Kompyen Mesesi - Wikipedia
Kompyen Mesesi - Wikipedia - Haqqında Məlumat
Kompyen meşəsi fr. forêt de Compiègne — Fransanın Pikardiya bölgəsində Kompyen şəhəri yaxınlığında yerləşir. Meşənin ümumi sahəsi 144,85 km²-dir.
Kompyen meşəsi | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
49°22′48″ şm. e. 2°53′00″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Meşənin hərbi tarixi
redaktəMeşədən keçən dəmir yolunda iki dünya müharibəsinin iki barışıq müqaviləsi imzalanmışdır:
- "Birinci Kompeyn barışığı" olaraq bilinən Birinci Dünya Müharibəsinə son verən Antanta və Almaniya arasındakı barışıq.
- 1940-cı il iyunun 22-də İkinci Dünya Müharibəsi əsnasında Fransa ilə Nasist Almaniyası arasında imzalanmış barışıq sazişi.
-
I dünya müharibəsi, Ferdinand Foş (sağdan ikinci) və sazişə imza atan iki nümayəndə heyəti.
-
II Dünya müharibəsi: Hitler və ətrafı Kompeyn meşəsindəki memorial kompleksdə Foşun abidəsinə baxırlar.
Abidələr
redaktə- "Elzas-Loringiya" memorialı: qılınc (Antantanı simvolizə edir), düşən qartalı vurur (Almaniyanı simvolizə edir).
- Ferdinand Foşun heykəli
- Fransız dilində yazısı olan barışıq imzalandığı yerdə xatirə lövhəsi: "Burada, 11 noyabr 1918-ci ildə, Alman İmperiyasının cinayətkar qüruru süquta uğradı, əsarət altına almağa çalışdığı azad xalqlar tərəfindən məğlub edildi" (fr. Ici, le 11 novembre 1918, succomba le criminel orgueil de l'Empire allemand, vaincu par les peuples libres qu'il avait essayé d'asservi). Bu xatirə lövhəsi sökülərək 1940-cı ildə Almaniyaya aparılmışdır, lakin İkinci Dünya Müharibəsindən sonra geri qaytarılmışdır.
- Barışığın imzalandığı qatarın vaqonunun sürəti (İkinci Kompeyn barışığından sonra Berlinə aparılan vaqon, müttəfiqlərin bombardmanı zamanı məhv edilmişdir)