Mulk Zengezur - Wikipedia
Mülk — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 16–18 km şimal-qərbdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.[1] Kəndin adı Stepan Zelinskinin siyahısında "Mülkəçap" kimi qeydə edilmişdir.[2]
Etimologiyası
redaktəToponim ərəb dilində "mülkiyyət, mal-mülk, malikanə", "torpaq sahəsi, malikanə, daşınmaz əmlak" mənasında işlənən "mülk" sözü əsasında əmələ gəlmişdir.[1][2]
Əhalisi
redaktəKənddə 1914-cü ildə 90 nəfər yalnız azərbaycanlı yaşamışdır.[3] 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər.[1] Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 48 nəfər, 1931-ci ildə 78 nəfər yalnız azərbaycanlı yaşamışdır.[3] Kollektivləşmə ilə bağlı XX əsrin 30-cu illərin axırlarında kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 İbrahim Bayramov, Nazim Mustafa. Həqiqətin onomastikası. Bakı: Şərq-Qərb. 2020.
- ↑ 1 2 Əzəmət Rüstəmli. Zəngəzurun toponimləri — tarixin izi. Bakı. 2016. səh. 130. ISBN 978-9952-8023-9-9.
- ↑ 1 2 Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) (erməni). Յերեվան: Մելքոնյան ֆոնդի հրատ. 1932.