Cili - Wikipedia
Çili (isp. Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur.
Çili | |||||
---|---|---|---|---|---|
República de Chile | |||||
| |||||
Por la razón o la fuerza | |||||
Himn: Himno Nacional |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Santyaqo | ||||
Prezident | Gabriel Boric [11.III.2022 ~] | ||||
Sahəsi | Dünyada 38-ci | ||||
• Ümumi | 756950 km² | ||||
• Su sahəsi (%) | 1,6 | ||||
Əhalisi | |||||
• Əhali | 19,629,588 nəfər (65-ci) | ||||
• Siyahıyaalma (9.IV.2012) | 16 341 929 nəf. | ||||
• Sıxlıq | 24 nəf./km² | ||||
• Ümumi | 316.713.577.509 $[1], 301.025.249.438 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 597.520 milyard dollar dollar (45-ci) | ||||
• Adambaşına | 29,934 dollar (64-cü) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | 344.400 milyard dollar (45-ci) | ||||
• Adambaşına | 17,253 dollar (62-ci) | ||||
Valyuta | Çili pesosu[2] | ||||
İnternet domeni | .cl | ||||
ISO kodu | CL | ||||
BOK kodu | CHI | ||||
Telefon kodu | +56 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür.
Etimologiyası
redaktəÖlkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq"[4] və ya "hədd"[5] mənasını verirdi.
Tarixi
redaktəXX əsrin əvvəllərində (1810–1823) Bernardo Bernardo O'Higgins və Manuel Rodrigesin başçılığı ilə aparılan azadlıq mübarizəsi nəticəsində Çili xalqı İspaniyanın müstəmləkə əsarətindən azad oldu. 1837-ci ildə Çili və Argentinanın Boliviya-Peru Konfederasiyasına qarşı müharibəsı baş verir. 1864–1883-cü illərdə isə İspaniyaya qarşı olan və tarixə Birinci Sakit okean müharibəsi kimi düşən münaqişə baş verir. İkinci Sakit okean müharibəsində əldə edilən qələbələr nəticəsində Çili Cənubi Amerikanın qərb sahillərinin şəriksiz hökmranına çevrildi. XIX əsrin ortalarında Çilidə, Almaniyadan köçənlərin bir sıra yaşayış məskənlərinin əsası qoyulur.
Əhali
redaktəƏhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hindiləri yaşayır) hindular təşkil edir. Əhalinin ən sıx olduğu yer paytaxt Santyaqo və ətrafıdır. Ümumi əhalinin təxminən yarıya qədəri bu ərazidə yaşayır. Şəhərdə 6.5 milyon insan yaşayır ki, bu ölkənin 1/3-ini təşkil edir. Şimalda və cənubda əkinçiliyə yararlı olan Andların arasında qalan ovalıqlar da sıx məskunlaşmış yerlərdir. Santyaqonun 100 km qərbində liman şəhəri Valparaisoda 1.5 milyon insan yaşayır.
Ölkənin şimal və cənub uc nöqtələrində əlverişsiz yaşayış şəraiti olduğundan əhali seyrəkləşir.
Milli tərkib
redaktəÇili əhalisinin 95%-ni avropalılar (xüsusilə basklar) və onların nəsilləri təşkil edir.[6][7][8][9] . Ölkəyə əsasən XlX əsrdə Avropadan İngilis, irland, alman, sonralar isə Xorvatiya, Fələstin, İtaliyadan immiqrantlar gəlrmişdir. Yerli hindilər, əhalinin sadəcə % 3,2'sini təşkil edir.
Çili Statistik göstərilərə görə Çilidə 50.000 (0,30%) civarında müsəlman var. Bir çox İslami quruluşun olduğu Çilidə, Çili Müsəlman İcması və Es-Selâm Məscidi Santyaqo şəhərində, Bilal Məscidi Iquique şəhərində, Muhamməd Mədəniyyət Mərkəzi isə Coquimbo (Vl bölgə) şəhərində yerləşir.
1856-cı ildə Suriya, Fələstin və Livandan Çiliyə çoxlu sayda müsəlman köç etdi. Bu müsəlmanlar Müsəlman İcması Birliyini qurdular. 1907-ci ildə ölkədəki müsəlmanların sayı 1498-ə çatmış, bu rəqəm 0,04% nisbəti ilə ölkə tarixində ən yüksək göstəriciyə yüksəlmişdir.[10] Çilidə ilk məscid 1988–1989 illərdədə Şeyx Tevfik Ruminin başçılığı ilə Santyaqoda inşa edilmişdir. 1980-ci illərin sonlarına qədər bir sıra çilili İslamı seçmişdi. Bu məscid tamamlandıqdan sonra İslama keçənlərin sayısında önəmli bir artım oldu. 1998-ci ildə Şeyx Tevfik Ruminin vəfatından sonra Üsame Ebu Gazali məscidə imam olaraq seçilmişdir.
Coğrafiyası
redaktəSahəsi 756.945 km2 olan Çili Cənubi Amerika qitəsinin şimaldan-cənuba Antarktikaya qədər uzanan bir ölkə olsa da, orta eni sadəcə 180 km-dir. Ölkənin ən dar yeri (Antarktikadakı Çili torpaqları istisna olmaqla) 90 km-dir. Ən geniş yerinin uzunluğu 240 km-dir. Avropa ilə müqayisə olunsa, Danimarkadan Saxara səhrasına uzanacaq qədər bir məsafə qət edilir. Bu ölkəni "Antraktidaya açılan darvaza" da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Vilyams, ən cənub yaşayış məntəqəsi Puerto Torodur. Ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) Çili ərazisində yerləşir. Şərq-qərb məsafəsi çox az olsa da, bu iki uc arasında çox hündürlük fərqi var. Ölkə ayrıca şimaldan cənuba çox fərqli iqlim, bitki örtüyü və coğrafi şəkillər göstərir. Bu üzdən Çili, bir çox qaynaqlardatəzadlar(müxtəlifliklər) ölkəsi olaraq tanınır. Həqiqətən də şimaldakı çölü Afrikanın Saxarasını, cənubdakı kanalları Norveç kanallarını, Los Laqosdakı Osorno və ətrafı İsveçrə Alplarını xatırladır.
Çilinin iqlimi şimalda tropik səhradan cənubda mülayim okeanadək dəyişir.
Orta temperatur:
- cənubda +3-dən +16 °C-dən
- şimalda +12-dən +22 °C-dək.
Ərazisi
redaktəÇili inzibati cəhətdən on beş bölgədən ibarətdir. Bunlardan on dördü, başlarındakı Rum rəqəmləri ilə ifadə edilən, şimaldann cənuba sırasıyla Tarapacá, Antofagasta, Atacama, Coquimbo, Valparaíso, O'Higgins, Maule, Bío-Bío, Araucanía, Los Lagos, Aysén, Magallanes y la Antártica Chilena bölgələri və sonradan əlacə olunan Los Ríos ilə Arica və Parinacota bölgələridir. Bunlarla bərabər bir də Región Metropolitana de Santiago bölgəsi vardır.
Çilinin ərazi quruluşu
redaktəÇili şəhərlərinin siyahısı Çili ərazisi 15 vilayətdən ibarətdir.
Açar | Adı | İspanca | Paytaxtı |
---|---|---|---|
XV | Arica and Parinacota | Región de Arica y Parinacota | Arica |
I | Tarapacá | Región de Tarapacá | Iquique |
II | Antofagasta | Región de Antofagasta | Antofagasta |
III | Atacama | Región de Atacama | Copiapó |
IV | Coquimbo | Región de Coquimbo | La Serena |
V | Valparaíso | Región de Valparaíso | Valparaíso |
VI | O'Higgins | Región del Libertador General Bernardo O'Higgins | Rancagua |
VII | Maule | Región del Maule | Talca |
VIII | Biobío | Región del Biobío | Concepción |
IX | Araucanía | Región de la Araucanía | Temuco |
XIV | Los Ríos | Región de Los Ríos | Valdivia |
X | Los Lagos | Región de Los Lagos | Puerto Montt |
XI | Aisén | Región Aisén del General Carlos Ibáñez del Campo | Coihaique |
XII | Magallanes | Región de Magallanes y de la Antártica Chilena | Punta Arenas |
RM | Santiago | Región Metropolitana de Santiago | Santyago |
Dağları
redaktəÇili dağları, yer üzünün ən yüksək sıradağlar zəncirini yaradır. 6000 m-dən yüksək bir çox zirvəsi vardır. Bunlardan biri olan Çilinin ən yüksək dağı (6.880 m) Ojos del Salado eyni zamanda dünyanın ən yüksək vulkanıdır. Aşağıda ən məşhurları göstərilib:
- Nevado Ojos del Salado, 6.880 m, III Bölgə (Atacama Bölgəsi)
- Cerro Tupungato, 6.800 m, (Metropolitan Bölgəsi)
- Volcán Llullaillaco, 6.739 m, II Bölgə (Antofagasta Bölgesi)
- Volcán Parinacota, 6.342 m, I Bölgə (Tarapacá Bölgəsi)
- Volcán Licancábur, 5916 m, II Bölgə (Antofagasta Bölgəsi)
- Descabezado Grande, 3.830 m, VII Bölge(Maule Bölgəsi)
- Torres del Paine, 2.800 m, XII Bölge (Magallanes y de la Antártica Chilena Bölgəsi)
- Volcán Villarrica, 2.840 m, VIII Bölge (Araucanía Bölgəsi)
- Volcán Osorno, 2.652 m, X Bölge (los Lagos Bölgəsi)
- Volcán Cerro Hudson, 1.905 m, XI Bölgə (Asyen Bölgəsi)
Çaylar və göllər
redaktəÖlkənin özəl coğrafi vəziyyəti səbəbiylə, uzun çayları yoxdur. Ən uzun çayı olan Rio Loa'nın uzunluğu 443 kmdir. Ölkənin şimalında Atacama Çölündəki ekstremal quraqlıq, böyük su yığımlarının olmasına imkan yaratmır. Şimalındakı az sayda çay And Dağlarındaki qarlardan bəslənirlər. Cənuba endikçə artan yağışlarla bu bölgələrdəki çaylara daha çox su həcmi gətirir. Çaylar Çili iqtisadiyyatında, xüsusəndə enerji sahəsində önəmli rol oynayır. Bununla birlikdə somon balıkçılığı və raftinq kimi macəra turizmi də mövcuddur. Şimaldan cənuba önəmli çayları aşağıda sıralanmışdır.
- Río Lauca, 160 km, I Bölgə (Tarapacá)
- Río Lluta, 167 km, I Bölgə (Tarapacá)
- Río Loa, 443 km, II Bölgə (Antofagasta)
- Río Copiapó,162 km, III Bölgə (Atacama)
- Río Elquí, 170 km, IV Bölgə (Coquimbo)
- Río Choapa, 160 km, IV Bölgə (Coquimbo)
- Río Aconcagua, 142 km, V Bölgə (Valparaíso)
- Río Maipo, 250 km, Metropolitan/ V Region (Metropolitan/ Valparaíso)
- Río Mapocho, 120 km, Metropolitan(Metropolitana)
- Río Cachapoal, 172 km, VI Bölgə( O´Higgins)
- Río Maule, 240 km, VII Bölgə (Maule)
- Río Biobío, 380 km, VIII Bölgə (Biobío)
- Río Imperial, 52 km, IX Bölgə (Araucanía)
Gölləri arasında şimaldakı duz gölləri sayıla bilər ki bunların ən əsası olaraq Salar de Atacama'yı söyləyə bilərik. Bununla birlikdə ən şimalda, yer üzünün ən yüksəkdə olan göllərindən biri olan Lago Chungará gölü yerləşir. Gölün sahəsi 21,5 km² olub, 4.500 m yüksəklikdə yerləşir.
Bir qrup böyük və gözəl göllər Temuco şəhərinin cənubundan başlayıb Puerto Monta qədər uzanır. Bunlar sırasıyla belədir.
- Lago Colico, 56 km², IX Bölgə (Araucanía)
- Lago Caburga, 51 km², IX Bölgə(Araucanía)
- Lago Villarrica, 176 km², IX Bölgə (Araucanía)
- Lago Calafquén, 120 km², IX Bölgə (Araucanía) und X. Bölgə (Los Lagos)
- Lago Panguipulli, 116 km², X Bölgə (Los Lagos)
- Lago Riñihue, 77 km², X Bölgə (Los Lagos)
- Lago Ranco, 401 km², X Bölgə (Los Lagos)
- Lago Puyehue, 156 km², X Bölgə (Los Lagos)
- Lago Rupanco, 223 km², X Bölgə (Los Lagos)
- Lago Llanquihue, 860 km², X Bölgə (Los Lagos)
Mədəniyyət
redaktəÇili mədəniyyəti, ispan mədəniyyəti və köklü əhalinin mədəniyyətlərini özündə birləşdirir. Mədəniyyət ispan dilində inkişaf etmişdir.
Din
redaktəÇili əhalisinin 80 % — katolik xristianları, 13 % — protestantlardır. Qalan 7 % başqa dinlərə sitaiş edirlər.
Dil
redaktəRəsmi dövlət dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dillərində (aymara, arakuana, mapuçe) də danışır.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ Banco Central de Chile La Unidad Monetaria de Chile (isp.).
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Coleccíon de historiadores de Chile y documentos relativos a la historia nacional
- ↑ Вокруг Света | Журнал | Стручковые остряки
- ↑ "Argentina, como Chile y Uruguay, su población está formada casi exclusivamente por una población blanca e blanca mestiza procedente del sur de Europa, más del 90% E. García Zarza, 1992, 19" (PDF). 2009-12-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
- ↑ "SOCIAL IDENTITY Marta Fierro Social Psychologist". 2009-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-25.
- ↑ "massive immigration of European Argentina Uruguay Chile Brazil" (PDF). 2009-02-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
- ↑ "Latinoamerica" (PDF). 2009-03-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
- ↑ "Arxivlənmiş surət". 2011-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.