Koysuq Don Cayi - Wikipedia
Koysuq çayı[1] — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don çayının sol qolunu təşkil edir. Koysuq çayının uzunluğu 55 km təşkil edir.
Koysuq çayı | |
---|---|
rus. Койсуг | |
Ölkə | Rusiya |
Mənsəbi | Don çayı |
Uzunluğu | 55 km |
Hövzəsinin sahəsi | 2358 km² |
DSR[rus.] | 05010500912107000000092 |
Vikianbarda əlaqəli mediafayllar |
Течение
redaktəKoysuq Don çsyının mənsəbinə yaxın olan son sol axarlarından biridir. Don çayının keçmiş qoludur.
Koysuq çayı başlanğıcını eyni adlı göldən götürür. Mənbə Batayskdan 3–4 km yuxarıda qərarlaşır. Dəmiryol körpüsünü keçdikdən, Rostov-na-Donu şəhərindən 8 km aralıda çay iki qola bölünür. Birincisi Bataysk şəhəri və Koysuq kəndi ərazisinən axır. İkincisi isə dəmiryolu boyunca 6 km uzanlr. Çayın yatağı 0.5 km, dərinliyi isə 1 metrdir.
Çumutovka çayı Koysuq çayının əsas qollarından biridir. Dayazlıqdan başlayan Moeçnı erik çayı əks istiqamətdə axaraq Rostov-na-Donunun Budyonnovski prospekti hissəsindən Dona tökülür. Burada mərkəzi şəhər çimərlik yerləşir.
Onun qolları quruyan Mokrı və Suxoy Batay axarlarıdır.
Don çayında suyun səviyyəsi artarsa Koysuq qolunda suyun səviyyəsi olduqca artır. Azaldıqda isə anoloji olaraq suyunda azalma baş verir. Dayazlığa çevrilir. Dayazlıq zamanı suyunun sürəti 3-5 sm/s təşkil edir. Güçlü küləklər zamanı suyu olduqca azalır. Hətta bəzən tamamən quruyur. Çayda axın Donun səviyyəsindən asılıdır.
Çayın aşağı axarlarında onun eni 100—200 metr, dərinliyi isə 1,1-2,5 metr təşkil edir. Çayın ətrafı güçlü şəkildə qamış və ot bitkiləri ilə örtülmüşdür. Mənsəbdə çayın dərinliyi 0,4 - 0,9 metr arasında dəyişir.
Koysuq çayı Don çayına Koluzaevo xutoru və Ust-Koysuq xutoru arasından tökülür. Koluzaevo xutoru Don çayının sağ, Ust-Koysuq isə Don çayının sağ hissəsində yerləşir.
Qolları
redaktə- Çumotavaya
- Çertanovka
Yaşayış məntəqələri
redaktə- Bataysk
- Koysuq (Batayskın bir mikrorayonu və keçmiş kəndi)
- Ust-Koysuq
Mənbə
redaktə- Flash-панорама реки Малый Койсуг Arxivləşdirilib 2013-11-27 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 7. Донской район/ Под ред. Д. Д. Мордухай-Болтовского. — Л.: Гидрометеоиздат, 1964. — 267 с.