London Korpusu - Wikipedia
London körpüsü (ing. London Bridge) — İngiltərənin paytaxtı London şəhərində, Temza çayı üzərində yerləşən körpü. Körpünün əsası eramızın 50-ci ilində qoyulsa da müasir London körpüsü 1973-cü ildə istifadə verilmişdir.
London körpüsü | |
---|---|
ing. London Bridge | |
51°30′29″ şm. e. 0°05′16″ q. u.HGYO | |
Keçid | Temza çayı |
Yeri | Sautark[d], London |
Material | beton |
Uzunluğu | 269 metr |
Eni | 32 metr |
Hündürlüyü | 16 m |
Açılışı | 17 mart 1973 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKörpü şəhər mərkəzi ilə Soutvark səmti arasında yerləşir. 1750-ci ilə qədər Temza çayı üzərində yeganə körpü olmuşdur. Körpünün şimalında Böyük London Yanğınınan həsr olunmuş abidə yerləşir.
Körpünün əsasını 2000 il əvvəl romalılar qoymuşdur. 60-cı illərdə taxta körpü ilk dəfə Temza çayının iki sahilini birləşdirmişdir.
Bir çox dəfə yıxılıb tikilən körpü 1000-ci ildən başlayaraq üzərində ev tikilmək üçün istifadə olunmağa başlanmışdır. Bu evlər əsasən varlılara mənsub olmuşdur. 1212-ci ildə körpünün hər iki tərəfində eyni zamanda başlayan yanğında 3.000 nəfər ölmüşdür. 1666-cı ildəki Böyük london Yanğınında körpü üzərindəki evlər ziyan görməsə də 1750-ci illlərdə evlər sökülməyə başlamışdır.
İndiki müasir London körpüsü 1967-1973-cü illərdə inşa edilmiş və kraliça II Elizabet tərəfindən 17 mart 1973-cü il tarixində açılmışdır. 283 metr uzunluğundadır.
Xarici keçidlər
redaktə- The London Bridge Museum and Educational Trust
- Views of Old London Bridge ca. 1440, BBC London
- Southwark Council page with more info about the bridge Arxivləşdirilib 2012-05-07 at the Wayback Machine
- Virtual reality tour of Old London Bridge
- Old London Bridge, Mechanics Magazine No. 318, September 1829
- The London Bridge Experience Arxivləşdirilib 2012-08-03 at the Wayback Machine