vrbovak (serb-kiril. Врбовац, alb. Vërboc)
- Grnkare (serb-kiril. Грнчар, alb. Gërnçar)
Tarixi
redaktə2003-cü ilin Avqust ayında Klokota yerləşdirilən partlayıcı qurğular, iki Amerikalı KFOR əsgərini öldürmüş və beş serb evini məhv etmişdir.[2]
Klokot bələdiyyəsi, daha əvvəl Vitina Bələdiyyəsinin bir parçası olaraq 2010-cu ilin Yanvar ayının 8-də rəsmi olaraq qurulmuşdur[1]. Bələdiyyənin baş qərərgahı Klokotda yerləşir[3]. Kosovonun yeni qurulmuş bələdiyyələri, hələ Vitina bələdiyyəsinin bir parçası olaraq gördüyü serb hökuməti tərəfindən tanınmır.
2014 və Mart 2016 arasında 124 üzvü olan 30 serb ailəsi bələdiyyədən ayrılmışdır[4]. 2016-cı ilin Dekabr ayında iki yerli serb gənc, altı albandan ibarət olan, bir qrup tərəfindən bıçaqlanmışdır. Həmən hadisədən bir həftə əvvəl, Kosovoya geri dönən bir serb ailəsinin evi yandırılmışdır.[5]
2016-cı ildə, bələdiyyənin təxmini büdcəsi 800 min € idi.[6]
İqtisadiyyatı
redaktəBələdiyyənin iqtisadiyyatı əsas olaraq təbii resurslara (ümumiyyətlə mədən suyu), turizmə, kənd təsərrüfatına və kiçik ticarət sahələrinə söykənir. Klokotun 32°C-yə çatan bəzi əhəmiyyətli isti su resurları mövcuddur[7]. Bələdiyyədən fəaliyyət göstərən 29 qeydli şəxsi müəssisə mövcuddur.[1]
İctimai Xidmətlər
redaktəBələdiyyədə 599 şagird və 33 müəllimdən ibarət olan 3 ibtidai məktəb, 147 şagird və 13 müəllimdən ibarət bir orta məktəb və 15 uşaq və 2 müəllimdən (2013-cü ildən bəri) ibarət bir bağça mövcuddur[1]. İki ibtidai məktəb serb kurrikulumunu izlərkən, biri Kosovolu kurrikulumunu izləyir[1]. Klokotdakı Müqəddəs Sava İbtidai məktəbində, 250 şagird (2001-ci ildən bəri) təhsil alır.[8]
Bələdiyyədə 4 serb ortodoks kilsələri mövcuddur. Qrnçar kilsəsi, minalanmış və Kosovo müharibəsi zamanı, albanlar tərəfindən məhv edilmişdir. Kilsə daha sonra yenidən inşa edilmişdir[1]. Moqila kəndində müharibə zamanı zədələnməmiş bir məscid mövcuddur.
Siyasəti
redaktəİlk (və ən yəni) bələdiyyə seçkiləri 2009-cu ilin Noyabr ayının 15-də keçirilmişdir[9]. Serb hökuməti bu seçkiləri tanımasa da, seçkilərə əksəriyyətlə serb mənşəli yerli seçicilərin 25,4%-i qatılmışdır[10]. Serb olan, Saşa Mirkoviç bələdiyyənin meri seçildi[1][11]. Bələdiyyə məclisinin 15 üzvündən 10-u, Serb Müstəqil Liberal Partiyası-dan, 5-i isə Kosovo Alban Demokratik Liqası-dan seçildi.[1][12]
Demoqrafiyası
redaktəKlokot bələdiyyəsində serb əksəriyyəti və alban azlığı var[13]. MAAM, 2010-cu və 2013-cü illərdəki təxminlərinə söykənərək, Klokot bələdiyyəsində, 3,500 serbin yaşadığını (71,23%) hesablamışdır[14]. Klokot qəsəbəsində Kosovo müharibəsindən (1998-1999) əvvəl 1,500 nəfər və 2001-ci ildə isə 1,200 nəfər yaşayırdı.
Klokot bələdiyyəsi 2011[1]
Etnik qruplar | Əhalisi | % |
---|---|---|
Albanlar | 1,362 | 53.29 |
Serblər | 1,177 | 40.05 |
Qaraçılar | 9 | 0.35 |
Türklər | 1 | 0.4 |
Digərləri və qeyd edilməyənlər | 7 | 0.27 |
Xarici Keçidlər
redaktə- Klokot Bələdiyyəsinin rəsmi saytı Arxivləşdirilib 2017-12-31 at the Wayback Machine
- Radio Klokot Arxivləşdirilib 2016-10-27 at the Wayback Machine
- "Klokot - ni manje opštine, ni većih problema". Glas Amerike.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 MUNICIPAL PROFILES: Klokot/Kllokot Arxivləşdirilib 2016-08-20 at the Wayback Machine (Yanvar 2013), OSCE Kosovoda Missiya rəsmi saytından Arxivləşdirilib 2013-05-08 at the Wayback Machine, 2013-cü ilin oktyabr ayının 6-da əldə edildi.
- ↑ Serbian Studies Arxivləşdirilib 2021-11-18 at the Wayback Machine. 18. North American Society for Serbian Studies. 2004. səh. 315.
- ↑ Law on Territorial Organization of the Republic of Serbia Arxivləşdirilib 2013-10-12 at the Wayback Machine (Serb dilində), adopted on 29 December 2007, from the official web site of the Parliament of Serbia [https://web.archive.org/web/20101222113623/http://parlament.gov.rs/ Arxivləşdirilib 2010-12-22 at the Wayback Machine [1]], accessed on 6 October 2013.
- ↑ "Opštinu Klokot Vrbovac napustilo 30 srpskih porodica" Arxivləşdirilib 2021-11-18 at the Wayback Machine.
- ↑ "SRBI META ŠESTORICE ALBANACA "Napali su nas iz čista mira"" Arxivləşdirilib 2021-11-18 at the Wayback Machine. Blic.
- ↑ "Srbi u Pomoravlju bez perspektive" Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. TV Most.
- ↑ ASIN 3897941414 Arxivləşdirilib 2023-07-25 at the Wayback Machine
- ↑ "We Are Imprisoned Here Like on Reservation" Arxivləşdirilib 2012-02-18 at the Wayback Machine. Blic. 13 Yanvar, 2001. 2012-ci ilin Mart ayının 12-də alındı.
- ↑ KIM radio: Sve spremno za izbore u opštini Klokot-Vrbovac[ölü keçid] (27.10.2009) (Serbcə)
- ↑ KIPRED: Decentralization in Kosovo I: Municipal elections and the Serb participation Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine
- ↑ KIM radio: Održana druga sednica decentralizovane opštine Klokot[ölü keçid] (02 Fevral, 2010) (Serbcə)
- ↑ KIM radio: Decentralizovana opština Klokot održala prvu sednicu Skupštine[ölü keçid] (21 Yanvar, 2010) (Serbcə)
- ↑ Instituti GAP
- ↑ ECMI Kosovo 2013