Muzahim Ismayilzade - Wikipedia
Müzahim İsmayılzadə (5 dekabr 1958, Nərimankənd, Gədəbəy rayonu) — yazıçı, şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin (1984) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002)[1].
Müzahim İsmayılzadə | |
---|---|
Müzahim İsmayıl oğlu Ələkbərov | |
Doğum tarixi | 5 dekabr 1958 (66 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Mükafatları | “Qızıl qələm” |
Həyatı və təhsili
redaktəMüzahim İsmayılzadə 5 dekabr 1958-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Nəriman kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə doğulduğu Nəriman kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonar iki il istehsalatda çalışmışdır[1].
1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinatla İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyində, habelə şəhər 3№-li orta məktəbdə çalışmışdır (1981-1984).[1]
Azərbaycan Texniki Universitetində (1984-1990), “Ədəbiyyat qəzeti” ndə (1990-1992), Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunda (1992-1994), “Həyat” (1994-1995), “Xalq qəzeti” (1995-1999) və “Respublika” qəzetlərində (1999-2009) məsul vəzifələrdə çalışmışdır. 2009-2014-cu illərdə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində bələdiyyə üzvü seçilmiş, komissiya sədri olmuşdur. 2015-ci ildən Azərbaycan Dövlət Milli Arxiv İdarəsində işləyir.[1]
Ailəsi
redaktə1988-ci ildə ailə qurmuşdur. Üç ovladı, dörd nəvəsi var.
Yaradıcılığı
redaktəƏdəbi yaradıcılığa orta məktəb illərində şeirlə başlamışdır. İlk şeirləri "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilmişdir (1978). Bundan sonra "Komunist", "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Həyat" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Mars" jurnallarda şeirləri və nəsr əsərləri çap olunmuşdur.
Müzahim İsmayılzadənin nəsr əsərlərində tarixi keçmişimizin ağrılı problemləri əks olunmuşdur. Müəllifin yaradıcılığında xüsusi yer tutan “Sunami” (2018) romanı Sumqayıtda baş verən erməni təxribatını, bütövlükdə Azərbaycan-erməni münaqişəsinin xronikasını özündə cəmləşdirir, daşnakların törətdikləri cinayətləri əks etdirir.
“Yol”, “Mezazoyda gecikmiş toy” romanları, “Kölgəsi özünə oxşayan adam”, “Amansız, anamsız dünya” povestləri jurnalistlərin həyatından bəhs etməklə zamanın mürəkkəbliklərini əks etdirir, dövrün ictimai və siyasi, mədəni həyatını reallığı ilə göstərir. Hekayə, esse və novellalarında da müəllif üslubuna sadiq qalaraq yaşadığı illərin portretini yaratmışdır.[1]
Müəllifin “Milyon dollarlıq nahar”, “22 ildən sonrakı etiraf”, “Onda daha xoşbəxt idi”, “Ağcaqanad dərəsi”, “Hasarın o üzündən gələn səslər” və başqa nəsr əsərlərində sosial və mənəvi-əxlaqi problemlərə toxunulmuşdur.
Əsərləri rus, ingilis, türk və fars dillərinə tərcümə olunmuşdur.
Tanınmış yazıçı-publisist Vaqif İsaqoğlu onun ədəbi irsi haqqında “Sunami”dən sunamiyə: Müzahim İsmayılzadənin söz dünyası” (2018) adlı monoqrafiya yazmışdır.
Kitabları
redaktə- Sən mənə gərəksən (şeirlər). Bakı: Çaşıoğlu,1997, 98 s.
- İlğım (povest və hekayələr). Bakı: Ağrıdağ, 1997, 134 s.
- Duman, kəsmə yolumuzu (şeirlər). Bakı: Çaşıoğlu, 2000, 130 s.
- Yol (roman). Bakı: Çınar-qap, 2003, 214 s.
- Mentalitet (esseələr) Bakı: Borçalı, 2004, 143 s.
- Bumeranq (esselər) Bakı: Təhsil, 2005, 304 s.
- Dəlinin buynuzu (hekayələr). Baki,Təhsil, 2006, 258 s.
- Ömrün ekvator xətti (povest, hekayə və esselər). Bakı: Təhsil, 2008, 200 s.
- Arazdan Yeniseyə (publisistka). Bakı: MBM, 2011, 56 s.
- Bir (roman, povest, hekayə, esse). Bakı: MBM, 2011, 240 s.
- Dünyanin axırı (roman, povest, hekayə və esse). Bakı: MBM, 2011, 334 s.
- Qara ışıq (şeirlər və poema). Bakı: MBM, 2014 ,110 s.
- Sunami (roman) Bakı: MBM, 2014, 270 s.
- Anamsız,amansız dünya (publisistika). Bakı: MTM, 2015,159 s.
- Qapını üzümə açdı qocalıq (şeirlər). Bakı: MBM, 2015, 67 s.
- Səsdən qopan ulduzlar (poema). Bakı: MBM, 2016, 51 s.
- Sadəcə İsmayıl müəllim (publisistka) . Bakı: MBM , 2018 , 98 s.
- Özgə qapısı (povest) . Bakı : Vektor , 2019, 114 s.
- Qumarda udulan xoşbəxtlik (roman , farsca). Tehran: MBM,2019, 198 s.
- Seçilmiş əsərləri. 10 cilddə, Bakı: MBM, 2016-2020
Mükafatları
redaktə“Qızıl qələm”, “Araz” alı media mükafatlarına layiq görülüb, prezident təqaüdçüsüdür.