M50 51 Super Sherman - Wikipedia
M50/51 Sherman (Isherman) M4 Sherman tankının yüksək enerjili Fransa istehsalı olan 75 mm-lik və CN-F1 105 mm-lik topla təkmilləşdirilmiş versiyalarıdır. İsrail Silahlı Qüvvələri tərəfindən 1950-ci illərdən 1980-ci illərə qədər istifadə edilmişdir.
M50/51 Super Sherman | |
---|---|
Tipi | Əsas döyüş tankı |
İstismar tarixçəsi | |
İstismar illəri | 1966-1980 |
İstismar edənlər | (İsrail) |
İstehsal tarixçəsi | |
Variantları | M51 Sherman |
Xüsusiyyətləri | |
Mühərrik | Cummins V8 |
Güc nisbəti | 18 at gücü/ton |
Mühərrik gücü | 460 at gücü |
Əsas silah |
75mm-lik tank topu M50 Sherman CN-F1-100 mm-lik yivli tank topu |
Köməkçi silah | Browning M2 |
Uzunluğu |
|
Eni | 2,997 m |
Hündürlüyü | 3,023 m |
Ekipaj | 4 (sürücü, silahçı, yükləyici, tank komandiri) |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəABŞ-dən satın alınmış olan M4 Sherman tankları İsrail Silahlı Qüvvələrinin zirehli birlikləri tərəfindən 1950-ci illərdə xidmətə qəbul edilmişdir, İsrail heyətinin yeni çıxmış olan AMX-13 tankını təhlil etmək üçün Fransaya getməsindən sonra fransız 75 mm-lik tank topunun M4 Sherman tanklarına quraşdırılması fikri gündəmə gəlmişdir. Bu fikrə paralel olaraq yeni bir dizayn layihəsi başladılmışdır. Bu layihənin meyvəsi olan prototip modeli Fransadan İsrailə göndərildi. 1956-cı ilin mart ayında İsrail Silahlı Qüvvələrindəki ilk 50 ədəd M4 Sherman tanklarının Fransadan gətirilmiş olan 75 mm-lik topla İsraildə təchizatına başlanıldı və bu yeni variant M50 Sherman adını aldı. Yeni yaradılmış olan tankların ağırlığı artacağından Cummins motor və yeni asqı sistemi əlavə edilmişdi.