Malakka Bogazi - Wikipedia
Malakka boğazı (ind. Malakka Madura,malay Selat Melaka) - Malay yarımadasını Sumatra adasından ayırır. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirir. Boğazın uzunluğu 930 km, eni isə ən dar yerdə 38 km təşkil edir. Strateji əhəmiyyət baxımından Süveyş kanalı və Panama kanalı ilə əhəmiyyətə malikdir. Bu yol Hind okeanı və Sakit okean arasında olan əsas dəniz yoludur. İl ərzində boğazdan 50,000 gəmi keçir. Onlar müxtəlif ölçülərə malik olsa da, dünya üzrə gəmilərin ¼ təşkil edir. Şərqi Asiya istiqamətində gedən neft daşımaları bu boğaz vastəsi ilə həyata keçirilir. Bu istiqamətindəki, daşımaların böyük qismi Yaponiya,Çin və Cənubi Koreyanın üzərinə düşür. İl ərzində boğazdan tankerlər vastəsi ilə 11 milyon barel xam neft daşınır. Bu səbəbdən burada terror və pirat təhlükəsi yüksəkdir. Boğazın ən dayaz yerində dərinlik 25 m təşkil edir. Burada əgər iri tonnajlı gəmi batırılarsa onda boğaz əhəmiyyətini itirər. 2003-ci ildə dünya üzə pirat hücumlarının ¾ hissəsi boğazın üzərinə düşür. Digər təhlükə isə Sumatra adasında mütəmadi baş verən yanğınlar boğazda görmə məsafəsini 200 m qədər azaldır.
Malakka boğazı | |
---|---|
ind. Selat Melaka,malay Selat Melaka | |
Ümumi məlumatlar | |
Eni | minimum 38 km |
Uzunluğu | 930 km |
Ən böyük dərinliyi | 113 m |
Yerləşməsi | |
1°26′00″ şm. e. 102°53′00″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Malay yarımadasını Sumatra adasından |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Alternativ layihə
redaktəTayland hökuməti boğazı əvəzləyəcək və onun yükünü azaldacaq bir layihə hazırlayıblar. Layihəyə görə Kra bərzəxində kanal tikintisi planlaşdırılır. Bu kanal iki okean arasında məsafəni 1000 km azaldar. Bununla belə bu layinə həm ölkəni faktiki ikiyə bölə və ekoloji fəsadlar yarada bilər. Bu layihənin reallaşması yaxın 10 il ərzində demək olar ki mümkünsüzdür. Digər layihə isə neft kəmərinin çəkilişi planlaşdırılır. Bu layihəni Çin və Vaşinqton Tayms maliyəşdirməyi üzərinə götürür.
Mənbə
redaktə- Эксперт
- World oil transit chokepoints
- BBC News report on the increased security in the Straits
- "Going for the jugular" Report on the potential terrorist threat to the Straits. From the Economist, requires subscription, in the print edition June 10th 2004
- China builds up strategic sea lanes
- A report from the International Maritime Organisation on the implementation of a Straits "Marine Electronic Highway" - a series of technological measures to ensure safe and efficient use of the busy waters Arxivləşdirilib 2010-07-06 at the Wayback Machine
- The Malacca Straits Research and Development Centre homepage Arxivləşdirilib 2005-03-17 at the Wayback Machine
- Al-Jazeera: Malacca Strait nations plan air patrol