Mavi Denizin Sahilinde - Wikipedia
Mavi dənizin sahilində (rus. У самого синего моря) — 1935-ci ildə çəkilmiş sovet filmi.
Mavi dənizin sahilində | |
---|---|
У самого синего моря | |
Janr | komediya |
Rejissor | Boris Barnet |
Ssenari müəllifi | Klimenti Mints |
Baş rollarda |
Yelena Kuzmina Lev Sverdlin Nikolay Kryuçkov Mirzəağa Əliyev İsmayıl Əfəndiyev |
Operator | Mixail Kirillov |
Bəstəkar | Sergey Pototski |
Rəssam | Viktor Aden |
İstehsalçılar |
Azərfilm Mejrabpomfilm |
İlk baxış tarixi |
1 aprel 1936, RSFSR 20 aprel 1936, SSRİ |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 71 dəq. |
Ölkələr |
Rusiya SFSR Azərbaycan SSR |
Dil | Rus dili |
Texniki məlumatlar |
8 hissə 1955 metr |
Rəng | ağ-qara |
IMDb | ID0028436 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[1].
Məzmun
redaktəFilm iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.
Film haqqında
redaktə- Film həm operator kimi, həm də quraşdırılmış səhnələrin operatoru kimi Mirzə Mustafayevin kinoda ilk işidir.
- İlk Azərbaycan səsli filmidir. Həmçinin, film ilk səsli Sovet filmidir. Səs rus alimi və ixtiraçısı, mühəndis Pavel Tagerin sistemi üzrə yazılmışdır.
- Bu film Bernar Eyzenşitsin (fransa) dünya kinosunun bütün dövrlərinin ən yaxşı 12 əsərinin adı çəkilən I siyahısına (kino sənəti kimi tarixi inkişafda) daxil edilib. Eyni zamanda film sıravi tamaşaçı kimi Naum Kleymanın (Rusiya) bütün dövrlərin ən yaxşı 12 əsəri kimi adı çəkilən III siyahısına (sıravi tamaşaçı kimi) daxil edilib.
- Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilmişdir.[2] Belə ki, "Kinovedçeskiye Zametki" (kinoşünasın qeydləri) jurnalı müxtəlif ölkələrin kino tarixçi, tənqidçi, nəzəriyyəçi və kinoşünaslarına bütün dövrlərin ən yaxşı 12 filmini müəyyənləşdirmək üçün müraciət edir. 3 kateqoriya vardı: kinonun incəsənət növü kimi inkişafında rol oynamış 12 film (tarixçi nəzərindən) müasir kino mədəniyyəti üçün aktual və qiymətli 12 film (tənqidçi nəzərindən) şəxsən bəyəndiyiniz 12 film (tamaşaçı nəzərindən). Anket cavablarına kinoşünas Naum Kleymanın (Rusiya) və kino nəzriyyəçisi Bernar Ayzenşits (Fransa) siyahılarında "Mavi Dənizin Sahilində" filminin adı da vardı.[3]
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Klimenti Mints
- Quruluşçu rejissor: Boris Barnet
- Quruluşçu operator: Mixail Kirillov
- Quruluşçu rəssam: Viktor Aden
- Bəstəkar: Sergey Pototski
- Səs operatoru: A. Qornşteyn
- İkinci Rejissor: Səməd Mərdanov
- İkinci operator: Mirzə Mustafayev
- Rejissor assistenti: Məmməd Əlili, K. Pavlidi
- Operator assistenti: S. Antipov
- Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev
- Musiqi tərtibatçısı: Səməd Mərdanov
Rollarda
redaktə- Yelena Kuzmina — Mariya
- Lev Sverdlin — Yusif
- Nikolay Kryuçkov — Alyoşa
- Semyon Svaşenko
- Lyalya Sateyeva
- Aleksandr Jukov
- Aleksey Dolinin
- Sergey Komarov
- Boris Barnet
İstinadlar
redaktə- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- ↑ Журнал "Киноведческие записки". 1995 г. № 27.
- ↑ Aylin "Kəndlilər, Köçərilər, Mavi dənizin sahilində", Kino+ qəzeti, 29.09.2006, səh 10.
Mənbə
redaktə- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
- М. Кушниров. Жизнь и фильмы Бориса Барнета. Москва, 1977 г., стр. 137.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 253.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32; 44-46; 384.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.