Stalinqrad Doyusu - Wikipedia
Stalinqrad döyüşü (17 iyul 1942 – 2 fevral, 1943) — Böyük Vətən müharibəsində sovet qoşunlarının Stalinqrad (indiki Volqoqrad) ətrafında alman qoşunlarını darmadağın etmək üçün müdafiə və hücum əməliyyatları.
Stalinqrad döyüşü | |||
---|---|---|---|
İkinci dünya müharibəsində Şərq cəbhəsi | |||
| |||
Tarix | 17 iyul 1942 — 2 fevral 1943 | ||
Yeri | Stalinqrad (indiki Volqoqrad), Rusiya SFSR, Sovet İttifaqı | ||
Nəticəsi |
Sovet qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2 milyon şəxsi heyət[4]) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunur.[5] Almanlar tərəfindən Stalinqrad istiqamətində hücum əməliyyatı 1942-ci ilin avqust ayında başlamışdır. Bu əməliyyat zamanı Vermaxt qoşunlarına məxsus 6-cı Ordu və 4-cü tank ordusunun birləşmələrindən aktiv şəkildə istifadə olunmuşdur. Hücum intensiv şəkildə Lüftvaffe tərəfindən şəhərin bombardman edilməsi ilə dəstəklənmişdir. Hər iki tərəf öz qoşunlarını şəhər mərkəzinə yeritdikdən sonra isə şəhər döyüşləri başlamışdır. Artıq 1942-ci il noyabr ayının ortalarında Sovet Ordusu çoxsaylı itkilərə məruz qalmasına baxmayaraq, almanları Volqa çayının qərb sahilinə qədər geri çəkilməyə məcbur etmişdi.
19 noyabr 1942-ci ildə Qırmızı Ordu tərəfindən Uran əməliyyatı başladılmışdır. Bu əməliyyat hazırlanarkən almanların 6-cı Ordusunun cinahlarını müdafiə etmək vəzifəsi daşıyan, həmçinin nisbətən zəif olan rumın və macar qoşunları hədəf götürülmüşdü. Hücum nəticəsində həmin cinahlarda yerləşən qüvvələr məğlub edilmişdir ki, bu da alman 6-cı Ordusunun öz müttəfiqləri ilə birbaşa əlaqəsinin kəsilməsinə və Stalinqrad ərazisində mühasirəyə düşməsi ilə nəticələnmişdir. Bu zaman Adolf Hitler mühasirədə qalan qoşunlara Stalinqradda qalmaq və heç bir hücum hərəkəti etməmək haqqında göstəriş vermişdir. Mühasirədə qalan alman qoşunlarına havadan dəstək verilməsinə və mühasirə həlqəsinin xaricdən yarılması məqsədilə edilmiş hücumlara baxmayaraq, bu cəhdlər heç bir nəticə verməmişdir. Ağır döyüşlər bundan sonra da iki ay müddətində davam etmişdir. 1943-cü ilin fevral ayının əvvəlindən etibarən Stalinqradda qalan qoşunların silah-sursatının və ərzaq ehtiyatının tükənməsi nəticəsində 6-cı Ordunun sağ qalmış hissələri təslim olmaq məcburiyyətində qaldı.[6]
Arxa plan
redaktə1942-ci ilin payızına qədər Sovet İttifaqına qarşı həyata keçirilən Barbarossa əməliyyatının uğursuzluqla nəticələnməsinə baxmayaraq, Vermaxt qoşunları Baltik respublikaları, Ukrayna və Belarus da daxil olmaqla geniş ərazini ələ keçirmişdi. Müharibənin başqa bir istiqamətində isə alman qoşunları Ervin Rommelin rəhbərliyi altında mühüm əhəmiyyəti olan Tobruk limanını ələ keçirməyi bacarmışdı. Nasist Almaniyası ilə Sovet qoşunlarının arasında gərgin döyüşlərin davam etdiyi Şərq cəbhəsində isə cəbhə xətti şimalda Leninqrad şəhərindən cənubda Rostova qədər uzanırdı. Bu istiqamətdə hər iki tərəf müəyyən əraziyə nəzarəti ələ keçirsə də, bu cür hadisələr heç bir tərəf üçün böyük təhlükə yaratmırdı. Hitler inanırdı ki, alman qoşunları 1942-ci ilin qışından sonra Qırmızı Orduya tam şəkildə qalib gələ biləcək. Mərkəz Ordu Qrupunun keçən qış Moskvanın qərbində böyük itkilərə məruz qalmasına baxmayaraq, quru qoşunlarının 65%-i bu döyüşlərdə iştirak etməmişdi və yenidən silahlanmışdı. Stalin isə almanların yayda yenidən Moskva istiqamətində hücuma keçəcəyini gözləyirdi.
İlkin əməliyyatların çox uğurla nəticələnməsindən sonra, almanlar 1942-ci ilin yayında Sovet İttifaqının cənub hissəsi istiqamətində irəliləməyə qərar verdi. Bu zaman almanların əsas məqsədi Stalinqradın sənaye potensialını məhv etmək və Volqa çayı sahilində yerləşmək idi. Bu çay Qafqaz və Xəzər dənizi ərazisindən Rusiyanın mərkəzinə aparan əsas marşrut hesab olunurdu. Buranı ələ keçirmək çay nəqliyyatının darmadağın olması ilə nəticələnə bilərdi. Almanlar 23 iyulda Rostov şəhərini işğal etdikdən sonra neft kəmərlərinin qarşısını kəsmişdi. Stalinqradın işğal olunması isə Fars dəhlizi ilə hərəkətin bir xeyli çətinləşməsinə səbəb ola bilərdi.
23 iyul 1942-ci ildə Hitler şəxsən 1942-ci ilin yay əməliyyatlarının məqsədini dəyişməyi qərara aldı. Nəticədə, alman qoşunlarının qarşısına əsas məqsəd olaraq Stalinqrad şəhərini ələ keçirmək tapşırığı qoyuldu. Hitler hücum əməliyyatına başlamazdan əvvəl Stalinqradı ələ keçirdikdən sonra şəhərin bütün kişi vətəndaşlarının öldürüləcəyini, həmçinin bütün qadın və uşaqların isə deportasiya olunacağını açıqlamışdı. Bunun əsas səbəbi şəhər əhalisinin "tamamilə kommunist" və "xüsusilə təhlükəli" olması idi. Şəhərin işğal olunması həm şimal, həm də qərb cinahlarda yerləşən alman qoşunlarının strateji neft ehtiyatlarına malik olan Bakı şəhərinə təhlükəsiz şəkildə yaxınlaşmasına səbəb olacaqdı. Hücum zamanı alman qoşunlarının Stalinqradda uğursuzluğa düçar olmasının əsas səbəbi onların həddən artıq rahat olması və düşməni yetərincə dəyərləndirməməsi oldu.
Döyüş
redaktəMüdafiə döyüşləri
redaktəStalinqrad döyüşü 17 iyul 1942-ci ildə başlamışdır. Döyüşlərin başlanğıcında sovet ordusunun alman hücumlarının qarşısını almaqda çətinlik çəkməsi səbəbindən, bir neçə həftə ərzində alman ordusu 400 km irəliləməyə nail oldu ki, bu da sovet əsgərləri arasında nizam-intizamın pozulmasına və çaxnaşmaya səbəb oldu. İyulun sonlarına kimi, alman ordusu sovetləri Don çayı boyunca sıxışdırdı. Qeyd etmək lazımdır ki, bu zaman almanlar vermaxtın müxtəlif cinahlarını möhkəmləndirmək üçün öz müttəfiqləri olan İtaliya, Macarıstan və Rumıniya kimi ölkələrin ordularının köməyindən də istifadə edirdilər[7].
1942-ci ilin iyulun 25-də feldmarşal Fridrix Paulyusun komandanlıq etdiyi 6-cı alman ordusu Kalaç şəhərinin qərbində sovet ordusunun ciddi müqaviməti ilə üzləşdi və bununla da avqustun 11-nə qədər davam edən Kalaç döyüşləri başlandı. Kalaç döyüşləri başlanandan sonra, sovet lideri İ. Stalin SSRİ xalq müdafiə naziri kimi 1942-ci ilin iyulun 28-də "Bir addım da geri çəkilməmək" haqqında 227 №-li əmr imzaladı. Həmin əmrdə sərəncam olmadan döyüş meydanından geri çəkilmək qadağan edilir, qorxaqlıq və qətiyyətsizlik göstərənlərin sərt cəzalandırılması nəzərdə tutulurdu[7].
Sovetlərin tələsik hücumları alman ordusunu geri oturda bilməsə də, onların hərbi sursat təchizatını zəiflədərək müvəqqəti də olsa, dayandıra bildi. Almaniyanın quru qoşunlarının Baş qərargahı (Oberkommando des Heeres) rəisi olan general Frans Qalder öz gündəliyində qeyd edir ki, bu zaman "silah-sursat və yanacaq çatışmazlığı problemi 6-cı ordunun zərbə qüvvəsini iflic etmişdi". Lakin, Kalaç döyüşləri zamanı, havada üstünlüyə malik olan Lüftvaffe təyyarələri sovet ordusunun işini çətinləşdirirdi. Belə ki, alman təyyarələri Qırmızı ordunun həm canlı qüvvəsinə, həm də tanklarına, texnikasına, artilleriya qurğuları və istehkamlarına aviazərbələr endirir, nəqliyyat qovşaqlarını, dəmiryollarını bombalayır və bununla da, 6-cı orduya havadan dəstək verirdilər[7].
1942-ci ilin avqustun 23-nə qədər Stalinqradın 400 min nəfər sakinindən təxminən 100 min nəfəri artıq evakuasiya edilmişdi[8]. Həmin gün, aviasiya generalı Volfram fon Rixthofenin komandanlığı altında Almaniya HHQ-nin (Lüftvaffe) 4-cü hava donanması tərəfindən Stalinqrad şəhərinin ən uzun və ən dağıdıcı bombardmanı başlandı və 48 saat ərzində şəhər üzərinə təqribən 1000 ton bomba yağdırıldı[7].
Stalinqrad döyüşü həm Adolf Hitler, həm də İosif Stalin üçün nüfuz məsələsi idi və bu baxımdan da onun strateji əhəmiyyəti böyük idi. Məhz buna görə idi ki, sovet komandanlığı Qırmızı ordunun Moskva, aşağı Volqa və digər bölgələrdəki strateji ehtiyat qüvvələrini Stalinqrada gətirir, SSRİ-nin bütün ərazilərindəki aviasiya qüvvələri Stalinqrad ərazisinə cəlb olunurdu[7].
Sovet ordusunun hücumu
redaktə19 noyabr 1942-ci ildə Uran əməliyyatı çərçivəsində Qırmızı Ordunun hücumu başladı. Noyabrın 23-də Kalaç bölgəsində 6-cı vermaxt ordusunun ətrafındakı mühasirə halqası bağlandı. Uran planı tam həyata keçirilmədi, çünki 6-cı ordunu əvvəldən iki hissəyə bölmək mümkün deyildi (Volqa və Donun kəsişməsində 24-cü Ordunun zərbəsi ilə). Bu şərtlər altında hərəkətdə olanları ləğv etmək cəhdləri də qüvvələrdə əhəmiyyətli üstünlüklərə — təsirlənən almanların üstün taktiki hazırlığına baxmayaraq uğursuz oldu. Bununla belə, 6-cı Ordu təcrid olunmuşdu və Volfram fon Rixthofenin komandanlığı altında 4-cü Hava Donanması tərəfindən hava tədarükü cəhdlərinə baxmayaraq, onun yanacaq, sursat və ərzaq ehtiyatları sürətlə azalırdı.
Noyabrın 23-də Cənub-qərb və Stalinqrad cəbhələrinin tank və mexanikləşdirilmiş birləşmələri birlikdə hərəkətə keçərək Volqa və Don çayları arasında alman ordusunun əsas qruplaşmasını mühasirəyə aldılar. Stalinqradda mühasirəyə düşən alman əsgər və zabitlərinin sayı ilə bağlı tarixçilər müxtəlif rəqəmlər qeyd edirlər. Sovet tarixçilərinin məlumatına görə, bu rəqəm 330 min nəfər, alman tarixçilərinə görə 250–280 min nəfərdir. Belə bir gərgin vaxtda, noyabrın 23-dən 24-nə keçən gecə vermaxt komandanlığı belə qərara gəldi ki, Stalinqraddakı alman qoşunları təcili şəkildə geri çəkilsinlər. Əvvəlcə Hitler bu qərarla razılaşsa da, noyabrın 24-ü səhəri feldmarşal Paulyusa radioteleqram göndərərək Stalinqradda qalmaq əmri verdi. Qərarı reyxsmarşal German Görinqin təsiri altında verən Hitler hesab edirdi ki, Lüftvaffenin havada üstünlüyü mühasirəyə düşən alman ordusunun üstünlüyünü təmin edərək onu mühasirədən çıxara biləcək[7].
Alman komandanlığı mühasirədə çıxmağa – deblokadaya hazırlaşmaq məqsədilə feldmarşal Erix fon Manşteynin komandanlığı altında 20 alman diviziyası və 2 rumın diviziyasından ibarət "Don" adlanan yeni ordu qrupu təşkil etdilər. Manşteyn Hitleri inandırdı ki, onun ordusu güclü zərbələr endirərək sovetlərin mühasirə halqasını yaracaq və Paulyusun ordusu ilə birləşərək alman ordusunun Volqa və Don çayları arasındakı əvvəlki (Qırmızı ordunun noyabr əks-hücumuna qədərki) vəziyyətini bərpa edəcək. Bu məqsədlə, biri Kotelnikov rayonunda, digəri Tormosina rayonunda olmaqla iki zərbə qruplaşması yaradılmışdı. Beləliklə, 1942-ci ilin dekabrın 12-də Manşteynin ordu qrupu mühasirədəki alman ordusunu xilas etmək məqsədilə "Vintersqevitter" ("qış tufanı") adlanan strateji hücum əməliyyatına başlayaraq Kotelnikov rayonundan hücuma keçdi[7].
Qırmızı ordunun "Kiçik Saturn" əməliyyatına başladığı zaman alman-faşist ordusu Stalinqradda son dərəcə çətin vəziyyətlə üzləşdilər. Onlar sovet aviasiyası tərəfindən sistemik olaraq bombardman edilir, sovet artilleriyası tərəfindən atəşə tutulurdu. Həmçinin, alman ordusu arasında aclığın yayılması da ölüm hallarını qarşısıalınmaz edirdi. Alman komandanlığı nəqliyyat aviasiyası ilə ordunun təchizatına və heç olmasa bəzi qoşun hissələrini təxliyə etməyə cəhd göstərsə də, sovet təyyarəçiləri bundan xəbər tutaraq qarşısını alırdı. Dekabrın 23-də feldmarşal Manşteyn Stalinqradda mühasirədə qalan alman ordusunu xilas etmək cəhdindən imtina edərək öz qüvvələri ilə yeni sovet hücumlarının qarşısını almaq üçün müdafiə mövqeyinə keçməli oldu[7].
Yanvarın 10-da mühasirədəki alman-faşist ordusunu parçalayaraq məhv etmək məqsədilə Don cəbhəsi hücuma keçdi və bununla da, Stalinqrad döyüşündəki son hərbi əməliyyat olan "Koltso" əməliyyatı (10 yanvar – 2 fevral 1943) başlandı. Yanvarın 22-də əlavə haqırlıqlardan sonra Don cəbhəsi yenidən hücuma keçdi və 26-sı Mamayev kurqanı ətrafında alman qruplaşması iki hissəyə parçalandı. Şəhərdə döyüşlər bir neçə gün davam etdi. Yanvarın 31-də cənub qruplaşması feldmarşal Fridrix Paulyus başda olmaqla əsir düşdü. Ümumilikdə, "Koltso" əməliyyatı zamanı 2500 zabit və 24 general olmaqla 91 min nəfər alman əsgəri əsir düşdü. 1943-cü ilin 2 fevralında mühasirədəki şimal qruplaşması da təslim oldu və bununla da, Stalinqrad döyüşü başa çatdı[7].
Nəticəsi
redaktəQırmızı Ordunun Stalinqrad döyüşündəki qələbəsi İkinci Dünya müharibəsi illərində böyük hərbi-siyasi hadisə oldu. Elit vehrmaxt qrupunun mühasirəsi, məğlubiyyəti və ələ keçirilməsi ilə başa çatan döyüş Böyük Vətən müharibəsinin gedişində köklü dəyişikliyə nail olmağa böyük töhfə verdi və bütün İkinci Dünya müharibəsinin sonrakı gedişatına ciddi təsir göstərdi[9].
Döyüş nəticəsində Qızıl Ordu strateji təşəbbüsü möhkəm şəkildə ələ keçirdi və indi düşmənə öz iradəsini diktə etdi. Bu, alman qoşunlarının Qafqazda, Rjev və Demyansk bölgələrindəki hərəkətlərinin xarakterini dəyişdi. Sovet qoşunlarının zərbələri Wehrmacht-ı Qırmızı Ordunun hücumunu dayandırmalı olan Şərq Divarını hazırlamaq əmrini verməyə məcbur etdi.
Stalinqrad döyüşü zamanı 3-cü və 4-cü Rumıniya orduları (16 diviziya), 8-ci İtaliya ordusu və İtaliya Alp Korpusu (10 diviziya), 2-ci Macarıstan ordusu (10 diviziya), Xorvatiya alayı məğlub oldu. Məhv edilməyən 4-cü tank ordusunun tərkibində olan 6-cı və 7-ci Rumıniya ordu korpusları tamamilə ruhdan düşdü.
Gələcəkdə nasist Almaniyası Rumıniya, Macarıstan və Slovakiyadan yeni çağırışçılara arxalana bilməzdi. Müttəfiqlərin qalan bölmələrindən yalnız arxa xidmət, partizanlarla döyüşmək və cəbhənin bəzi ikinci dərəcəli sektorlarında istifadə etməli oldu.
Alman generalı Kurt fon Tippelskirx "İkinci Dünya Müharibəsi tarixi" kitabında Stalinqraddakı məğlubiyyəti belə qiymətləndirir: "Hücumun nəticəsi sarsıdıcı idi: bir alman və üç müttəfiq ordusu məhv edildi, digər üç alman ordusu ağır itki verdi. Ən azı əlli Alman və Müttəfiq bölmələri artıq mövcud deyildi. Qalan itkilər daha iyirmi beş bölmə təşkil etdi. Böyük miqdarda texnika itirildi — tanklar, özüyeriyən silahlar, yüngül və ağır artilleriya və ağır piyada silahları. Avadanlıq itkiləri, əlbəttə ki, düşmənin itkilərindən xeyli çox idi. Şəxsi heyətdəki itkilər çox ağır hesab edilməlidir, xüsusən də düşmən ciddi itki versə də, hələ də xeyli böyük insan ehtiyatına malik idi. Almaniyanın müttəfiqlərinin gözündə nüfuzu çox sarsıldı. Eyni zamanda Şimali Afrikada düzəlməz bir məğlubiyyətə uğradığından, ümumi qələbə ümidi də puç oldu. Rusların əhval-ruhiyyəsi isə yüksəldi"[10].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Алексей Исаев. Часть третья. Срезанный цветок, обречённый насмерть. // Сталинград. За Волгой для нас земли нет Arxivləşdirilib 2017-10-09 at the Wayback Machine. — М.: Яуза, Эксмо, 2008. — 448 с. — ISBN 978-5-699-26236-6
- ↑ Сталинградская битва Arxivləşdirilib 2011-05-24 at the Wayback Machine — статья проекта «Хронос».
- ↑ Гриф секретности снят: Потери Вооружённых Сил СССР в войнах, боевых действиях и военных конфликтах: Стат. исслед. / Г. Ф. Кривошеев, В. М. Андроников, П. Д. Буриков. — М.: Воениздат, 1993. — Стр. 178—182, 369—370. — ISBN 5-203-01400-0
- ↑ Luhn, Alec (8 June 2014). "Stalingrad name may return to city in wave of second world war patriotism". The Guardian. Arxivləşdirilib 2022-03-23 at the Wayback Machine
- ↑ Luhn, Alec. "Stalingrad name may return to city in wave of second world war patriotism". theguardian.com. The Guardian. The Guardian. 8 iyun 2014. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2018.
- ↑ Shirer, 1990
- ↑ 1 2 3 4 5 6 7 8 9 Balamirzə Məmmədli. Stalinqrad döyüşü: tarixin ən qanlı savaşı və II dünya müharibəsində əsaslı dönüşün başlanğıcı Arxivləşdirilib 2022-02-28 at the Wayback Machine. Tarix və onun problemləri, № 4, 2021, s.199–207.
- ↑ Исаев А. В. Сталинград. За Волгой для нас земли нет. — М.: Эксмо, Яуза, 2008. — 448 с. — (Война и мы). — 10 000 экз. — ISBN 978-5-699-26236-6.
- ↑ "«Сталинградская битва: значение, последствия, память». — Материалы Международной научно-практической конференции, посвящённой празднованию 75-летия разгрома советскими войсками немецко-фашистских войск в Сталинградской битве (Волгоград, 2017 год)" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-28.
- ↑ Курт фон Типпельскирх. История Второй мировой войны. М.: АСТ, 2001. С. 365–366.
Ədəbiyyat
redaktə- Adam, Wilhelm; Ruhle, Otto. With Paulus at Stalingrad. Tony Le Tissier tərəfindən tərcümə olunub. England: Pen & Sword Books. 2015. ISBN 978-1-47383-386-9.
- Bartov, Omer. Hitler's Army: Soldiers, Nazis and War in the Third Reich. Oxford: Oxford University Press. 1991. ISBN 0-19-507903-5.
- Beevor, Antony. Stalingrad. London: Viking. 1998. ISBN 978-0-14-103240-5.
- Beevor, Antony. Stalingrad and Researching the Experience of War // Erickson, Ljubica; Erickson, Mark (redaktorlar ). Russia: War, Peace and Diplomacy: Essays in Honour of John Erickson. London: Weidenfeld & Nicolson. 2004. 154–168. ISBN 978-0-297-84913-1.
- Beevor, Antony. Berlin: The Downfall 1945. London: Penguin Books. 2007.
- Bell, P. M. H. Twelve Turning Points of the Second World War. New Haven and London: Yale University Press. 2011.
- Bellamy, Chris. Absolute War: Soviet Russia in the Second World War. New York: Alfred A. Knopf & Random House. 2007. ISBN 978-0-375-41086-4.
- Bergström, Christer. Stalingrad: The Air Battle, November 1942 – February 1943. Chevron Publishing. 2007. ISBN 978-1-85780-276-4.
- Bergström, Christer; Dikov, Andrey; Antipov, Vladimir. Everything For Stalingrad. Black Cross Red Star: Air War Over the Eastern Front. III. Eagle Editions. 2006. ISBN 978-0-9761034-4-8.
- Clark, Lloyd. Kursk: The Greatest Battle: Eastern Front 1943. London: Headline. 2011. ISBN 9780755336388.
- Craig, William. Enemy at the Gates: The Battle for Stalingrad. New York: Penguin Books. 1973. ISBN 0-14-200000-0.
- DiMarco, Louis A. Concrete Hell: Urban Warfare from Stalingrad to Iraq. Osprey Publishing. 2012-11-20. ISBN 9781782003137. İstifadə tarixi: 2021-04-10.
- Frieser, Karl-Heinz; Schmider, Klaus; Schönherr, Klaus; Schreiber, Gerhard; Ungváry, Kristián; Wegner, Bernd. German Conduct of the War after Stalingrad // Das Deutsche Reich in der Defensive: Die Ostfront 1943/44 Der Krieg im Osten und an den Nebenfronten [The Eastern Front 1943-1944: The War in the East and on the Neighbouring Fronts]. Das Deutsche Reich und der Zweite Weltkrieg (Germany and the Second World War) (alman). VIII. Oxford: Oxford University Press. 2017. ISBN 978-0-19-822886-8.
- Glantz, David M.; House, Jonathan. When Titans Clashed: How the Red Army Stopped Hitler. Lawrence, Kansas: University Press of Kansas. 1995. ISBN 0-7006-0899-0.
- Glantz, David M.; House, Jonathan. Armageddon in Stalingrad – September to November 1942. Lawrence, Kansas: University Press of Kansas. 2009a. ISBN 978-0-7006-1664-0.
- Glantz, David M.; House, Jonathan. To the Gates of Stalingrad – Soviet-German combat operations April to August 1942. Lawrence, Kansas: University Press of Kansas. 2009b. ISBN 978-0-7006-1630-5.
- Golovanov, A. Ye. Dalnyaya bombardirovochnaya [Long-range Bomber] (rus). Moscow: Delta NB. 2004.
- Isaev, Aleksei. Сталинград. За Волгой для нас земли нет [Stalingrad: Beyond the Volga There Was No Land For Us] (rus). Moscow: Yauza. 2017. ISBN 978-5-04-089843-5.
- Joly, Anton. Stalingrad Battle Atlas. I. Paris, France: Staldata Publications. 2017a. ISBN 979-10-93222-10-3.
- Joly, Anton. Stalingrad Battle Atlas. II. Paris, France: Staldata Publications. 2017b. ISBN 979-10-93222-11-0.
- Kehrig, Manfred. Stalingrad. Stuttgart: Deutsche Verlags-Anstalt. 1974. ISBN 3-421-01653-4.
- MacDonald, John. Great Battles of World War II. London: Michael Joseph. 1986. ISBN 978-0-7181-2727-5.
- Məmmədli, Balamirzə. Stalinqrad döyüşü: tarixin ən qanlı savaşı və II dünya müharibəsində əsaslı dönüşün başlanğıcı. Bakı: Tarix və onun problemləri, №4, səh.199-207. 2021. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-28.
- von Manstein, Erich. Powell, Anthony G. (redaktor). Verlorene Siege [Lost Victories: The War Memoirs of Hitler's Most Brilliant General] (alman). St. Paul, Minnesota: Zenith Press. 2004. ISBN 0-7603-2054-3.
- Merridale, Catherine. Ivan's War. New York. 2006.
- Pennington, Reina. Women and the Battle of Stalingrad // Erikson, Ljubica; Erikson, Mark (redaktorlar ). Russia War, Peace and Diplomacy: Essays in Honour of John Erickson. London: Weidenfeld & Nicolson. 2004. 169–211. ISBN 978-0-297-84913-1.
- Roberts, Geoffrey. Stalin's Wars: From World War to Cold War, 1939–1953. New Haven and London: Yale University Press. 2006.
- Taylor, A. J. P.; Mayer, S. L., redaktorlar A History of World War Two. London: Octopus Books. 1974. ISBN 0-7064-0399-1.
- Walsh, Stephen. Stalingrad 1942–1943: The Infernal Cauldron. London, New York: Simon & Schuster. 2000. ISBN 0-7432-0916-8. İstifadə tarixi: 10 April 2021.
- Weinberg, Gerhard. A World at Arms: A Global History of World War II. Cambridge: Cambridge University Press. 2005. ISBN 978-0-521-55879-2.
- Werth, Alexander. The Year of Stalingrad. London. 1946.
- Werth, Alexander. Russia at War 1941–1945. New York: E. P. Dutton & Co. 1964.
- Zhukov, Georgy. Roberts, Geoffrey (redaktor). The WWII Memoirs of Soviet General Georgy Zhukov, 1942–45. Marshal of Victory. II. Pen and Sword Books. 1974. 110–11. ISBN 9781781592915.