Luftvaffe - Wikipedia
Lüftvaffe (azərb. Hava Qüvvəsi) — Üçüncü Reyxin hərbi hava qüvvələri. Lüftvaffe 1935-ci ildə Adolf Hitler tərəfindən Vermaxtın tərkibində yaradılmışdır. Birliyin xidmətindən ilk dəfə İspaniya vətəndaş müharibəsi zamanı istifadə olunub. İkinci dünya müharibəsi dönəmində böyük məşhurluq və xalq sevgisini qazanan Lüftvaffe təyyarələri tərəfindən bir neçə uğurlu əməliyyatlar həyata keçirilmişdir.
Lüftvaffe | |
---|---|
Deutsche Luftwaffe | |
| |
Növü | Hava qüvvəsi |
Yaranma tarixi | 1935-1946 |
Ölkə |
|
Daxildir | Vermaxt |
Rəngləri | Sarı,Boz |
Müharibələr | İspaniya vətəndaş müharibəsi |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBirinci Dünya Müharibəsindən sonra imzalanan Versal Sazişinin şərtlərinə görə, Almaniyanın hava qüvvələri Luftstreitkrafteyi ləğv etməli idi. Almaniya Versal Müqaviləsinin şərtlərini qəbul etmiş kimi görünsə də, hava qüvvələri fəaliyyətlərini gizli şəkildə davam etdirirdi.
Lüftvaffe Necə Quruldu?
redaktə1933-cü ildə Almaniyada Nasional Sosialist Alman İşçi Partiyası rəhbərliyi götürdükdə, Führer rütbəli Adolf Hitler dövlətin başçısı oldu. Nasist Partiyası, maddələrini alçaldıcı sayaraq Versal müqaviləsini qətiyyətlə rədd etdi. Hitler və Partiyası Versal Sazişində itirilənləri geri almaq üçün siyasətlərini təyin etdilər. Bu hədəfə çatmaq üçün 1933-cü ildə hakimiyyətə gələn kimi ən son texnologiyaya sahib bir hava qüvvəsi qurma səyləri başlandı. Mülki hava yolu şirkəti Lufthansanın pilotları, sonradan Luftwaffe pilotu olacaqlara pilot təhsili verirdilər. Alman hava qüvvəsi Luftwaffe,26 fevral 1935-ci ildə Nasist lideri Adolf Hitler tərəfindən imzalanan gizli bir fərmanla quruldu. Eyni fərmanla Hitler, Birinci Dünya Müharibəsindəki Alman hava qəhrəmanı, ən yüksək nasist məmuru Herman Göringi Alman hava qüvvələri Luftwaffe komandiri təyin etdi. Nasist Almaniyasının sürətli yüksəlişi və silahlanma səylərinin sürətlənməsi ilə Alman hava qüvvələri sürətlə böyüdü. Bu işlər nəticəsində Alman döyüş təyyarəsi ME-109 (Messerschmitt Bf 109) istehsal edildi. ME-109 Fransa, İngiltərə və Rusiya döyüş təyyarələri ilə müqayisədə daha qarışıq bir quruluşa sahib idi.
İspaniya Vətəndaş Müharibəsində Rolu
redaktəLuftwaffe ilk missiyasını yerinə yetirmək üçün 1937-ci ilin aprelində İspaniyaya doğru yola çıxdı Franconun millətçi qüvvələrini dəstəkləyəcəkdi. Bu vəzifə üçün Luftwaffe diviziyası olan Kondor Legionu istismara verildi.28 bombardmançı İspaniyanın şəhər və qəsəbələrini bombaladı. Luftwaffe hücumu nəticəsində Gernika şəhərində 1654 nəfər öldü. Beləliklə, Luftwaffe pilotları İspaniyada özlərini sınamaq imkanı əldə etdilər.
İkinci Dünya Müharibəsində Rolu
redaktə1939-cu ildə II Dünya Müharibəsi başlayanda Luftwaffe dünyanın ən inkişaf etmiş, texnoloji hava qüvvələrindən biri idi.28 təyyarə donanmasına sahib idi.1000 döyüş təyyarəsi və 1050 bombardmançı var idi. Əvvəlcə Polşa, daha sonra Danimarka,Norveç,Hollandiya,Belçika və Fransa ildırım müharibəsi taktikasının qurbanı oldu. Fransa işğalından sonra Luftwaffe, RAF-ı (Kral Hava Qüvvələri) məhv etmək ümidi ilə İngiltərəyə üz tutdu. Alman hava qüvvələri komandiri Herrman Göring, müharibənin Luftwaffe ilə qazana biləcəyini düşündü və Hitleri buna inandırdı.İngilis müharibəsi dövründə RAF Spitfire təyyarələri, yüksək manevr qabiliyyətləri və qabaqcıl radar texnologiyaları sayəsində Luftwaffe-ə uğurla müqavimət göstərdilər. Hər vurulan RAF təyyarəsi üçün iki Luftwaffe təyyarəsi vuruldu. İngilislərin müqaviməti qarşısında Hitler strategiyasını dəyişdirməli oldu. İngiltərəni təslim olmağa məcbur etmək üçün Londonu bombalamağa başladı.1941-ci ildə Luftwaffe Blitz hücumları İngiltərənin bir çox şəhərini dağıtdı və mülki ölümlərlə nəticələndi. Bu hücumlara baxmayaraq, İngilislər Luftwaffe-ə ilk məğlubiyyətlərini verərək uğurlu müqavimətlərini davam etdirdilər.
Lüftvaffe Necə Dağıldı ?
redaktə22 iyun 1941-ci ildə Hitler Sovet İttifaqının işğalı haqqında əmr verdi. Luftwaffe, qərb cəbhəsindəki vəzifələrinə əlavə olaraq, Rusiya,Şimali Afrika və Cənubi Avropada da fəaliyyət göstərmişdir. Hitler Rusiyanı işğal etməkdə israr etməyə davam edərkən, Luftwaffe artan İngilis və Amerika hava hücumları qarşısında zəifləyərək üstünlüklərini itirdi.1945-ci ildə son tapşırıq üçün Bulge Döyüşündə iştirak etdi Ancaq bu müharibədə də uğursuz oldu. Bu ekspedisiyadan sonra neft ehtiyatlarının tədricən azalması ilə Alman nefti effektivliyini tamamilə itirdi. Luftwaffe 1946-cı ildə Müttəfiqlər Berlinə girərək Almaniyanı məğlub etdikdən sonra ləğv edildi.