Don Cayi - Wikipedia
Don çayı — uzunluğu 1870 km-dir, Şərqi Avropada yerləşir. Azov dənizinə tökülür, mənbəyini İvan gölündən alır.
Don çayı | |
---|---|
rus. Дон | |
Ölkə | Rusiya |
Mənbəyi | Ortarus yüksəkliyi |
• Yüksəkliyi | 180 m |
Mənsəbi | Azov dənizi |
Uzunluğu | 1870 km |
Su sərfi | 935 m³/s |
Hövzəsinin sahəsi | 422000 km² |
DSR[rus.] | 05010100312107000000014 |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın adı iskit (yəni qədim iran dillərindən) "su", "çay" deməkdir və qədim hindi dil ilə "damca" bağlıdır. [1]
Haqqında
redaktəUzunluğu 1870 km olan don çayı Orta Rusiya yüksəkliyinin 180 metr hündürlüyündən başlayaraq Azov dənizinə tökülür. Çaya bu adı XVII əsrdə Don kazakları vermişdilər.
Don düzənlik çayıdır. Orta meyilliyi 0,1%o-ə bərabərdir, enli dərə əmələ gətirir. Dərənin eni aşağı axarında 12–15 km-a çata bilir. Çayın mənsəbi Azov dənizində olan Taqanroq körfəzidir. Mənsəbdə delta əmələ gətirir.
Don çayı 1590 kilometr uzunluğunda, mənsəbdən Voronej şəhərinə qədər gəmiçilik üçün yararlıdır. Volqaqrad vilayətinin Kalaç-na-Donu şəhəri yaxınlığında Volqa ilə Don arasında məsafə ən yaxın (70 kilometr) olduğuna görə 1952-ci ildə onlar arasında Volqa-Don kanalı çəkilmişdir.